“AZAL-ın yox, "İnter"in Avro Liqada çıxış etməyini istəyirəm”-MÜSAHİBƏ

16.05.2011 | 5061 dəfə oxunub

MOİK-in futbolçusu Ruhid Usubovuni müsahibəsi



- “Muğan” - MOİK oyununuyla bağlı fikirlərini bilmək istəyirəm.
- Oyunda hava çox isti idi. Əvvəlcədən bizə bir xal lazım idi ki, axırıncı yerdən qurtulaq. Gördüyünüz kimi oyunun 91-ci dəqiqəsində qol buraxdıq.

- MOİK-in oyunundan razı qaldın?
- Bəli, razı qaldım.

- Komandada konkret olaraq hansı çatışmamazlıqlar var?
- Fiziki problemimiz var.

- Səncə taktiki baxımdan rəqib sizi üstələyirdi?
- Məncə yox, bizdə bir problem var idisə, o da fiziki problem idi.

- Bəs sənin meydanda əvəzlənmənə nə deyirsən?
- Bu məşqçinin öz işidi.

- Sənin fikrincə sən əvəzlənməliydin?
- Nə bilim, bu məşqçinin öz fikridi. Görürdü ki, mən artıq qola bağlanırdım, qol vurmaq istəyirdim.

- Sən oyunda fərqlənirdin. Aparıcı oyunçunu əvəzləmək nə dərəcədə düzgündü?
- Yenə də deyirəm, bu məşqçinin öz işidi. Mən gözləmirdim ki, məni dəyişər. Amma dəyişdi.

- Ümumiyyətlə, Ramil müəllimlə münasibətin necədi?
- Yaxşıdı. İnsan kimi çox yaxşı insandı. Futbolda belə şeylər olur. Dəyişməyə görə ondan narazıçılıq etməyəcəm ki?

- Hazırda MOİK-də vəziyyətin necədi? Hətta, “Simurq”la oyunda qol da vurmusan. MOİK-ə gələndən sonra inkişaf etmisən, yoxsa geriləmisən?
- Əlbəttə ki, hər bir futbolçu təcrübəsini məşqlə yox, oynamaqla artırır. Yəni ki, mən pulun dalınca heç vaxt qaçmamışam. Həmişə oynamağı fikirləşmişəm. Pulun dalınca qaçsaydım təklif aldığım bəzi iddialı klublara gedərdim.

- “Muğan”dan, “İnter”dən çıxmağının səbəbi pul idi?
- Yox, sadəcə oynamaq idi.

- MOİK sənə maaş verir?
- Az da olsa verir, sağ olsunlar.

- Səni “Muğan”dan nə üçün uzaqlaşdırdılar?
- Mən çox ciddi əməliyyat keçirdim, ona görə. Fikirləşdim mən elə bir komandaya gedim ki, orada daimi oynayım, formamı bərpa eliyim. Sonra MOİK-ə gəldim.

- Səncə komandada futbolçu zədələnibsə və yaxud səhhətində bir problem varsa, onu komandadan uzaqlaşdırmaq nə dərəcədə düzgündü?
- Mən hər oyundan, hər məşqdən sonra Hurtiçdən heç olmasa 1-2 oyunluq şans istəyirdim. Məni ora niyə gətirmişdi ki? Hətta, Hurtiçə yaxınlaşıb deyirdim ki, 1-2 oyun oynayım, xoşuna gəlməsə komandadan çıxararsan məni. Gördüm ki, mənə şans vermir, mən də komandanı dəyişməyə məcbur oldum. Məni komandaya Hurtiç özü bəyənib çağırmışdı. Necə olur ki, məni komandaya çağırır, amma oynatmır?

- Bəs, Bəhmən müəllimlə bağlı nə deyərdin? Münasibətiniz necə idi?
- Bəhmən müəllimlə söhbət edəndə mənə demişdi ki, gəl formanı bərpa elə, sonra da oyna. Orada gördüklərimdən sonra məndə oynamağa inam qalmadı. Ona görə də orada qalmadım.

- Komandadan getmək təklifini özün verdin?
- Bəli, özüm verdim.

- Bəhmən müəllim bu təklifi necə qarşıladı?
- Yaxşı qarşıladı, çünki fikirləşdi ki, mən oynamaq istəyirəm.

- Səni komandada saxlamaq üçün cəhd etdilər?
- Yox, heç nə. Heç mən özüm də qalmaq istəmirdim.

- Komandada qalmağın üçün təkid etmədilər?
- Bəhmən müəllim demişdi ki, gəl formanı bərpa elə, komandada qal. Mən orada mənə qarşı olan hərəkəti gördüm, qalmaq istəmədim.

- Sənə olan hərəkət dedikdə biganəlikdən danışırsan, yoxsa bilmədiyimiz başqa nəsə var?
- Yox, mən sadəcə oynamaq istəyirdim. Ona da ki imkan vermirdilər.

- Hurtiçlə bağlı nə deyərdin?
- Onunla bağlı danışmaq istəmirəm.

- Onu məşqçi kimi qəbul edirsən?
- Yox, qəbul etmirəm. O, ancaq öz adamlarını qabağa çəkir.

- Son turda keçmiş komandana qarşı oynayırdın. Bu sənin üçün çətin deyildi ki?
- Yox, çətin deyildi. Sadəcə mən artıq qola bağlanırdım, qol vurmaq istəyirdim ki, özümü sübut eliyim. Mən bilirdim ki, məşqçi başqalarına da şans vermək istəyir. Çempionata bir tur qalmış hamını oynadır. Ona görə də mən məşqçidən narazıçılıq etmirəm. Mənim əvəzimə başqa futbolçu girdi. O da mənim komanda yoldaşım idi.

- MOİK artıq autsayuder klubdu. Artıq 1 turdan sonra Premyer Liqayla vidalaşacaq. Premyer Liqada oynamaq üçün heç səninlə maraqlanan klub var?
- Bir-iki klub var ki, maraqlanırlar. Amma ciddi bir təklif yoxdu.

- İlkin söhbətlər olub?
- Yox, olmayıb. Sadəcə maraqlanıblar.

- Hansısa komandaya transfer olunsan şərtin nə olar? Pul, yoxsa başqa bir şey?
- Yox mən sadəcə oynamaq istəyirəm.

- Yəni, sənin üçün önəmli əsas heyətdi?
- Bəli, əsas heyətdi. Özümü milli komandaya göstərmək istəyirəm.

- “Muğan” sənə təklif göndərib geri çağırsa qayıdarsan?
- Fikirləşərəm, mənə şans versə, əlbəttə ki, qayıdaram.

- Premyer Liqada hansı komandada oynamaq istəyərdin?
- “İnter”də.

- Əgər Tsxadadze orda qalsa sən qayıdardın? Tsaxadadze ilə aranda problem olub?
- Böyük problem olmayıb. Cənab George Nikolova da oynamaq istədiyimi demişəm.

- Nikolovla münasibətin necədi?
- Əladı, ümumiyyətlə “İnter”də hamı ilə münasibətim yaxşıdı.

- “İnter” haqqında təəsüratlarını bölüşərdin...
- “İnter” mənə doğma komandadı.

- “İnter”in heyəti əsasən legionerlərdən təşkil olunub. Bu, sənin üçün bir problem yaratmaz ki?
- Yox. Orada əcnəbilərə limit qoyulsa, çox uşaqlar qıraqda qalmaz.

- Artıq Premyer Liqanın son turu qalıb. Çempionatı necə dəyərləndirirsən?
- Yaxşı. Marağlı çempionat izlədik.

- “Neftçi”nin çempion olmağı ilə bağlı nə deyərdin?
- Əlbəttə ki, haqlı idi. Kim buna nə deyə bilərki? “Neftçi” öz zəhməti hesabına çempion oldu.

- Avrokuboklara “İnter”in, yoxsa AZAL-ın çıxış etməyini istəyirsən?
- “İnter” ilk çempion olduğum komandadı. Ona görə də onun getməyini istəyirəm.

- Valentin Xodukinlə yaxın münasibətin var...
- Onunla hər gün söhbət edirik, çatışmayan cəhətlərimi deyir.

- Yəqin Tsaxadadze ilə nəsə problemin olub ki, klubdan ayrılmısan...
- Yox, mənə şans vermədiyi üçün klubdan ayrılmağa məcbur oldum.

- I divizionda çıxış edən hansı komandanın Premyer Liqaya iştirak etməsini istəyərdin?
- “MKT-Araz”ın güclülər dəstəsinə çıxmasını istəyirəm. Orada olan şəraiti özünüz də görmüsünüz.

- Özün İmişlidən olduğun üçün “MKT-Araz”ı dəstəkləyirsən?
- Əlbəttə ki! “MKT-Araz” doğma komandadı.

Mundial.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail