Əfqan futbolçu Bundesliqa matçında irqçiliyə məruz qaldı

17.01.2021 | 803 dəfə oxunub

Almaniya Bundesliqasının XVI turunda keçirilmiş "Union Berlin" - "Bayer" (Leverkuzen) matçında qalmaqal baş verib.

Stadium.Az xəbər verir ki, "Union Berlin"in oyunçularından biri "Bayer"in futbolçusu Nadim Amiriyə qarşı irqçi ifadə işlədib.

Adı açıqlanmayan şəxs əfqan əsilli 25 yaşlı yarımmüdafiəçini təhqir edib. Qarşılaşmadan sonra komanda yoldaşları Amirinin ağladığını görüb.

Futbolçu məsələ ilə bağlı klubun rəsmi saytına açıqlama verib: "Matçdan sonra həmin şəxs paltardəyişmə otağına gəldi. Meydanda söylədiyi sözlərə görə üzr istədi, məni səmimiyyətinə inandırdı və onu bağışladım".

Nadim Amiri Almaniyada əfqan ailəsində anadan olub. O, 2019-cu ildən Almaniya yığmasının formasını geyinir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Sumqayıt 4 2 1 1 6-4 7  
2. Sabah 3 2 1 0 5-2 6  
3. Neftçi 3 2 0 1 4-4 6  
4. Keşlə 3 1 2 0 1-0 5  
5. Qarabağ 4 1 2 1 5-4 5  
6. Zirə 3 1 1 1 3-4 4  
7. Qəbələ 3 0 2 1 1-4 2  
8. Səbail 3 0 0 3 3-6 0  
27.09Neftçi ---Qəbələ
26.09Səbail ---Sabah
26.09Keşlə ---Zirə
25.09Sumqayıt 2-2Qarabağ
02.10Səbail -Keşlə
03.10Qəbələ -Sumqayıt
03.10Zirə -Neftçi
04.10Qarabağ -Səbail