Dortmund "Borussiya"sının hücumçusu Erlinq Holand "Mançester Siti"yə keçə bilər. Stadium.Az xəbər verir ki, "şəhərlilər" norveçli futbolçuya həftəlik 500.000 funt sterlinqdən çox maaş təklif edir.
Holand bu təklifi qəbul edəcəyi halda İngiltərə Premyer Liqasında ən çox məvacib alan futbolçu olacaq. Hazırda Premyer Liqada ən çox maaş alan futbolçu Kriştiano Ronaldodur. (385.000 funt sterlinq)