"Bakı"nın futbolçusu Azərbaycana gəlməyinə peşman olub - MÜSAHİBƏ

19.04.2012 | 5527 dəfə oxunub

"Bakı"nın futbolçusu Deyvidas Çesnauskisin müsahibəsi:
 
- Uzun müddət sizin haqda heç nə eşidilmirdi və birdən “partlayış” baş verdi. “Xəzər-Lənkəran”la oyunda sizinlə nə baş vermişdi?
- Komandamız üçün hər oyun vacibdir, axı biz Avropa Liqasına düşmək üçün mübarizə aparırıq. “Xəzər-Lənkəran”la oyun mənim üçün doğrudan da möhtəşəm alındı, mən üç qol vurdum.
 
- Tək bir oyun deyil, bütün mövsümü nəzərə alsaq, komandada rolunuz nədən ibarətdir?
- Mövqeyim aparıcıdır. Klubumuz bir hücumçu ilə oynayır. Belədə hücum edən sağ cinahı saxlamalıyam və bu nəticəsini verir: mən hazırda yeddi qol vurmuşam.
 
- Azərbaycan futbolu - böyük pullar və aşağı nəticələrdir. Hər halda onun haqda belə düşünmək qəbuldu. Bir sözlə, Azərbaycanı seçməkdə məyus deyilsiniz ki?
- Azərbaycan gəlməyimə çox məyusam, ancaq səviyyə burda çox da aşağı deyil. Çempionatda yaxşı futbolçuları olan ən azı altı komanda var.
 
- Öz səhhətiniz necədir?
- Hazırkı mövsümdə bir neçə zədəm vardı. Ancaq fiziki cəhətdən özümü kifayət qədər yaxşı hiss edirəm, şikayətçi deyiləm.
 
- Litva yığmasına qayıtmağın necə də yaxşı olacağı barədə düşünürsünüz?
- Hazırda bu barədə düşünmürəm. Çünki hazırkı mövsümə köklənmişəm. Bundan başqa, yığma Mayın axırında toplanacaq.
 
-Yeni məşqçi ilə əlaqəniz olub?
- Çabo Laslo ilə əlaqələrim hələ Edinburq “Hearts”ında çıxış edərkən pozulmuşdu. Bir-birimizə rəğbət yox idi. Onun komandasında mən meydana çox az çıxır və diqqətdən kənarda qalırdım. Zərurət anında mən həmişə əlaqdə olacağam. Ancaq oxşar halla üzləşsəm, bu halda öz klubuma diqqət ayıracağam.
 
- Necə düşünürsünüz, o, uyğun nəticələr qazanmaq üçün ikinci Joze Kouseyru olmaq imkanına malikdir?
- Onun bir neçə müsahibəsini oxumuşam. Bu vaxta qədər o, gözəl danışıb, vədlər verib və ola bilsin ki, nəyisə dəyişməyə cəhd etsin. Necə olacağını isə görəcəyik. Kouseyru ümidverici nəticələr qazanmış bir məşqçi kimi yaxşı təsir buraxıb. Bunu Lasloda da görmək istərdim.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail