"Zestafoni"nin baş məşqçisi: “Neftçi”nin legioner futbolçuları sayəsində yaxşı hücum potensialı var"

14.07.2012 | 6394 dəfə oxunub

Gürcüstan çempionu “Zestafoni”nin baş məşqçisi Georgi Çiaberaşvili müsahibəsi:

- Gələn həftə komandanızı çox çətin sınaq gözləyir. “Zestafoni” “Neftçi” ilə oyunlara nə dərəcədə ciddi hazırlaşa bilib?
- Biz Avstriyada yaxşı hazırlıq dövrü keçdik. Bir neçə yoxlama oyunu keçirdik. Şərait sadəcə ideal idi. Elə hava şəraiti də. Bütövlükdə, razı qaldım. Biz bəzi məsələlərə cavab tapa bildik.

- Məsələn?
- Biz onu müəyyənləşdirməliydik ki, bəzi futbolçuların gedişindən sonra necə futbol sərgiləyə bilirik? Tornike Qriqalaşvili, Quram Samuşiya, Luka Ququçiya, Mixail Sardalişvili göstərdilər ki, əsas komandada oynaya bilərlər.
 
- Şota Qriqalaşvilinin davamçısı ola biləcək kimsə var?
- Şota kimi futbolçunu itirəndə, ona əvəzləyici tapmaq asan olmur. Amma hərdən bu, əks fayda da verir. Şəxsən mən orta sahədə Samuşiya və Ququçiyaya böyük ümidlər bəsləyirəm. Şotanı Şarikadze də əvəz edə bilər.

- Hansı sistemi seçəcəksiz: 4-4-2, ya 4-3-3?
- Keçən dəfə biz 4-4-2 sxemi ilə oynayırdıq.

- Sizcə, Georgi Kaçkaçişvili Georgi Onianini əvəzləyə bilər?
- Kaçkaçişvili çox yaxşı müdafiəçidi. Onun böyük potensialı var. Amma o, mövsümün hazırlıqlarına çox gec başlayıb.

- Yəni “Neftçi” ilə oyunlara çıxmayacaq?
- Onun belə bir şansı azdı. Onunla yanaşı bizim başqa mərkəz müdafiəçilərimiz də var – Qriqalaşvili, Kobaxidze, Sacaya... Bu xəttlə bağlı bizdə hər şey qaydasındadı.
 
- Siz “Neftçi”nin də oyununu izləmisiz. Rəqib necə təsir bağışladı?
- Bəli, bir neçə oyunlarını izlədim. Onlar komandanı yeniləyiblər. Heyətə yeni futbolçular cəlb olunub. Demək olar ki, müdafiə və qapıçı istisna olmaq hər şey dəyişib. “Neftçi”nin legioner futbolçuları sayəsində yaxşı hücum potensialı var. Təbii ki, bu da klubun böyük büdcəsi ilə əlaqədardı.
 
- “Neftçi” ilə oyunlarda hansı üstünlükləriniz var?
- Bizim belə rəqibə qarşı çox yaxşı üstünlüyümüz var. Biz öz güclü tərəflərimizi yaxşı bilən komandayıq. Bunun üzərində uzun illərdi işləyirik. Düzdü, “Neftçi” də buna qısa zamanda nail olub. Ona görə də bu komandalar arasında ciddi səviyyə fərqi görmürəm. Şanslar bərabərdi. Amma Gürcüstan çempionu Azərbaycan klubunu məğlub etməldi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail