Yunis Hüseynov: «Biznesdə əlim gətirir» - MÜSAHİBƏ

17.05.2011 | 5374 dəfə oxunub

Gəncə futbol ocağıdır. Bunu danmaq ən azı haqsızlıq olar.rn«Kəpəz» hələ uzun illərrnəvvəl, SSRİrndönəmindərnölkəmizə neçə-neçərntanınmışrnfutbolçular bəxş edib.rnHər oyunçuya «Neftçi»nin formasını geyinməkrnqismət olmurdu.rnGəncərnfutbol məktəbində yetişənrngənc istedadlar isə respublikanın ovaxtkı bir nömrəlirnkomandasına aparılırdı. YunisrnHüseynov belələrindəndir. «7» nömrəli vunderkind vaxtilə SSRİ-nin gənclərdənrnibarət olimpiya yığmasınınrnməşqçilər korpusunun diqqətini özünərncəlb edib.rnVladimir Syomin onu Moskva «Lokomotiv»inə dəvət etsə də, «Neftçi»yə sadiq qalaraq, Azərbaycandan getmədi. Karyerasını başarnvurandan sonra məşqçilikrnfəalliyətinərnbaşlayan Hüseynovunrnbaşçılıq etdiyi ilkrnkomanda «Karvan»rnoldu. Gəncrnmütəxəssis ölkənin futbol tarixinə UEFA Kubokundarnilkin mərhələ adlayan ilkrnbaşrnməşqçi kimi düşüb.

rnrn

1.Karyeranızın ən xoş anını yada sala bilərsiniz?

rnrn

- 1986-cı ildə SSRİ-nin gənclərdən ibarət Olimpiya yığmasına dəvət alanda. Həmin il komandanın bir neçə yoldaşlıq görüşündə iştirak etmişəm. Sevincimin həddi-hüdudi yox idi. Lakin bəzi şəxslərin qərəzli mövqe tutması ilə komandaya çağrılmadım və nəticədə Olimpiya çempionluğundan oldum.        

rnrn

2.Hansı oyunu xatirənizdən çıxarmaq istərdiniz?

rnrn

- Fransa millisinə böyük hesablı məğlubiyyəti yaddan çıxarmaq istərdim. O gün özümə yer tapa bilmirdim. Azərbaycanda məni tanıyanlara nə deyəcəyimi bilmirdim. Bir neçə gün evdən çölə çıxmadım. Əslində, fransızlar bizdən qat-qat güclü idilər. Həmin heyət idi ki,  1998-ci ildə dünya çempionu, 2000-ci ildə Avropa çempionu adını qazandı. Belə baxanda, biz dünya ulduzlarına uduzmuşduq.

rnrn

3.Uşaqlığınızın kumiri, qəhramanı kim olub?

rnrn

- Futbolçu olanda, kiməsə oxşamaq istəməmişəm. O vaxtrnda belə idim, indirndə. Bəzirnfutbolçularrnözlərini kiməsə bənzədəndə, mənə pis təsir eləyir. Futbolçu öz oyunu ilə adrnçıxarsa,rndaha yaxşıdır. Ataların bir məsəlirnvar, «başqasının ayaqqabısını geyinmək olar, ammarnyerişinirnyerimək olmaz». Həm həyatda, həm də futbolda heç vaxtrnkiməsə oxşamaqrnistəməmişəm. Qoy, hamı mənirnYunis Hüseynov kimi tanısın.

rnrn

4.Həyat yoldaşınızdan başqa hansı qadını çox gözəl sayırsınız?

rnrn

- Bütün anaları gözəl hesab eləyirəm. Aralarında darnrəhmətlik anamı.

rnrn

5.Kimi ən dəyərli azərbaycanlı olaraq görürsünüz?

rnrn

- Azərbaycan Respublikasının prezidenti İlham Əliyevi. Onun gördüyü işlər göz qabağındadır. Beynəlxalq arenada ölkəmizinrntanınması və xüsusirnyer tutması ölkə başçısının apardığırnsiyasət nəticəsində mümkün olub. İdmana qayğısı nəticəsində Bakıda mötəbər yarışlar keçirilir, idmançılarımız beyənəlxalqrnturnirdə layiqincə təmsilrnolunurlar.

rnrn

6.Keçmişə dönmək və ya gələcəyə getmək imkanınız olsa, necə hərəkət edərdiniz?

rnrn

- Futbol oynadığım vaxtlarda məşqdən zəhləm gedərdi. Hardasarntənbəllik edirdim,rnməşqə getmirdim. Məşqçilər mənirndanlayanda nəticə çıxarmırdım. Keçmişə qayıtmaq imkanım olsaydı, məşqçilərimin sözünə əməl edərdim. Onlara qulaqrnasıb dediklərinə əməl etsəydim, bəlkə daha da yaxşı futbolçu olardım. Gələcək haqda danışmaq çox çətindir. Bunu zamanrngöstərər.

rnrn

7.Həyatınızın bir gününü hansı şəxslə və ya hansı peşənin sahibi ilə dəyişmək istərdiniz?

rnrn

- Heç kimlə.

rnrn

8.Hansı idmançı qarşısında baş əyməyə hazırsınız?

rnrn

- Bütün idmançılara hörmətimrnvar. Ammarninsan bəndə deyil, Allah qarşısında baş əyər.

rnrn

9.Soyuducunuzdan nə əskik olmur?

rnrn

- Ətlə toyuq.

rnrn

10.Mətbuatda haqqınızda hansı sərlövhəyə rast gəlmək istərdiniz?

rnrn

- Oynadığım və baş məşqçi işlədiyimrnvaxtlarda haqsızlıqlarlarnüzləşmişəm. Əksər hallarda heç mənə aidiyyatı olmayan yazılara rast gəlmişəm. Halbuki orada mənimrnadım hallanıb və yanlış məlumat yazıblar. Belə şeylər mətbuata baş uacalığırngətirmir.rnÇoxrnistərdimrnki, jurnalistlər mətbuatda futbolumuzun inkişafı yönündə müəyyən mövzulararntoxunsunlar. Çıxış yolları göstərməli və təkliflər paketi hazırlasalar, yaxşı olar. Bu təklifinrnqəbulrnolunub-olunmayacağırnbaşqarnməsələdir. Bizdə isə mətbuat daha çox dedi-qoduyarnüstünlük verir. Hansı məşqçi nə dedi, kim-kimə söz atdı, belə şeylər. Bu yollarnbiz futbolumuzu irəli apararnbilmərik.                      

rnrn

11.Futbol karyeranız baş tutmasaydı, hansı işlə məşğul olacaqdınız?

rnrn

- Bizneslə məşğul olardım. Məşqçiliyə baxanda,rnbiznesdə əlimrnheç də pis gətirməyib. Futbol xəstəlikdir, ondanrnayrılmaqrnmənə çətindir.rnFutbolu sevdiyim üçün bu sahədən ayrıla bilmirəm.

rnrn

Yunis Hüseyn oğlu Hüseynov

rnrn

Doğum tarixi: 1 fevral 1965

rnrn

Futbolçu karyerası:

rnrn

"Kəpəz" (1984-cü ilə qədər,rn1998/99, 20001/01), "Neftçi" (1984-92, 1992-98), "Kəşavərs" (İran, 1992), "ANS-Pivani"rn(1999/2000)

rnrn

SSRİ çempionatı, güclülərrndəstəsi - 71 (4)

rnrn

SSRİ çempionatı, I dəstərn- 89 (24)  

rnrn

SSRİ kuboku - 11 (2)

rnrn

SSRİ Federasiyalar kuboku -rn12 (2)

rnrn

Azərbaycan çempionatı - 173 (66)

rnrn

Birlik kunoku - 10

rnrn

Avrokuboklar - 11

rnrn


rnrn

Milli karyerası

rnrn

SSRİ olimpiya yığması (1987-88)

rnrn

Azərbaycan yığmasında (1993-1998)

rnrn

Millidə oyun sayı - 34 (seçmərnmərhələlərdə 18)

rnrn

Millidə dəqiqə sayı - 2479 (1403)

rnrn

Millinin start heyətində - 26rn(15)

rnrn

Millinin kapitanı - 9 (2)

rnrn

Vərəqə: 3 sarı (1 sarı)

rnrn


rnrn

Ampluası: yarımmüdafiəçi,rnhücumçu

rnrn

1990-cı ildən idmanrnustasıdır.

rnrn

Azərbaycanın ən yaxşırnfutbolçusu - 1994, 1998

rnrn

Azərbaycan çempionu: 1992,rn1995/96, 1996/97, 1998/99

rnrn

Bürünc mükafatçı: 1994/95

rnrn

Azərbaycan kubokunun qalibi:rn1994/95, 1995/96

rnrn

Azərbaycan Superkuboku -rn1992, 1995

rnrn


rnrn

Məşqçi karyerası:

rnrn

"Karvan" - 2004-05, 2005-07,rn2007-09 (147 oyun)

rnrn

"Standard" - 2007 (16 oyun)

rnrn

Azərbaycan çempionatınınrngümüş mükafatçısı (2005/06), brünc mükafatçısı (2004/05), Azərbaycan kubokununrnfinalçısı (2005/06), UEFA kubokunda komandası mərhələ keçən ilk baş məşqçirn(2006/07).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail