Xviça Kvaratsxeliya: "Atamın Messi və Ronaldodan daha yaxşı oynadığını düşünürdüm”

23.04.2021 | 4400 dəfə oxunub

“Atam heç vaxt məni oxumağa məcbur etməyib, məni  meydandan qovmayıb. O, Azərbaycan çempionatındakı karyerası ərzində çox qol vurub. Hətta Azərbaycan milli komandasında da oynayıb".

Stadium.Az xəbər verir ki, bu sözləri Gürcüstan millisinin və “Rubin”in futbolçusu Xviça Kvaratsxeliya Rusiya mətbuatına müsahibəsində deib.


Milli komandamızın sabiq üzvü Badri Kvaratsxeliyanın oğlu olan 20 yaşlı yarımmüdafiəçi atasının oyunu ilə bağlı danışıb: “Heç bir şey xatırlamıram, o vaxt çox kiçik idim. Ancaq bizdə onun matçlarının videoyazıları var, onları izləmişəm. Bilirsiniz, mən kiçik olanda Messi və Ronaldonun futbolda ən yaxşılar olduğunu söyləyiblər. Amma atamın onlardan daha yaxşı oynadığını düşünürdüm”.

Gənc futbolçu atasının Azərbaycan millisini seçməsi ilə bağlı isə bunları bildirib: “Bu suala cavab vermək mənim üçün çətindir. Çünki onunla bu mövzuda danışmamışıq.  Ancaq atam həqiqətən vaxtının çoxunu Azərbaycan çempionatında keçirib. Düşünürəm ki, bu onun şəxsi seçimi idi. Gürcüstanın o zaman buna necə reaksiya verdiyini də bilmirəm. Atam bir neçə il əvvəl məşqçiliyi öz istəyilə bitirdi. Buna qismən sağlamlıq problemləri səbəb oldu. Məncə, evdə oturub oyunumu izləsə yaxşıdır”.

Avropanın bir sıra böyük klublarının maraq dairəsində olan istedadlı oyunçu atasından daha güclü futbolçu olmaq arzusunda olduğunu deyib: "Hansı pilləyə yüksəlməyimdən asılı olmayaraq, atamın oğluyam. Ancaq əlbəttə ki, onun karyerasını üstələmək istərdim”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail