"Azərbaycanda yüksək səviyyəli futbolçular yetişəcək" - MÜSAHİBƏ

12.05.2011 | 4136 dəfə oxunub

“Qəbələ”nin əvəzedicilərdən ibarət komandasının baş məşqçisi Deril Villardın “Qəbələ FK”ya verdiyi müsahibə


- Əsas komandadan fərqli olaraq, “Qəbələ”nin əvəzedici heyəti birinci altılıqda mübarizəni davam etdirir...
- Mənim üçün bunun elə də böyük əhəmiyyəti yoxdu. Əsas məqsədimiz birinci komanda üçün yaxşı futbolçu hazırlamaqdı. Əvəzedicilərdən ibarət heyət Qəbələ Futbol Akademiyası ilə əsas heyət arasında əlaqələndirici rol oynayır. Futbolçularımız bu mövsümdə də özlərini yaxşı göstərə bildilər. Turnir cədvəlində üçüncü olmağımız futbolçularımızın məşqlərə və oyunlara peşəkar yanaşmasının nəticəsidi. Təbii ki, birinci altılıqda daha güclü futbolçulardan formalaşdırılmış komandalar oynayır. Bu baxımdan, ilk sıralarda olmaq bizim xeyrimizədi.

-Ötən mövsümün bürünc mükafatçısı xeyli vaxtdır üçüncü pillədə qərarlaşıb. Hazırkı vəziyyət sizi qane edir?
-Digər klublarla müqayisədə “Qəbələ”, ümümiyyətlə, başqa istiqamətdə inkişaf yolunu tutub. Komanda kimi birinci olmağa can atmırıq. Biz başqa komandalardan çox fərqlənirik. Ona görə də mənim üçün heç bir fərqi yoxdu komanda birinci yerdə gedir, yoxsa sonuncu.

-Amma hər halda, komanda qarşısında hansısa vəzifə olmamış deyil...
-  Mənim işim ondan ibarətdi ki, gənc fubolçulara texniki, taktiki və fiziki cəhətdən yaxşı hazırlıq keçim. Inanıram ki, növbəti mövsümlərdə əsas komandada yaxşı futbolçular görəcəyik.

-Deyirsiniz ki, üzərinizə düşən vəzifələrdən biri də əsas komandaya layiqli futbolçular yetişdirməkdi. Bu mənada işlər necə gedir?
-Artıq 10 aydı Qəbələdə işləyirəm. Birinci mövsüm mənim üçün daha çox tanışlıq xarakteri daşıyıb. Azərbaycan futbolu haqda bacardıqca çox informasiya toplamağa çalışmışam. Buna artıq nail olmuşam. Qəbələ Futbol Akademiyası ildən-ilə güclənir. Akademiya həm əvəzedici, həm də əsas komandaya güclü yerli futbolçular yetişdirib verəcək. Bu, gəlişi gözəl sözlər deyil. Bunu yaxın illərdə görəcəksiniz.

Yeri gəlmişkən, mayın 13-də Qəbələ Futbol Akademiyasının ilk buraxılışı olacaq. Akademiyanın bu mövsümdəki işini necə dəyərləndirirsiz?
- Ümumiyyətlə, yaxşı nəticələr əldə etmək üçün bir qədər gözləmək lazımdır. Qəbələ Futbol Klubunda yaradılan struktur və görülən işlər yaxın gələcəkdə daha yaxşı futbolçu yetişdirəcəyimizə zəmanət verir. Akademiyamızın böyük potensialı var. Sadəcə, bir qədər səbrli olmaq lazımdı.

-Bu yaxınlarda Toni Adams bildirib ki, əvəzedicilərin heyəti akademiyanın üzvləri hesabına komplektləşdirilməlidi...
-Əslində, belə də olmalıdı. Heyətin qalan hissəsi isə əsas komandaya düşməyənlərdən və zədədən sonra oyun praktikasının yoxluğundan əziyyət çəkənlərdən təşkil olundu. Bu, ən düzgün variantdı. Növbəti mövsümda bu yolla getməyi planlaşdırırıq.

- Mövsümün sonunda hansı dəyişikliklər olacaq?
-Dəyişikliklər olacaq: 8-9 futbolçu ilə yollarımızı ayıracağıq. Daha yaxşı futbolçularla güclənəcəyik. Əlbəttə ki, akademiyamızın yetirmələrinin hesabına.

-Gələn mövsümdə neçə oyunçunuz əsas komandaya cəlb edilə bilər?
-Bu mövsümdə Tərzin Cahangirov və Fərid Haqverdiyev əsas komandaya cəlb edilib. Sərəncamımızda olan gənc futbolçular 2-3 ildən sonra əsas komandanın heyətinə düşə bilər.

-Deməli, onlar səviyyəli yerli və əcnəbi futbolçularla rəqabətə tab gətirə bilməyəcəklər?
- İndiki əvəzedici komandanın oyunçuları futbola daha erkən yaşlarından başlamalıydılar. Onlar düzgün futbol dərsi alsaydılar, indi rəqabətə davam gətirərdilər. Ona görə də bizi qarşıda xeyli çətin iş gözləyir.

- Yerli gənclərlə işləmək sizə çətin gəlmir?
- Yox. Çox tərbiyəli və böyük-kiçik yerini bilən futbolçularımız var. Öyrənməyə meyllidilər və potensiallarından maksimum faydalanmaq istəyirlər. Bu da çox vacibdi. Azərbaycan futbolunun yaxın gələcəyi indi futbol məktəblərində oynayan gənclərin əlindədi.

- Deməli, gələcəyə ümüdlə baxmağına dəyər ?
- Ölkədə kifayət qədər səviyyəli əcnəbi mütəxəssislər çalışır. Hər bir məşqçi ümumi işə öz töhfəsini verərsə, Azərbaycanda yüksək səviyyəli futbolçular yetişəcək. Bu, uzunmüddətli strategiyadı. Yaxın 10 ilə nəticəsini görə bilərik. Bunun üçün hər kəs inkişafa hazır olmalı və bir məqsəd üçün işləməlidi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail