Engin Fırat: "Foqtsu heç bəyənmirəm" EKSKLUZIV

11.03.2011 | 5522 dəfə oxunub

rnrn

rnrn

Engin Fırat.rnTürkiyənin tanınmış simalarından biri. “Samsunsspor”, “Sivasspor”, “KayserirnƏrciyəsspor”, “Fənərbaxça”da köməkçi məşqçi, İranın “Sepahan” klubunda isərnköməkçi məşqçi və baş məşqçi vəzifələrində çalışıb. Bundan əlavə, İran millirnkomandasında əslən azərbaycanlı olan sabiq futbolçu Ali Dae ilə birlikdərnfəaliyyət göstərib. Türkiyədə “Pro” kateqoriyalı məşqçilər sırasına daxildir.

rnrnrnrnrnrnrnrn

Engin FıratınrnStadium.az-a müsahibəsini təqdim edirik:


rnrn

-Azərbaycan futbolu haqqında məlumatınız var?

rnrnrnrn

-Bəli, oradarnişləyən bəzi türk mütəxəsslər və oyunçulardan məlumat almışam.  İran futboluna bənzədirəm. Yavaş-yavaş inkişafrnedir. Ancaq düzgün adımlar atılmır. Ən önəmlisi Azərbaycanda futbol sevgisirnvar.

rnrnrnrn

-Məsələn hansı addımlar düzgün atılmır?

rnrnrnrnrnrn

-Yənirnyüksək məbləğdə futbolçular alıb, pis vəziyyətdə olan meydançalarda məşq etməkrnməntiqlidir sizcə? Bundan əlavə Azərbaycandan Türkiyəyə gələn futbolçularda dissiplinrnproblemi olur. Deməli, hələ tam peşəkarlıq yoxdur.

rnrn

-Hansı futbolçumuzu nəzərdə tutursunuz?

rnrnrnrn

-Məsələn,rnelə Rəşad Sadıqov. Bu cür bacarıqla uzun müddət Avropada oynamalı idi. Həmçinin,rndigər azərbaycanlı futbolçulara da şans yarada bilərdi. Xaricdə oynayan neçərnfutboçunuz var?

rnrnrnrn

-Bir futbolçumuz

rnrnrnrn

-O darnRusiyada. Bəs bunlar necə təcrübə qazanacaqlar, özlərini necə inkişafrnetdirəcəklər?

rnrnrnrn

-Azərbaycanla Türkiyə futbolunu müqayisərnetdiyinizdə hansı fərqlər ortaya çıxır?

rnrnrnrn

-HazırdarnAzərbaycan futbolu  Türkiyə futbolunun 25rnil əvvəlki vəziyyətindədir. Ona görə deyirəm, ilk addım olaraq çoxlu stadion vərnbazalar tikmək lazımdır ki,ş futbol inkişaf etsin. Həmçinin əvəzedici heyətlərərndə önəm vermək lazımdır. 2-3 əcnəbi məşqçi gətirmək əvəzinə, özrnmütəxəssislərinə güvənmələri lazımdır. Öz ölkəərində peşəkar futbol liqlərirnolmayan məşqçi və futbolçular azərbaycan klublarına nə qədər faydalı ola bilər?

rnrnrnrn

-Türkiyə millisinin Azərbaycan yığmasına məğlubrnolduğu matçla bağlı fikirləriniz…

rnrnrnrn

-Bu qələbərnazərbaycan millisinə çox lazım idi. Yəni belə nəticələr özünə güvəni artırır. AncaqrnAzərbaycan futbolunun yaxşı səviyyədə olduğunu düşünməyin. Həmin gün Azərbaycanlı futbolçular çox istəkli və şanslı idilər. Burada baş məşqçi BertirnFoqtsun heç bir uğuru yoxdur. Uğur azərbaycanlı futbolçularındır.

rnrnrnrn

-Foqts demişkən. Hiddinklə Foqts sizcə necərnməşçidir?

rnrnrnrn

-Foqtsu heçrnbəyənmirəm. Hiddink isə dünyada tanınmış bir məşçidir, amma hələ də Türkiyərnmillisinə uyğunlaşa bilməyib. Aylarla Türkiyədə matçlar izlədi, ancaq pisrnnəticələr aldıqdan sonar işləməyə başladı. Türkiyə yığması 4 oyundur ki, qolrnvura bilmir. Bu da onun uğursuzluğudur.

rnrnrnrn

-Azərbaycandan sizə təklif gəlsə…

rnrnrnrn

-Futbolrnsevgisi var, bacarıq var. Təbii ki, müsbət qarşılayaram.

rnrnrnrn

-Azərbaycanda olmusunuzmu?

rnrnrnrn

-Çoxrnmaraqlıdır. Dünyanın bir çox ölkəsində olmuşam, qonşu Azərbaycana gələrnbilməmişəm. Ancaq xeyli məlumatım var. İranda yaşayan azərbaycanlılardan xeylirnməlumat toplamışam. Bakı çox gözəl şəhərdir.

rnrnrnrn

-Bu günə qədər hansı komandada daha yaxşı uğurrnqazandığınızı deyə bilərsiniz?

rnrnrnrn

- Bir çoxrnşey yaşamışam. “Fənərbaxça”da olanda “Qalatasaray”ı  6:0 məğlub etdi, “Sivasspor”da Cumhuriyyətrnkubokunu qazandım. Həmçinin, İran milli komandasında yaxşı günlərim olub. İranınrn“Sepahan” klubunu Asiya Çempionlar Liqasına çıxardım.

rnrnrnrnrnrnrnrn

-Səhv etmirəmsə İran millisində köməkçi məşqçirnidiniz…

-Ali Dae (azərbaycanlı)rnilə bi yerdə işləmişik. Amma baş məşqçi kateqoriyası təkcə məndə var idi. (gülür)

rnrnrnrn

-Sizi heç Fatih Terimə oxşadanlar olubmu?

rnrnrnrn

-Səbəbinirnbilmirəm, amma belə şeylər Türkiyə mətbuatında çox olub. Ancaq mən öz yolumlarngedirəm. Heç kimi təqlid etmirəm.

rnrnrnrn

-Azərbaycanda türkiyəli məşqçi var idi, Rasim Kara. Onunlarnmünasibətiniz var?

rnrnrnrn

-Bəli,rnAzərbaycandakı köməkçisi Çətin Yakın yaxın dostumdur. Ancaq eşitdiyimə görə “Qarabağ”danrnpis bir şəkildə ayrılıb. Məncə bu peşəkarcasına bir hərəkət deyildi.  

rnrn

 

rnrn

XəyalrnAZƏROĞLU



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail