Syomin "Qəbələ"dən əsas nə tələb edib? MÜSAHİBƏ

20.05.2013 | 6589 dəfə oxunub


"Qəbələ"nin baş meneceri Zaur Əzizovun Stadium.az saytına müsahibəsi:

- Mövsüm "Qəbələ" üçün daha əvvəlcədən bitmişdi. Bu dəfə də titul qazana bilmədiz...

- Bizim üçün çox-çox uğursuz mövsüm oldu. Çox böyük ümidlərə başlamışdıq. Erkən baş məşqçi dəyişikliyinə getməli olduq, əslində bundan sonra da işlər yaxşı getməyə başlamışdı. Yəqin ki, bir şeylər düzgün getmədi deyə komanda uğursuzluğa düçar oldu. Bu uğursuzluqdan sonra da Ramiz Məmmədov komandada qalmaq istəmədi. Bəlkədə fikirləşdi ki, nəyisə dəyişmək ya mümkün olmayacaq, ya da gecdir. Klub rəhbərliyi də onun istefasını qəbul etdi. Həmişəki kimi yenə də ümid növbəti mövsümədir.

- Futbol üçün hər şey edirsiz, amma baş məşqçi seçimində hər dəfə yanılırsız...

- (gülür) Ümid edirəm ki, bu dəfə düzgün seçim olacaq.

- Gəlin razılaşaq ki, indiyə kimi gətirdiyiniz məşqçilər komandanı böyük uğurlara daşıyacaq mütəxəssislər olmayıb?

- Qazanacaq deyəndə, indiyədək bizdə işləyən məşqçilərə böyük ümidlər bəsləmişik.

- Yuri Syominin qarşısına konkret hansı məqsəd qoyulub?

- Komanda heç vaxt nə çempion olub, nə Avrokuboklara vəsiqə qazanıb. Təbii ki, Syomini çempion olmaq üçün gətirmişik, amma mövsümün gedişindən aslı olaraq Avrokuboklara vəsiqə qazansaq, bunun özü də "Qəbələ" üçün yeni tarix olacaq.

- Heyətdə çox dəyişiklik olacaq?

- Bunu daha əvvəlki baş məşqçilərimiz də təsdiqləyə bilərlər ki, həmişə futbolçu seçimi onların əlində olub. Biz klub rəsmiləri ancaq icraçılar olmuşuq. İşimiz onlara dəstək vermək, kömək etmək olub. Yeni baş məşqçiylə də bağlı heç nə dəyişməyəcək.

- Syomin komandanı görüb. Çox futbolçu yollayacaq?

- Bizə bildirdi ki, ciddi dəyişiliklər olacaq. Bizə bildirdi ki, uğur qazanmaq üçün bunlar olmalıdır. Amma Syomin bizə raport verməyib. Qarşıdakı günlərdə məlum olacaq ki, kimlər gedəcək.

- Ceyhun Sultanov da gecədək?

- Ceyhun Syomin görmədiyi futbolçulardan biridir. Yəqin ki, onunla bağlı yerli köməkçiləriylə danışacaq.

- İddianız böyükdür. Vladimir Levin bu komandaya lazım idi?

- Belə deyim də, Vladimir Levinin 29 yaşı var. Millinin əsas futbolçularından biridir. Bizim komandadan fərqli olaraq "İnter" çempion da olub, Avrokuboklara vəsiqə də qazanıb və bu uğurların hamısınd Levinin böyük əməyi olub.  Və bu komandanın kaöitanı olub. Hər mövsüm ən azı 30 oyun oynayır və medalla başa vurur. Milli komandada Rəşad Sadıqovdan sonra əsas mərkəz müdafiəçisi də Levin sayılır, amma ictimaiyyət onun keçidini uğursuz hesab edir. Əgər belədirsə, onda bu bizim yox, ölkə futbolunun problemidir. Çünki biz millinin ikinci ən yaxşı mərkəz müdafiəçisini transfer edirik və tənqid olunursa, deməli, ölkədə yaxşı futbolçu yoxdur.

- Səbuhi Səfiyarlını da komandaya gətirmisiz. Onun işi konkret nə olacaq?

- Səbuhi uzun illərdir ölkə futbolunun içindədir. Biz onu hələ "Neftçi"dən yaxşı tanıyırıq. O, komandada menecer kimi fəaliyyət göstərəcək. Və Səfiyarlının da köməyindən, təcrübəsindən istifadə etməyə çalışacağıq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail