"Neftçi" 84 min cərimələndi

30.05.2013 | 5377 dəfə oxunub

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Stadium.az xəbər verir ki, toplantıda ölkə kubokunun final matçında baş vermiş qalmaqala hüquqi qiymət verilib:

Hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 1000 manat cərimə olunub.

“Neftçi” klubunun komanda rəisi Güloğlan Cabbarovun klubda tutduğu vəzifəsindən azad olduğunu nəzərə alaraq, “Neftçi” klubu 40 000 manat cərimə olunub.

“Neftçi” klubunun operatoru Dadaş Zeynalov dava-dalaşda iştirak etdiyi üçün 12 oyunluq cəzalanıb, klub 6000 manat cərimə olunub.

“Neftçi” klubunun məşqçisi Neboşa Manoloviç  dava-dalaşda iştirak etdiyi üçün 12 oyunluq cəzalanıb, klub 6000 manat cərimə olunub.

“Neftçi” klubunun təhlükəsizlik xidmətinin rəisi Vaqif Musayev dava-dalaşda iştirak etdiyi üçün 12 oyunluq cəzalanıb, klub 6000 manat cərimə olunub.

“Neftçi” klubunun təhlükəsizlik xidmətinin 3 üzvü: Əsgərov Elnur, Ağayev Şəhriyar və Seyidov Mirramin dava-dalaşda iştirak etdiyi üçün hər biri 12 oyunluq cəzalanıb, klub 18 000 manat cərimə olunub.

“Neftçi” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunur (maddə 52).


Bura futbolçulara görə tətbiq olunan cəzaları da nəzərə alsaq, məlum olur ki, ümumilikdə AFFA İntizam Komitəsi "Neftçi"ni 84, "Xəzər Lənkəran"ı isə 7 min manat həcmində cərimələyib. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail