Rəşad Sadiqov: "Heç olmasa, xal ehtiyatımızı artırdıq" - MÜSAHİBƏ

02.04.2012 | 5295 dəfə oxunub

“Qarabağ” klubunun kapitanı Rəşad Sadiqovun müsahibəsi:

- “Neftçi” ilə oyun necə keçdi?
- Qarşılaşmanın əhəmiyyətini bilirdik. Qələbə qazanacağımız təqdirdə, arada olan xal fərqini azaldacaqdıq. Ancaq istədiyimiz nəticəni əldə edə bilmədik. Belə götürdükdə, 1 xal da xaldır. Heç olmasa, xal ehtiyatımızı artırdıq. Nəticə “Neftçi”yə də sərf etdi. Səfərdən xalla döndülər. 

- Cari mövsümdə “Neftçi”ni məğlub edə bilməmisiniz. Bunun səbəbini nə ilə izah edərdiniz?
- Futbolda bu cür hallar olur. Bəzən bir neçə oyunda eyni rəqibi yenə bilmirsən, və ya məğlub olmursan. İlk matçda onları iki top fərqi ilə udurduq, oyunun gedişində ardıcıl 3 top buraxdıq və məğlub olduq. Yəni, burda hansısa səbəb axtarmağa ehtiyac yoxdur. Sadəcə, udmaq istəyirdik. Qarşıda 6 tur var. Bundan maksimum yararlanmağa çalışacağıq.

- Qeyd etdiniz ki, qələbə sayəsində xal fərqini azaldacaqdınız. Bu şansı qaçırdığınıza görə təəssüflənirsiniz?
- Əlbəttə, təəssüflənirik. Digər yandan məğlub olmadıq, xal qazandıq. Ağdamda qələbə qazana bilmədiyimizə görə üzülürük. Çünki azarkeşlərimizi sevindirə bilmədik. Onlar 3 xal gözləyirdilər. 

- Görüşdən öncə baş hakim Anar Salmanovla bağlı müəyyən söz-söhbət yayılmışdı. Onun idarəçiliyi sizi razı saldımı?
- Bu haqda biz də eşitmişdik. Ancaq idarəçilikdən narazı qaldığımızı deyə bilmərəm. Belə də, normal. Oyunun nəticəsinə təsir edəcək səhvə yol vermədi.

- “Qarabağ” sakitcə irəliləyir. Bu gedişlə məqsədə nail olacağınızı söyləmək olarmı?
- Açığı, indiki məqamda çempionluq haqda düşünmürük. Konkret oyunlara köklənirik. Hər matça 3 xal qazanmaq məqsədi ilə çıxırıq. Sırf 3 xal haqda düşünürük. Təbii ki, bunu reallaşdıra bilsək, qarşıya qoyulan məqsədə də çatacağıq. Allaha şükürlər olsun ki, turnir cədvəlində irəliləyə bilirik.

- Bəzən komanda yoldaşlarınız açıqlama verərkən, çempion olmağın çətinliyindən danışıb. Bu cür açıqlamaların rəqiblərinizi arxayınlaşdırmağa yönəldiyini demək olarmı?
- Hər futbolçunun öz düşüncəsi, yanaşma tərzi var. Komanda yoldaşlarımızdan kimsə bu cür düşünə bilər. Amma biz mübarizə aparacağıq. “Qarabağ” mübariz komandadır. Əlimizdən gələnin ən yaxşısını edəcəyik. Ruhdan düşmək yoxdur. Sona qədər mübarizəmizi davam etdirəcəyik. Hər zaman qələbə qazanmaq üçün meydana çıxacağıq. 

- Final mərhələsi ilə bağlı nə deyə bilərsiniz? Gözlənilən gərginlik varmı?
- Həqiqətən də gərginlik var. Ümumiyyətlə, ilk “altılıq”da zəif komanda yoxdur. Hər oyunda fərqli nəticə ilə qarşılaşmaq mümkündür. Kim yaxşı oynayırsa, yaxşı hazırlaşırsa, o da qələbə qazanır. Turnir cədvəlinə diqqət yetirsək, gərgin mübarizə getdiyinin şahidi olarıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail