"Serbiyada Azərbaycan futbolu deyən kimi, Qurbanın adını çəkəcəklər" - MÜSAHİBƏ

27.04.2011 | 6180 dəfə oxunub

Milli komandamızın üzvü və "Qəbələ"nin hücumçusu Branimir Subaşiçin müsahibəsi

rn

- Öncə özün barədə məlumat verərdin…
- 1982-ci ilrn aprelin 7-də Serbiyanın paytaxtı Belqradda anadan olmuşam. Atam və anamrn isə Bosniya və Herseqovinadandır. Keçmiş Yuqoslaviyada müharibə rnolmamışdan əvvəl ailəm Serbiyaya köçüb. Ailəmiz dörd nəfərdən ibarətdir.rn Atam, anam, qardaşım və mən. Qardaşımın adı Radomirdir. Atam və anam rnticarətçi olublar. Anam sonradan bizə daha çox vaxt ayırdığından rnişləmədi. Ona görə də həmişə ata və ana qayğısını hiss etmişik. rnUşaqlığım da ancaq futbolla bağlıdır. Məşqdən çıxan kimi uşaqlarla rnməhəllədə futbol oynayardıq. Məktəb, dərs isə mənim marağımda deyildi. rnBir uşaq məşqçim var idi, mənə deyirdi ki, “ya futbolunu oyna, ya da rnməktəbə get”. Normal məktəbli olmuşam. İki il öncə isə Belqradda idman rnakademiyasına daxil oldum. Diplom almağı çox istəyirdim.

rn

- Branimir adının mənası nədir?
- Serb dilində rnsülhsevər, sakitçiliyi qoruyan mənasını verir. Düzünü desəm, bu adı mənərn kimin verdiyini dəqiq bilmirəm. Səhv etmirəmsə, atam, ya da dayım rnverib.

rn

- Ailənə çox kömək edirsən?
- Ailənin böyük oğlu rnolduğumdan, məsuliyyət mənim üzərimdədir. İndi heç atam da işləmir. Mən rnhəm onlara, həm də öz ailəmə baxıram. Valideynlərimə bacardığım qədər rnmaddi, mənəvi cəhətdən dəstək olmağa çalışıram.

rn

- Futbol karyerana qısa nəzər sala bilərsənmi?
- rnHələ uşaq olandan atam mənim bütün oyunlarıma gəlib baxardı. 15-16 rnyaşımda “Jeleznik”də oynayırdım. Sonradan məni ikinci liqa klublarından rnbirinə icarəyə verdilər. Çox keçmədən yenidən “Jeleznik”ə qayıtdım və rnçempionatda iştirak edən gənclərdən idim. Yüksək liqada nümayiş rnetdirdiyim oyuna görə məni keçmiş Yuqoslaviyanın U-17 millisinə cəlb rnetdilər. Millinin tərkibində İspaniyada keçirilən turnirdə iştirak etdimrn və yaxşı da oynamışdım. Bir menecer var idi, o mənə dedi ki, “sən rn“Atletiko” və “Vilyareal”ın transfer siyahısındasan”. Amma nədənsə keçidrn baş tutmamışdı. 16 yaşımda da ilk maaşımı almışdım. O vaxt mənə verilənrn pul həqiqətən çox idi. Onun yarısını atama verdim, yarısına isə musiqi rnmərkəzi aldım. Sonra kor bağırsaqdan əməliyyat olundum və bir neçə ay rnfutbol oynaya bilmədim. Həmin vaxt da yeni baş məşqçi gəlmişdi və mənə rndedi ki, gəncsən, səni icarəyə verəcəyik. Mən isə icarəyə getmək rnistəmirdim. Çünki komandada qalıb, özümü göstərmək istəyirdim. Həm də rngənc olduğumdan özümə güvənirdim və oynamağa can atırdım. Həmin məşqçi rndə mənə bu şansı vermədi və pasportumu götürdüm, ölkədən getdim. rnGetməmişdən öncə isə “Jeleznik”in prezidenti mənə dedi ki, “Partizan” vərn “Srvena Zvezda”dan başqa ölkənin hansı klubuna istəyirsən səni rngöndərək. Amma xaricdə oynamaq istədiyimdən getdim. Hələ o vaxtlar rntəcrübəli futbolçular mənə deyirdilər ki, bura pisdir, xaricə get, rnkaryeranı orada davam etdir. Getdiyim ilk yer isə Belçikanın birinci rndivizionunda yarışan “Ostende” klubu olmuşdu. Sonra menecer məni rnFransaya apardı. Mənə dedi ki, “Beuvas” klubunda oyna, bir müddət keçsinrn səni daha yaxşı yerlərə aparacağıq. Mən də gənc olduğumdan hamıya rninanırdım. Fransada da çox oynamaq istəmədim və 20 yaşımda Odessa rn“Çernomorets”inə keçdim. Bir ay baxışdan keçərək, “Çernomorets”ə rntransfer olunmuşdum. Baş məşqçi çox çətin adam idi. Üçillik müqavilə rnbağladım. Bir il oynadıqdan sonra zədələndim və bir müddət keçəndən rnsonra məşqlərə qayıtdım. Məşqimiz isə çox çətin idi. Heç vaxt elə rnməşqlərim olmamışdı. Komanda ilə birlikdə təlim-məşq toplanışına getdik.rn “Amkar”a qarşı hazırlıq görüşündə çox yaxşı oynadım və onlar dərhal rnməni transfer etdilər. “Amkar”ın heyətində isə heç də xoş olmayan rnhadisələr yaşanmışdı. Bolqarıstanın hansısa bir klubuna qarşı yoldaşlıq rnmatçında başımdan zədələndim və hətta yaddaşımı da itirmişdim. Komanda rnyoldaşlarım həmin hadisədən sonra çətinliklə həyatda qaldığımı rnsöyləyirdilər. Orada da 5-6 matça çıxmışdım. Sonra mənə “Neftçi”dən rntəklif gəldi. Altı il öncə isə Azərbaycan barədə heç nə bilmirdim. rnFutbol ölkəsi kimi tanımırdım. Həmin vaxt prezident Ramin Musayev idi. rnMənə göndərdiyi təklifə baxdım və çox bəyəndim. Ona görə də Azərbaycana rngəldim. Bura gəldiyimə görə heç vaxt peşman olmamışam. “Neftçi”nin rnheyətində “Anderlext”lə Bakıda yaxşı oynadım. Sonradan isə heç cür rnoyunum alınmırdı. Az qala mən qışda komandadan çıxaracaqdılar. Yaxşı ki,rn “Birlik kuboku”nda qollarımı vuraraq, yenidən özümə gəldim. Futbolçu rnolmaq həm mənim, həm də ailəmin həyatını dəyişdirdi.

rn

- Ailən ölkəmizdə olubmu?
- Valideynlərim Azərbaycan barədə çox şey bilirlər. Ancaq təəssüf ki, burada olmayıblar. Yayda gələcəklərinə söz veriblər.

rn

“İmkan olsa, Bakıda mənzil almağı düşünürəm”

rn

- Film, musiqiyə marağın necədir?
- Qəbələdə rnqaldığım üçün boş vaxtım çox olur. Məşqdən sonra evə gəlirəm və demək rnolar ki, son vaxtların bütün kinolarına baxmışam. Alpaçino, Bred Pitt, rnRobert de Niro, Nikolas Keyc, Met Deyman, Ben Aflik, Kevin Spayser, rnKevin Kosnerin iştirakı ilə olan filmləri daha çox sevirəm. Qadın rnaktrisalardan isə Şarliz Teronu çox bəyənirəm. Musiqiyə qulaq asmağı da rnçox sevirəm. Röyanın ifası xoşuma gəlir. Əksəriyyət ona qulaq asır. Hararn gedirəm, onun mahnılarını səsləndirirlər. Amma ən çox serb xalq rnmahnılarına qulaq asıram. Bizim mahnılarımız türk və yunan mahnılarına rnoxşayır.

rn

- Avroviziya 2011-də öz ölkənə, yoxsa Azərbaycana azarkeşlik edəcəksən?
-rn Əvvələr Avroviziyanı izləyərdim. Ancaq son illər Serbiya kollektivini rnizləmək istəmirəm. Çünki ölkəni təmsil edən müğənni düzgün seçilmir. rnAncaq Serbiyada keçirilən Avroviziyada Aysel-Araş cütlüyüyün ifasını çoxrn bəyənmişdim. Həmin vaxt mən də Belqradda idim və ora gələn bir çox rnazərbaycanlı dostlarımı Belqradda qonaq etmişdim.

rn

- Bakıda harada dincəlməyi xoşlayırsan?
- Bakını rnçox sevirəm. Üç il burada oynadım, sonra getdim başqa kluba və gələndə rnBakı çox gözəlləşmişdi. İmkan olsa, Bakıda mənzil almağı da düşünürəm. rnBakı bulvarını, yaşıl teatrı çox bəyənirəm.

rn

- Həmişə Qəbələdə yaşamağın çətin olduğunu deyirsən…
-rn Mən həmişə əhalisi çox olan yerlərdə futbol oynamışam. Düzdür, Qəbələ rnçox gözəl məkandır. Azərbaycanın ən öndə gedən istirahət mərkəzlərindən rnolduğunu eşitmişəm. Amma orada daim olmaq, yaşamaq şəxsən mənim üçün çoxrn çətindir. Beş-altı gün istirahət edə bilərəm. Mən daha çox insanların rnçox olduğu bölgələri sevirəm. Həmin yerlərdə insanlar aktiv olurlar. rnAxı, Qəbələdə çayxana da yoxdur ki, gedib oturub söhbət edəsən.

rn

- Səhv etmirəmsə keçən il toyun oldu…
- Bəli, rnötən il evləndim. Artıq Anceliya adında bir qızım da var. Xanımımla rntanışlığımız da yaddaqalan olub. Xanımım məndən 8 yaş kiçikdir. Onun rnqardaşı ilə mənim qardaşım yaxın dost idilər. O vaxt çox kiçik rnolduğundan, mən ona baxmırdım. Bir gün Belqrada getmişdim və bir qız rngördüm. O, sıradan bir qız deyildi. Gözəl, ciddi və oturuşunu-duruşunu rnbilən qız idi. Birinci dəfə qızı gördüm və dedim ki, mənim xanımım elə rnbu qız olacaq. Dörd il bundan əvvəl isə yaxından tanış olduq.

rn

- Serbiyanın tanınmış futbolçularından kiminlə yaxşı münasibətlərin var?
- Oqnen Koroman dostumdur.

rn

“Serbiya və ya Çernoqoriyada Azərbaycan futbolu deyən kimi, Qurbanın adını çəkəcəklər”

rn

- Serbiya və Çernoqoriya - Azərbaycan oyununu xatırlayırsanmı?
-rn Xatırlayıram. Düzünü desəm, oyuna tam baxmamışdım. Amma fraqmentləri rnizləmişdim. Serbiyanın vurduğu qolların müəllifləri yadımda deyil. Ancaqrn Qurban Qurbanovun vurduğu hər iki qol yaxşı yadımdadır. O vaxtdan rnQurban Qurbanov serbiyalıların yaddaşında qalıb. İndi də Azərbaycan rnfutbolu desən, Qurbanın adını çəkəcəklər. Həmin oyun serbiyalı rnfutbolçuların əksəriyyəti üçün sonuncu olmuşdu.

rn

- Hansı mətbəxin yeməklərinə üstünlük verirsən?
- Xaş, spagettini çox xoşlayıram. Serb mətbəxindən isə paprikaşı sevirəm.

rn

- Həyatda ən çox nədən qorxursan?
- Ölümdən çox rnqorxuram. Hərdən tək olanda oturub bu barədə fikirləşirəm. Deyirəm rnöləndən sonra, insan hara gedir, necə olur? Yaxınlarımı itirməkdən də rnçox qorxuram.

rn

- Futbolda idealın kimdir?
- Braziliyalı Ronaldo.

rn

“Hərbi xidmət mənim üçün itirilmiş vaxt kimidir”

rn

- Hərbi xidmətdə olmusanmı?
- Yox, hərbi rnxidmətdən qaçmışam. Mənim üçün itirilmiş vaxt kimidir. Əsgərliyə gedib rnheç nədən bir ilimi itirəcəyəm. Nədir, bəlkə kiminləsə dava edəcəyəm? rnBəli, hərbi xidmətə gedib, iki-üç ay ərzində orada təlim keçmək, silahı rnnecə işlətməli olduğunu öyrənmək lazımdır. Azərbaycanda isə bildiyim rnqədərilə bir-iki il arasındadır. Bax, bu vaxt da həmin insanın ömründən rngedir. Serbiyada indi hər şeyi peşəkar şəkildə təşkil edilbər. Əgər kim rnkönüllü şəkildə hərbi xidmətə gedirsə, hətta ona pul da ödənilir. Axı, rnmənim nəyimə lazımdır hərbi xidmət? Futbolu buraxıb gedib iki il rnəsgərlik çəkəsi deyiləm ki. Bəs karyeram necə olacaq? Onda mən karyeramırn bitirməliyəm də. Bunu itirilmiş vaxt kimi sayıram.

rn

- Hansı geyim üslübuna üstünlük verirsən?
- Məkandan asılı olaraq geyim üslubum dəyişir. Təbii ki, toy mərasiminə idman paltarında getmirəm (gülür).

rn

- İndiyə qədər ən yaddaqalan qolun….
- rn“Neftçi”nin heyətində “Birlik kuboku”nda, “Srvena Zvezda”nın heyətində rnakrobatik tullanışla “Apoel”ə və millinin heyətində Polşaya vurduğum rnqolu daha çox xatırlayıram.

rn

- Bir ara Çində də futbol oynadın. Oradakı vaxtları necə xatırlayırsan?
-rn Çində çox çətin günlərim olub. Əgər mən Pekinə, Şanxaya düşsəydim, rnorada yaşamaq çox gözəldir. Həqiqətən də əla yerdir. Amma Çanqçuy rnYatayda yaşayırdım. Həmin vaxt biz Çində vitse-çempion olduq. Maliyyə rncəhətdən də çox yaxşı komanda idi. Əhalisi 8 milyon idi və oranı kiçik rnşəhər adlandırırlar (gülür). Orada yaşamaq çətin idi. Amma yaxşı ki, rnRusiya universitetləri var idi. Hərdən darıxdığımdan, hirsimdən rnağlayırdım. Hətta futbolu da buraxmaq barədə fikirləşirdim. Amma rnsonradan hər şeyə öyrəşdim. Xörəklərindən isə iyrənirdim. Bir neçə rnitalyan və digər ölkələrin mətbəxindən olan restoranlar tapdım. Həmin rnrestoranı da tapana qədər beş kiloqram itirmişdim.

rn

“Şahin Diniyevin vaxtındakı millidə özümü daha rahat hiss edirdim”

rn

- Milliyə bir neçə dəfə çağırılsan da, toplanışlara qatıla bilmədin…
- Bəli, bu il zədədən çox əziyyət çəkdim. Bəlkə də bunun səbəbi süni örtüklü meydançalarda oynamağımızdır.

rn

- “Srvena Zvezda”da oynayarkən isə milliyə gəlmədin…
-rn Həmin vaxtlarda toplanışa qatılırdım. Amma nədənsə oyunum ürəyimcə rndeyildi. Məşqlərdə, oyunlarda qaçırdım, işləyirdim amma alınmırdı. Mən rnhəmin vaxt milliyə kömək edə bilməcəyimi anladım və dedim ki, yaxşı rnformaya düşənə qədər xahiş edirəm məni çağırmayın.

rn

- Səncə, Şahin Diniyevin vaxtındakı milli güclü idi, yoxsa hazırkı?
-rn Heç kimin xətrinə dəymək istəmirəm. Amma Şahin Diniyevin vaxtında əsl rnfutbol nümayiş etdirirdik. Məğlub olsaq da, oyun göstərib, mübarizə rnaparıb uduzurduq. Şəxsən mən özümü Şahin Diniyevin vaxtındakı millidə rndaha rahat hiss edirdim. Bəli, Berti Foqts dünya şöhrətlidir. Hər kəs rnona hörmət bəsləyir. Ondan səhv tutmaq da düzgün olmaz. Bəlkə mən onun rnüçün digər futbolçular kimi sadə bir futbolçuyam. Ona qarşı heç nə edə rnbilmərəm. Onun vaxtında mən formada deyildim. Bir ara milliyə rngəlmədiyimə görə hətta mətbuatda yazırdılar ki, Subaşiç kimdir ki, rnmillidən gələn təklifi qəbul etmir. Həmin vaxt isə bunları eşitmək, rnoxumaq mənim üçün çox kədərli idi. Mən sadəcə olaraq, milliyə hazır rnolmadığım üçün gəlməmişdim. İstəmirdim ki, Azərbaycan xalqının rnqarşısında bərbad oyun göstərib pis olum. Sonrakı dəvətlər zamanı isə rnzədələrim olduğundan toplanışlarda iştirak edə bilmədim. İndi isə çox rnoynamaq istəyirəm. Vurduğum qollarla Azərbaycan xalqını sevindirdiyim rnüçün həqiqətən ürəkdən sevinirdim. Çünki mənim Azərbaycandan başqa rnmillim yoxdur. Ola bilər ki, mən Belqradda anadan olmuşam. Amma 6 ildən rnçoxdur ki, Azərbaycandayam və millidə çıxış edənlərin əksəriyyəti rnkomanda yoldaşım olub, bir yerdə çörək kəsmişik.

rn

- Azərbaycan dilində danışa bilirsənmi?
- Çox rntəəssüf ki, az bilirəm. Altı il burada olmağıma baxmayaraq, tam olaraq rnöyrənməmişəm. Mənə azərbaycanca müraciət edəndə başa düşürəm, amma cavabrn verməyə çətinlik çəkirəm. Azərbaycanda mənimlə rus dilində ünsiyyət rnqururlar. Əgər gəldiyim gündən mənimlə azərbaycanca danışsaydılar, bəlkərn də indi dilinizi tamam öyrənmişdim.

rn

- Utancaq insansan?
- Bəli, utancağam.

rn

- Qızın doğulduqdan sonra həyatında nə dəyişdi?
-rn Əvvəllər hər gecə şəhərə çıxıb gəzərdim, tanışlarla diskotekada rnolardıq. Ancaq indi məşqdən çıxan kimi evə gedirəm, ailəmə vaxt rnayırıram. Qızımla maraqlanıram, oynayıram. Onu çox istəyirəm. Əvvəl rndeyəndə ki, uşaq olandan sonra insanın həyatı dəyişir, daha gözəl olur, rninanmırdım. Ancaq indi görürəm ki, həqiqətən də övlad gözəllikdir, rnxoşbəxtlikdir.

rn

Mənbə: "Çempion" qəzeti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail