Sadıq Sadıqovdan Georgi Nikolava sərt cavab - MÜSAHİBƏ

16.03.2012 | 4392 dəfə oxunub

"Neftçi" klubunun prezidenti Sadıq Sadıqovun müsahibəsi: 

- Premyer Liqanın XXIV turunda qarşılaşacağınız “İnter” klubunun prezidenti Georgi Nikolov matçla bağlı maraqlı fikir səsləndirib. O, komandanızı “İnter”in abunəçisi olduğunu və hər oyunda 3 xal verdiyini deyib... 
- Nikolov çox söz danışa bilər. Futbolda 1 komanda qalib gəlirsə, digəri məğlub olur. 

- Cari mövsüm “İnter”dən xal ala bilməmisiniz. Nikolov da məhz hər 2 oyunda uduzmağınızı nəzərdə tutur... 
- “İnter”lə ikinci qarşılaşma yadınızdadırsa, biz həmin oyunu onlara hədiyyə etdik. Həmin matçın 1-ci hissəsindən sonra 1:0 hesabı ilə öndə idik. İkinci hissənin əvvəlində Bahodir Nasimov penaltini vura bilmədi. Bundan sonra uşaqlar ruhdan düşdülər. 

- Martın 18-də mövsümdə 3-cü dəfə “İnter”lə qarşılaşacaqsınız. Bu dəfə matçdan nə gözləyirsiniz? 
- Son 2 oyunda uduzmağımız o demək deyil ki, “İnter” bizə asan şəkildə qalib gələcək. Yox, belə deyil. Komanda qələbəyə köklənib. Biz bu matça çempionluq oyunu kimi baxırıq. 

- Çempionluq matçı haqda nə düşünürsünüz? 
- Komanda həmin gün sözünü öz oyunu ilə deyəcək. Kimin güclü olduğu oyunda görəcəyik. 

- Belçika yığmasının sabiq futbolçusu Emil Mpenza artıq neçə vaxtdır müqavilə ilə məxsus olduğu “Neftçi”nin düşərgəsini tərk edib... 
- Mpenza komandamızın Türkiyənin Antalya şəhərindəki toplanışı zamanı düşərgəni tərk etmişdi. Bundan sonra rəhbərlikdən onunla əlaqə saxlanıldı. 

- Klub prezidenti kimi onunla danışmısınız? 
- Şəxsən mənim Emillə əlaqəm olmayıb. 

- Bəs telefon danışıqlarının nəticəsi necə oldu? 
- Telefon danışıqlarından sonra Mpenzanın “Neftçi”də qalıb-qalmayacağı müzakirə edildi. Dedi ki, 1 günə, 5 günə gəlirəm. Ancaq vaxtında gəlib çıxmadı.

- Bundan sonra nə etmək niyyətindəsiniz? 
- FİFA-ya müraciətimiz oldu. Həmin quruma bütün sənədləri təqdim etmişik. Qərarı FİFA verəcək. Yəqin ki, qərar xeyrimizə olacaq.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail