Vəfa Quluzadə: «Azərbaycanın beynəlxalq nüfuzu olmadığından, millinin məğlubiyyətləri ona zərbə vurmur»

13.04.2011 | 4277 dəfə oxunub

Futbola yad ad olsa da, Vəfa Quluzadənin heç bir tanıtıma ehtiyacı yoxdur.rnƏslində Vəfa müəllim jurnalistikaya yaxınrnadamdır.rnMəsələ ondadırrnki, Quluzadə 1963-cü ildə məzun olduqdan sonra, iki il Azərbaycan Radiosunda ərəb dilində verliş aparıb. Siyasi fəaliyyətə isə 1970-ci ildə Misirdəki SSRİ səfirliyində attaşe kimi başlamışdır. 1999-cu ilin sonlarına yaxın, xarici işlər naziri Tofiq Zülfüqarov və prezident Heydər Əliyev administrasiyasının rəhbəri Eldar Nmazovla bir vaxtda, istefa verdi. İstefa ərəfisində Vəfa müəllim Heydər Əliyevə məktub yazaraq, 41 illik ağır işdən yorulduğunu və istirahət etmək, sağlamlığının qayğısına qalmaq istədiyini bildirmişdi. Bununla da siyasətdən ayrılaraq, siyasi politoloq kimi fəaliyyətini sərbəst şəkildə davam etdirməkdədir. Vəfa müəllimlə futbol barəsində danışıb, onun bu idman növünə baxışını bilmək heç də pis olmazdı. Danışdıq da:

rnrn

AZƏRBAYCAN FUTBOLUNA BAXIŞI

rnrn

Bilirsiniz, ölkə nədirsə, əsilində onun futbolu da o olur. İnkişaf etmiş ölkələrdə, futbol özünü yaxşı tərəfdən göstərir. Məsələn, götürək balaca ölkələrdən Hollandiyanı. Gözəl futbolları var. İnkişaf etməmiş ölkələrdə isə əsasən təkbətək idman növləri daha yüksəkdədir ki, bizdə də elədir.

rnrn

KLUBLAR VƏ ÇEMPİONAT HAQDA

rnrn

Sözün düzü, çox gözləyirəm ki, Azərbaycan futbolu, millisi, klubları layiqli bir yer tutacaqlar. Amma hələ ki, bu, mümkün deyil. Azərbaycan millisi və klubları oynayanda «gözümün ucuyla» baxıram. Və çox vaxt, adəti üzrə məyus qalıram. Yenə də uduzduq deyə. Buna görə də, elə baxmasam yaxşıdır.

rnrn

MİLLİ BARƏDƏ DÜŞÜNCƏLƏRİ

rnrn

Bir sıra xarici ölkələrdə olduğu kimi, biz də təmiz milli komanda yoxdur. Bizdə də, muzdlu oyunçulardan (milliyə cəlb olunan əcnəbiləri nəzərdə tutur - müəllif) istifadə edirlər. Bu, dünyanın hər yerində var, bizdə də. Bilirsiz milli komandaya nə lazımdır, yaxşı iradə. Bundan başqa nizam-intizam. Bax bu iki məsələ, rnbizim xalqımıza aiddir. Amma xalqımızda bu yoxdur. Xalqımız nə nizam-intizamı sevir, nə də güclü iradəsi var. Mən bunu görmürəm. Baxın küçələrə, evlərin qabağına, hər yer zibillə doludur, əhalidən heç kəs əyilib onu götürüb, lazımı yerə atmır. Sözümün canı odur ki, bizi alman xalqı ilə müqayisə etmək yersizdir. Bir çöx ölkələrdə olmuşam. Sizə daha dəqiq bir məsəl çəkim. İsveçrədə, zadəganlar şəhərin kənarında at sürürlər. Yoldan keçəndə, at qarnını boşaldır. O dəqiqə kəndlinin qapısı açılır, o peyini oradan götürür ki, şəxsi təsərüfatında istifadə edəcək. Bizdə belə şey ağıla sığar. Düz bir ay qalacaq orada (ürəkdən gülür). Adətən hamını, avropanı, ATƏT-i, NATO-nu Amerikanı tənqib edirik, amma özümüz üçün bunu bacarmırıq. Magistral yollar çox gözəl düzəldilir ölkədə. Amma onlara paralel küçələr bərbad vəziyyətdədir. Elə bil borbardman olunublar. Oralarda da, mən tanıyıram, çox varlı - imkanlı şəxslər yaşayırlar. Amma biri öz yaşadığı küçəni təmir elətdirmir. Vallah imkanım olsa bunu edərdim, heç səsimi də çıxarazdım. Bax sadaladığım bu kiçik məqamlara görə biz millət kimi də uduzuruq, futbol komandası kimi də.

rnrn

BELÇİKA İLƏ OYUN

rnrn

Bu görüşə baxmadım. Elə yaxşı ki, baxmamışam. Biabırçı bir məğlubiyyət olub.

rnrn

SABİR RÜSTƏMXANLININ «MİLLİ BİR YIĞIN QOYUN SÜRÜSÜDÜR» FİKRİNƏ MÜNASİBƏT

rnrn

Mən sabir müəllimi tanıyıram, özünə də çox hörmət edirəm. Hesab edirəm ki, onun bu cür ifadə işlətməsi əsəbiliyin nəticəsi olub. Bu faktoru nəzərə alıb onun sözlərinə münasibət bildirməyəcəm. Adam əsəbi vaxtında belə ifadələr işlədir, sonra da buna peşiman olur. Gəlin bunun üstünə çox getməyək. Onun xidmətlərini nəzərə alsaq, bunun üstündən keçmək olar.

rnrn

LEGİONERLƏR, YOXSA YERLİLƏR

rnrn

Futbolumuzu yerli uşaqları yetişdirib, onlarla inkişaf etdirmək daha məqsədəuyğundur. Amma biz tez nəticə əldə etmək üçün legionerləri alırıq. Bu da ki, bizim neft pullarının fəsad tərəfidir. Bu pullarla özümüzünküləri yetişdirmək əvəzinə, gedib daşı-kəsəyi, neqrları gətirirlər. Allah onları güclü yaradıb, amma nə olsun. Bu gün onlarla oynadıq, bəs sonra?

rnrn

İDMANIN SİYASƏTƏ ÇEVRİLMƏSİNƏ MÜNASİBƏTİ

rnrn

Az da olsa, idman xalq psixologiyasna təsir edir. Sovet ittifaqı güclü olandı, idmanı da güclü idi. Sovetlər dağılandan sonra Rusiyanın idmanı da zəiflədi. Sərhədlər açılandan sonra rusiyalı idmançıları xaricilər pula aldılar. Bizim özümüzünküləri götürək. Bizdə çox güclü fizika, matimatika müəllimləri vardı, bir nömrəli. Hamısı İstanbulda işləyir, qaçıblar buradan. Az maaşdan qaçıblar.

rnrn

MİLLİNİN BÖYÜK HESABLI MƏĞLUBİYYƏTLƏRİNİN BEYNƏLXALQ İMİCƏ ZƏRBƏSİ

rnrn

Heç bir zərbə endirilmir, çünki Azərbaycanın beynəlxalq imici çox aşağıdadır. Beynəlxalq imicimiz yüksəkdə olsaydı, hə, zərbə endirərdi. Ermənilərin 5 oyundan 8 xalı var, bizim 4 oyundan cəmi 3. Məsələ ondadır ki, onlarla güclü rus məşqçiləri məşğul olurlar, öyrədirlər. Həm də güclü diasporaları var. Təsadüfi heç bir şey olmaz. Futbolçularımız bununla heç bir şey edə bilməz. Futbola rəhbərlik edənlər bundan ibrət dərsi götürməlidirlər. Bununla Rövnəq Abdullayevin bostanına daş atmıram, çünki o bir neft sahəsinin adamıdır. Burada işləyən məşqçilər var, bir də futbolu idarə edən insanlar. Bir də məsələ ondadır ki, Rövnəq müəllimdən əvvəl yaxşı olmayıb ki, indi pis olsun. Elə əvvəlki vəziyyətdir də.

rnrn

«QARABAĞ»IN BEYNƏLXALQ UĞURU HAQDA

rnrn

Hər bir uğura sevinirəm, məğlubiyyətə də üzülürəm. Düzdür, «Qarabağ» son iki ildə bir sıra ciddi qələbələr qazandı. buna görə də çox şadam. İndi bunun səbəblərini öyrənib, daha da inkişaf etdirmək lazımdır. Əgər onların seçimləri doğrudursa, digərləri də buna baxsınlar. Məşqçiləri  yaxşıdır, futbolçuları ciddi nizam-intizama öyrədib. Uşaqlar daha çox dindar futbolçulardır. İçki içmirlər, qələbəni pivəylə bayram etmirlər. Peşəkar oyunçu içkidən və siqaretdən uzaq olmalıdır.

rnrn

Vüsal GÖZƏLOV



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail