Nikolas KANALES: "Sumqayıt"dan qisasımızı artıqlamasıyla aldıq" MÜSAHİBƏ

"Azərbaycanda oynadığım üçün milliyə düşmək şansım yoxdur"

19.11.2012 | 6894 dəfə oxunub

Sırağagün Premyer Liqada keçirilən "Neftçi" - "Sumqayıt" oyunu həm meydan sahiblərinin rəqibi darmadağın etməsi və Nikolas Kanalesin "poker"i ilə yadda qaldı. Qarşılaşmadan sonra Kanaleslə danışdıq. Çilili futbolçu "Sumqayıt"la oyun, "poker" etməsi, milliyə çağrılmaq perespektivi və qarşıdakı "Partizan"la qarşılaşma barədə suallarımızı cavablandırdı.

- Kanales, "Sumqayıt"ın qapısından 4 top keçirdin. Poker etdiyin qarşılaşma barədə nə deyə bilərsən?

- Əvvəlcə onu deyim ki, qələbə qazandığımız üçün çox sevinirəm, bu qələbə bizim üçün çox vacib idi. Çünki bizə xallar lazımdı. Nəzə alsaq ki, hələ ehtiyatda 3 oyunumuz var, onda hazırkı vəziyyətimizi qənaətbəxş hesab etmək olar.  Biz bundan sonrakı oyunlarda da qələbə qazanmalıyıq, başqa yolumuz yoxdur.

- İlk döbrədə gözlənilmədən "Sumqayıt"a məğlub olmuşduz. Demək olar ki, meydana ancaq qisas üçün çıxmışdız?

- Mən birinci oyun barədə yalnız onu deyə bilərəm ki, həmin qarşılaşmada "Sumqayıt"ın qələbə qazanmaq istəyi bizimkindən daha artıq idi. Bu dəfə isə hər şey fərqli idi, bunu nəticə də tam göstərdi.

- Hesabda tam önə çıxdıqdan sonra baş məşqçi sizi əvəzləmədi, amma digər futbolçulara şans dincəlmək şansı verdi. Demək olar ki, sən fiziki cəhətdən ən yaxşısan?

- Mən başa düşürəm ki, məni dəyişməyə futbolçu yoxdur. Çempionat və Avroliqa oyunlarını əvəzolunmadan keçirmiçəm, çünki məni əvəzləyəcək futbolçumuz yoxdur, mən hazırda komandada tək hücumçuyam.

- Sənin üçün hücum xəttində tək oynamaq asandır, yoxsa iki hücumçu ilə?

- Əlbəttə iki nəfər oynayanda daha yaxçı olur. Axı tək olanda arxaya çox qayıtmalı oluram. Hücumda iki nəfər oynayanda isə belə olmur.

- Qarşıda "Partizan"la çətin oyun da var...

- Qarşıda hələ bir neçə günümüz var. Fiziki cəhətdən tam bərpa ola bilsək, "Partizan"la rahat oynaya biləcəyik.

- Adətən belə oyunlarda - komanda rəqibə bir neçə top vurduqdan sonra əsasən vaxtı öldürərək öz gücünü qoruyur, axı qarşıda çətin oyun var, amma siz bunu etmədiz. Bunun arxasında nə dayanırdı?

- Mənim üçün çox qeyri-adi oyun oldu. "Neftçi"də çıxış edəndən bəri ilk dəfə idi ki, rəqib qapısından 8 top keçirirdik.

- Yəni bu hesabı gözləmirdiz?

- Yox, heç ağlıma da gəlmirdi.

- Bəlkə əsas məqsəd qisas almaq idi?

- Belə də demək olar. Biz "Sumqayıt"dan qisasımızı artıqlamasıyla aldıq.

- Səhv etmirəmsə, aktivinizdə artıq 11 qol var. Bu amil Çili millisinə yolunuzu aça bilər?

- Məncə yox, çox çətin məsələdir. Əgər UEFA-da uğurlu çıxış edə bilsəydik, bəlkədə nəsə barədə düşünmək olardı, amma belə mümkün deyil. Çili millisində elə oyunçular var ki, hazırda İspaniyada - "Barselona"da, İtaliyada oynayırlar. Yəqin heç bir məşqçi onları qoyub məni milliyə çağırmaz.

- Onda belə çıxır ki, məhz Azərbaycanda oynadığın üçün milliyə düşmək şansın azdır?

- Əlbəttə.

- Konkret olaraq "Partizan"la oyun barədə nə deyrdin?

- "Partizan"la oyun çox çətin olacaq. Çünki hər iki komandanın qrupda qalacağı dəqiqləşib və nə onların, nə də bizim itirəcəyimiz bir şey yoxdur. Hər iki komanda meydana qələbə qazanmaq üçün çıxacaq. Buna görə də, qələbə qazanmaq çətin olacaq, amma bizim əsas məqsədimiz yalnız qələbədir. Əgər meydandan 3 xalla ayrılsaq, bu, həqiqətən tarix olacaq.

- 8 qollu qələbəni kimə həsr etdiz?

- Bütün azarkeşlərimizə və ad gününü qeyd edən məşqçimiz Tərlan Əhmədova.

Söhbətləşdi: ELNUR ("HET TRİK news" qəzeti)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail