Nodar Məmmədov: “Oyunun axırında hirsimdən məni ağlamaq tutmuşdu”-MÜSAHİBƏ

21.04.2011 | 5337 dəfə oxunub

rnrn

NodarrnMəmmədov “Qəbələ”nin ən gənc üzvlərindəndir - 23 yaşlı müdafiəçi  “Qəbələ”yərnötən il qoşulub. Gənc olmasına baxmayaraq,  “Qəbələ”yə qədər “Şahdağ”,rnMOİK, “Muğan” və “Qarabağ”da oynamağa imkan tapıb. Nodar ölkəmizin, demək olarrnki, bütün yığma komandalarında top qovmuş futbolçulardandır. Ara-sıra əsasrnmilliyə də dəvət  alan futbolçu “Qəbələ FK” qəzetinə  müsahibəsindərnfutbola ilk gəlişi, yığmada və “Qəbələ”dəki karyerası barədə danışıb.  

rnrn

- Nodar, futbola necə gəlmisən? Deyəsən, futbolçu kimi karyeran əvvəldən uğurlurnalınıb - ən kiçik yaşlarından yığmalara çağırılmısan...

rnrn

-rn1992-ci ildə ailəmlə Gürcüstandan Azərbaycana köçdük. Futbol oynamağa  Zabratrnqəsəbəsində başlamışam, “Zabrat bələdiyyəsi” adlı komandada. Ordan “U-15”ə,rnsonra da “U-17”yə çağırıldım. “U-15”də İslam Kərimovun rəhbərliyi altındarnoynamışam. 16 yaşımda Şakir Qəribovun baş məşqçisi olduğu “U-17”yə dəvət aldımrnvə bu komandanın heyətində Avropa çempionatında çıxış etdim. Daha sonra Arif Əsədovunrnbaşçılığı altında 19 yaşadək futbolçulardan ibarət yığmada oynadım. SonralarrnOlimpiya yığmasının və nəhəyət, əsas milli komandamızın formasını geyinmək mənərnnəsib olub. Əsas millinin heyətində Uels, İslandiya və İrana qarşı matçlardarnoynamışam.   

rnrn

- Demək olar, bütün yaş dərəcələrində yığmaların şərəfini qorumusan. Yığmalarınrnhansında çıxışın sənin üçün yaddaqalan olub?

rnrn

-rnArif Əsədovun başçılıq etdiyi “U-19”un heyətində Ermənistan komandasına rn qalib gəldiyimiz oyun yaddaqalan olub. Komandanın kapitanı mən idim.rnİkinci qolun ötürməsini də mən vermişəm. Hesab 1:1 olanda hakim mərkəzdə cərimərnzərbəsi təyin etdi. Topu havaya qaldırdım, Nizami Hacıyev isə baş zərbəsiylərnikinci topu ermənilərin qapısından keçirtdi. Bu, yığmalarda oynadığım dövrlərdərnyadımda  qalan ən unudulmaz məqamlardan biridir.   

rnrn

- Yaşın elə də çox deyil, amma Azərbaycanda 4 klub dəyişmisən...

rnrn

- Elit klublar arasında ilk komandam Qusarınrn“Şahdağ”ı olub. Orda ciddi irəliləyiş görmədim. Rasim Kara “Qarabağ”a gələndə,rnhəmin komandaya dəvət etdilər. Əcnəbi məşqçi olduğundan Ağdam klubunu seçdim.rnİlyarım “Qarabağ”da oynayandan sonra əsgərlik yaşıma çatdım və OMİK-ə keçdim. OMİKrnbirinci liqaya düşəndə isə “Qarabağ” məni icarəyə götürdü. Amma orda oynamırdımrndeyə, komandada qalmaq istəmədim. Buna görə də icarə əsasında 3 aylığa “Muğan”arnkeçdim. Ancaq Salyan klubunda baş məşqçi Hurtiçlə problemim oldu. Hurtiç ornzaman bizim üçün (“Muğan” – red.) “Qəbələ” və “Bakı”ya qarşı oyunlarda mənirnmeydana buraxmadı. Halbuku, həmin oyunların elə bir əhəmiyyəti yox idi. “Bakı” ilərnoyunda matçın sonuna 5 dəqiqə qalmış dedi ki, isinmə hərəkətləri edim. Amma bilirdimrnki, yenə meydançaya buraxmayacaq. O, elə adam idi ki, prinsip aparırsa, gerirnduran deyildi. Mən də onun dediyini etmədim. “Muğan”ı tərk edib yenidən “Qarabağ”arnqayıtdım və komanda ilə Ankaraya 15 günlük təlim-məşq toplanışına yollandım. Ammarnhəmin vaxt “Qəbələ”dən təklif almışdım deyə, düzü, orda qalmaq istəmirdim. Odurrnki, bir az həvəssiz məşq edirdim. Baş məşqçi Qurban Qurbanov bunu hiss etmişdi.rnYaxınlaşıb soruşdu ki, getmək istəyirsən? Mən də düzünü dedim. Sağ olsunlar,rn“Qarabağ”da mənə problem yaratmadılar.

rnrn

- Bəs “Qəbələ”yə keçidin necə baş verdi?

rnrn

- “Qarabağ”la 2 illik müqaviləm olsa da, “Qəbələ”nirnseçdim.  21 yaşlıların Moldova ilə oyununda Toni Adamsın köməkçisi QarirnStivens məni görüb bəyənmişdi. Oyundan sonra klubun baş meneceri Zaur Əzizov yaxınlaşıb, məni öz komandalarında görmək istədiklərinirndedi. Mən də məmnuniyyətlə razılıq verdim.

rnrn

- “Qəbələ”də çıxış edən futbolçuların bəzilərirnbu komandanı Toni Adamsa görə seçdiklərini deyirlər. Bəs sən?

rnrn

- Düzünü desəm, baş məşqçimizin yeri başqadır.rnTanınmış şəxsiyyətdir, futbolda olduqca böyük təcrübəyə malikdir. “Qarabağ”darnolduğum vaxt çempionat oyunlarında müntəzəm oynamağım lazım idi, amma oynayarnbilmirdim. “Qəbələ”yə keçməklə bu şansı qazanmaq istəyirdim. Şükür ki, “Qəbələ”nirnseçdim və özümü doğrulda bildim.

rnrn

- Əsas milli komandanın heyətində bir neçə dəfərnoynasan da, nədənsə yığmaya müntəzəm çağırılmırsan...  

rnrn

- Milliyə ilk dəfə “Qarabağ”dan, Rasim Karanınrndövründə çağırılmışam. Onun vaxtında 4 oyunda oynamışam. Sonra əsgərliyərngetdim, MOİK-ə keçdim. MOİK-in çempionatda uğursuz çıxış etməsi millidəkirnkaryerama da pis təsir göstərdi. Deyərdim ki, əməlli-başlı zərdə vurdu. Bir dəfərnmillinin yoxlama təlim-məşq toplantısında Berti Foqts mənə yaxınlaşıb soruşdurnki, bilirsən səni niyə milliyə çağırmıram? Cavab verdim ki, yox. Dedi ki,rn“Neftçi”yə qarşı matçda oyununa bax, onda bilərsən.

rnrn

- “Neftçi” ilə oyunda nə olmuşdu ki?

rnrn

- “Neftçi”yə 5:0 uduzmuşduq. Buraxılan toplardanrn2-si mənim zonamdan vurulmuşdu. MOİK çempionat oyunlarında müntəzəm uduzduğunarngörə, biz də tez ruhdan düşürdük, oynamağa həvəsimiz qalmırdı.

rnrn

- Axı futbolçuların çoxu dəridən-qabıqdan çıxırrnki, özlərini göstərsinlər, milliyə düşsünlər...

rnrn

- Razıyam, amma MOİK-də bunu etmək mümkünrndeyildi. Sözlərimi vaxtilə MOİK-də oynayanlar da təsdiq edə bilərlər. Olarnbilsin ki, ordu klubunda futbolçu kimi müəyyən vərdişləri, fiziki formanırnsaxlamaq mümkündür. Amma peşəkar futbolçu üçün təkcə fiziki forma kifayətrndeyil.

rnrn

- “Qəbələ”nin altılığa düşə bilməməsi də səni həvəsdənrnsaldı?

rnrn

- Əslində, bu il komandanın qarşısına ciddi vəzifərnqoyulmamışdı. Buna baxmayaraq, bir-iki nəfər vardı, onların acığına çox istəyirdimrnki, “Qəbələ” altılıqda oynasın.

rnrn

- Kimləri nəzərdə tutursan?

rnrn

- Rəqib komandada oynayan futbolçu dostlarımı. Deyirdilərrnki, “Qəbələ” altılığa düşməyəcək. Onlara əksini sübut etmək istəyirdim. Ona görərndə, təsnifat mərhələsində “Muğan”a uduzanda özümə yer tapa bilmirdim, oyununrnaxırında hirsimdən məni ağlamaq tutmuşdu. Çünki “Qəbələ” gözgörəsi Salyanrnkomandasından bir baş üstün idi. Deməli, qismət deyilmiş.

rnrn

- Yenidən milliyə düşmək istəyirsən?

rnrn

- Əlbəttə.rnHər futbolçu istər ki, millinin formasını geyinsin, daim yığmaya çağırılsın.

rnrn

- Amma bu yanğı hiss olunmur... Bəlkə özünü millidə sənin mövqeyində oynayanlardanrnzəif sayırsan?

rnrn

-rnYox, niyə ki, istək var. Özümü millidə mənim mövqeyimdə oynayanlardan, deyəkrnki, Elnur Allahverdiyev, Rail Məlikov, yaxud Cəmşid Məhərrəmovdan zəif bilmirəm.rnÇempionat oyunlarında onlara qarşı oynamışam. Bu, sadəcə, Foqtsun qərarıdır, o,rnkimi lazım bilirsə, onu da çağırır.

rnrn

- Sənin yaşında olan futbolçular çox vaxt xaricə can atır. Legioner həyatı yaşamaqrnistəyirsən? 

rnrn

-rn Ən azı, 5-6 il legioner həyatı yaşamaq istərdim. Amma ona qədər “Qəbələ”ninrnuğurları üçün tər tökəcəm.

rnrn

- “Qəbələ” ilə arzuların nədir?

rnrn

-rn“Qəbələ” ilə titul qazanmaq və ya avrokuboklarda oynamaq istəyirəm. İstəyirəm,rnmənim də titulum olsun. Düzdür, “Qarabağ”da bürünc medallara sahib olmuşam,rnamma cəmi 4 oyunda oynamışam. Yəni həmin nəticədə payım az olub. Ona görə də,rn“Qəbələ”də arzum mükafatlardan birini, yaxud da kuboku qazanmaqdır.

rnrn

 

rnrn

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail