Asif Məmmədov:"Bizi gərgin mübarizə gözləyir" - MÜSAHİBƏ

24.04.2012 | 6139 dəfə oxunub

"İnter"in yarımmüdafiəçisi Asif Məmmədovun müsahibəsi:

-"Qəbələ"yə qarşı keçirilən qarşılaşma öz gərginliyi ilə seçildi. Matç çox çətin keçsə də, sonradan "İnter" əzmkar qələbə qazana bildi. Baş tutan görüş barədə nə deyə bilərsiniz?

-Bu oyun bizim üçün çox önəmli idi. Bu qarşılaşma hər iki tərəf üçün böyük əhəmiyyət daşıyırdı. Məqsədimiz qələbə qazanmaq idi ki, buna da nail ola bildik. Avropakuboklara vəsigə yolunda bu üç xal bizə çox lazım idi.
 
-Bu turda "Qarabağ"ın məğlub olması da "İnter"in işinə yaradı. Belə ki, komandamız Ağdam klubunu keçməklə turnir cədvəlinin 2-ci pilləsinə yüksəldi.
 
- Fikrimcə, birinci pilləni kimin tutacağı artıq məlum məsələdir. Biz də öz növbəsində qalan görüşlərdə  qələbə qazanıb 2-ci yeri özümüzdə saxlamağa çalışacağıq. İnşallah, sonda məqsədlərimizə çatacağıq.
 
-Yeri gəlmişkən, çempionat çərçivəsində keçirilən son 5 matçda "İnter" qələbəyə həsrət idi. Amma dünən qələbə əldə etməklə komandamız bu uğursuz seriyanı dayandırmağı bacardı…
 
-Mövsüm boyu hər komanda bu cür vəziyyətlə üzləşir. Belə enişlərin olması qaçılmazdır. Biz də belə hadısəylə üzləşdik, amma zənnimcə, "Qarabağ" klubuna qarşı keçirilən qarşılaşmada biz bu seriyaya artıq son qoya bilmişik. "Qəbələ"ylə oyundakı qələbəmizi isə buna sübut kimi göstərə bilərik.
 
-"İnter"in əsas məqsədlərindən biri Avroliqaya vəsiqə əldə etməkdir. Necə düşünürsünüz. komandamız bu hədəfə çata biləcək gücdədir?
 
-İnşallah biz bunu edə biləcəyik. Bunun üçün isə mövsümün qalan qarşılaşmalarında yaxşı oyun göstərmək və tam gücümüzlə mübarizə aparmaq lazımdır.
 
-Artıq çərşəmbə günü komandamızı Azərbaycan Kubokunun 1/2 final mərhələsi çərçivəsində "Neftçi"ylə çətin səfər qarşılaşması gözləyir. Baş tutacaq bu görüş haqqında nə deyə bilərsiniz?
 
-Bu oyun bizim üçün çox vacibdir. Məqsədimiz kubokun finalına çıxmaqdır, lakin biz bilirik ki, bunu etmək çox çətin olacaq. Komandamızı gərgin mübarizə gözləyir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail