"Seçmə mərhələyə tam hazır şəkildə yollanmaq istəyirik"-MÜSAHİBƏ

16.05.2011 | 5107 dəfə oxunub

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Təbriz Həsənov Moldovada keçirilən turnirin nəticələri ilə bağlı müsahibə verib. Stadium.az həmin müsahibə ilə sizi də tanış edir.
 
- "FA of Moldova Cup" turnirini, ümumilikdə, necə xarakterizə edərdiniz?
- İlk oyunumuzu Litva yığmasına qarşı keçirdik. Qarşılaşmanın gedişində hesabda geri düşsək də, iki qol vuraraq qələbə qazanmağı bacardıq. Rumıniya ilə keçirdiyimiz oyuna istədiyimiz kimi başlaya bilmədik. Fasilədən sonra azlıqda qalmağımız oyun sistemimizi pozdu. Bununla belə, uşaqlar sona qədər mübarizə apardı və nəticədə heç-heçə qeydə alındı. Sonuncu oyunumuzu təşkilatçı ölkənin komandasına – Moldova yığmasına qarşı keçirdik. Digər qarşılaşmanın nəticəsini əvvəlcədən bildiyimiz üçün risk etməməyi qərara aldıq. Əsas istəyimiz rəqibi qapımıza yaxın buraxmamaq idi. Uşaqlar bu tapşırığın öhdəsindən lazımınca gəldilər və bizi qane edən nəticəni qazanaraq turnirin qalibi olduq.
 
- Rəhbərlik etdiyiniz komanda qısa vaxt ərzində artıq ikinci turnirin qalibi oldu…
- Bu, çox sevindirici haldır. Belə turnirlərin təşkili futbolçuların oyun təcrübəsini artırmaqla yanaşı, onların dünyagörüşünün formalaşmasına da müsbət təsir göstərir. Qazaxıstanda qazandığımız qələbəni Azərbaycan futbolunun 100 illik yubileyinə həsr etmişdik, bu uğuru isə azarkeşlərimizə ərmağan edirik. Qələbə münasibəti ilə bütün Azərbaycan xalqını təbrik edirəm.
 
- Razı qalmadığınız məqamlar oldumu?
- Qazaxıstanda keçirilən «Prezident kuboku» turnirindəki oyunlarla müqayisədə burada yaratdığımız qol imkanlarından az istifadə edə bildik. Orada oyunların hamısını süni örtüklü meydançada keçirmişdik. Kişinyovdakı qarşılaşmaların hamısı isə təbii ot örtüklü stadionlarda oynanıldı. Bu amil də komandanın çıxışına öz təsirini göstərdi. Hücumçularımızdan Namiq Ələsgərov uzun müddətdir zədəlidir. Ümid edirəm ki, o, komandaya qayıtdıqdan sonra hücum xəttində daha aktiv çıxış edəcəyik.
 
- Komandanın növbəti hazırlıq planları necədir?
- Mayın 22-nə qədər Kişinyovda təlim-məşq toplanışını davam etdirəcəyik. Burada olduğumuz müddətdə bir yoxlama oyunu keçirməyi planlaşdırırıq. Moldova çempionatında mübarizə aparan klublardan birinin əvəzedici komandası ilə görüşəcəyik. Mayın 24-də və 26-da Serbiyanın 17 yaşadək futbolçularından ibarət yığması ilə yoxlama oyunu keçirəcəyik. İyunun 9-dan 17-ə qədər Bakıda təşkil olunacaq «Caspian Cup» turnirində çıxış edəcəyik.
 
- Seleksiya işləri davam edəcəkmi?
- Hər toplanışda millinin düşərgəsinə həm ölkə daxilində, həm də xaricdə çıxış edən futbolçuları dəvət edirik. Bu proses davamlı olacaq.
 
- Oktyabrda Xorvatiyada keçiriləcək Avropa çempionatının seçmə mərhələsinə komandanı nə dərəcədə hazır saymaq olar?
- Bu barədə danışmaq hələ tezdir. Biz Xorvatiyaya tam hazır şəkildə yollanmaq istəyirik. Bu səbəbdən komandada görüləcək işlər çoxdur. Qrupumuzda yer alan Xorvatiya, Ukrayna və Belçika yığmaları səviyyə etibarilə bir-birinə yaxındırlar. Var qüvvəmizlə çalışıb növbəti mərhələyə adlamaq istəyirik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail