"Keşlə"də TƏHQİQAT: Yeni futbolçulardan pul "tutulub"?

03.09.2020 | 7761 dəfə oxunub

"Keşlə"də gizli araşdırma başlayıb. Stadium.Az xəbər verir ki, bu, Tərlan Əhmədovun dönəmində komandaya alınan futbolçularla bağlıdır.

Xüsusən bu yay gələn oyunçulara dair klub rəhbərliyində ciddi şübhələr yaranıb.

Sabiq "bankirlər" oturduğu yerdə bu fikrə düşməyib. Müqaviləyə imza atan futbolçuların pulun bir hissəsini sonradan müəyyən şəxslərə geri qaytarması barədə rəsmilərə müəyyən informasiyalar daxil olub.

Deyilənə görə, kontrakdan "tutulan" məbləğ 5-10% təşkil edir. Bu, istər yerlilərə, istərsə də legionerlərə aiddir.

"Keşlə" bu yay Tural Axundov ("Neftçi"), Şəhriyar Əliyev, Rail Məlikov (hər ikisi "Sumqayıt"), Cavid İmamverdiyev ("Sabah"), Rəhman Hacıyev, Turan Vəlizadə (hər ikisi "Neftçi": icarəyə), Dmitri Klots ("Karpatı", Ukrayna), Silvio Rodrigez Perreyra Junior (“Vlajniya”, Albaniya), Kamal Bayramov ("Səbail"), Artur Batista de Souza ("Vorskla", Ukrayna) və Rafael Məhərrəmli ("Qarabağ": icarəyə) ilə anlaşıb,

Müqavilə müddətini uzadanlar isə Ruslan Əmircanov, Tərlan Quliyev, Azər Salahlı, Vüsal İsgəndərli, Miyusko Boyoviç, Con Kamara, İlkin Qırtımov, Stanislav Namaşko və Aleksandr Kristovaodur. (sportinfo)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail