Rəşad Sadiqov: "Gərək "Bavariya"nın bütün futbolçuları özlərini asaydılar"

08.11.2012 | 5850 dəfə oxunub

"Neftçi"nin kapitanı Rəşad Sadiqov "Rubin"lə oyundan əvvəl Stadium.az saytının suallarını cavablandırıb:

- Əvvəlcə "Rubin"lə oyun barədə fikirlərin...

- Çətin oyun olacaq, amma İnşallah çalışacağıq qələbə qazanaq. Bunun üçün əlimizdən nə gəlirsə, onu da edəcəyik.

- Ümumuyyətlə, inam var ki, sabah ən azı bir xal qazanmaq mümkün olacaq?

- İnam böyükdü,  komandada hamı qələbə üçün oynayacağımızı düşünür, amma nəticə necə olacaq, onu əvvəlcədən demək olmaz. Əsas odur ki, futbolçu yoldaşlarım hamı qələbəyə köklənib. Məncə bu amilin oyuna motivasiya olmağımızda rolu böyük olacaq. 

- Necə düşünürsən, komanda hazırda "Rubin"ə qalib gələcək gücdədir?

- Komanda oyuna tam hazırdı, İnşallah, çalışacağıq meydanı xalsız tərk etməyək. 

- Səncə "Neftçi" "Rubin"dən nədə geri qalır?

- Bizim hazırda rəqibdən geri qalan əsas tərəfimiz təcrübədir. Rəqib düşərgənin həm komanda olaraq, həm də fərdi olaraq təcrübəsi bizdən həddindən artıq çoxdur.

- İlk oyunla müqayisədə rəqibi necə analiz etmisiz?

- Kazandakı oyuna baxmışıq, yaxşı da analiz etmişik. İndi evimizdə oynayırıq, burada azarkeş amili bizim üçün böyük rol oynaya bilər.

- Bu gün "Rubin"ə uduzsaz bu, sizin üçün faciə olacaq?

- Niyə faciə olmalidir ki? Bu barədə danışılanda hec cür qəbul edə bilmirəm. "Rubin" heç kimin ağlına gəlmədiyi halda "Nou Kamp"da "Barselona"nı məğlub etdi, bəyəm bu katalonlar üçün faciə oldu? Futbolda artıq heç bir nəticə faciə hesab olunmur. BATE "Bavariya" kimi komandanı darmadağın etdi, məsələyə bu prizmadan yanaşsaq, gərək "Bavariya"nın bütün futbolçuları özlərini asaydılar. Bu məsələyə belə yanaşma tərzini düzgün hesab etmirəm. 

- Sabah "Rubin"i nədə üstələyəcəyinizə ümid edirsiz?

- Əgər intizamli və kolektiv oyun oynaya bilsək, rəqibə qalib gələ bilərik. Bununla yanaşı, gərək həm də heç bir səhv etməyək. "Rubin"i ancaq kollektiv və intizamlı oyunla məğlub edə bilərik?

- Böyükağa Hacıyev mətbuat konfransında bildirdi ki, heyətdə dəyişikliklər edəcək, qorxmursuz ki, bu amil oyununuza mənfi təsir edə bilər?

- Dəyişiklik deyəndə, ola bilsin, bir və ya iki  mövqedə əvəzləmə olsun, amma inanmıram ki, bu amil də oyunumuza böyük ölçüdə təsir edə. 

- Bizdə olan məlumata görə klub rəhbərliyi yerli futbolçuların çıxışından narazıdır, komandanın kapitanı kimi bu olaya necə yanaşırsan?

- Ele bir şey yoxdur ki, yerlilərden narazı, ligonerlerden razidirlar. Komadada ayrı-seçkilik yoxdur, komanda udanda hamı udur, uduzanda da hamı uduzur. Onlarında yaxşi və pis oyunları olub, yerlilərində.

Stadium.Az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail