Ceyhun Sultanov yeni mövsümə hansı komandada başlayacaq? – MÜSAHİBƏ

8 MÜDAFİƏÇİ İLƏ OYNAYAN MİLLİ KOMANDADAN UĞUR GÖZLƏMƏYƏ DƏYMƏZ!

31.05.2011 | 4692 dəfə oxunub

rnrn

Millirnkomandamızın keçmişrnoyunçusu, son mövsümürn«Gəncə»dərnkeçirən Ceyhun SultanovunrnStadium.Az saytınarnözəl müsahibəsi:

rnrn

- Sənin üçün çempionat necə keçdi?

rnrn

- Ötən ilkilərə baxanda, bu dəfə elə də maraqlı olmadı. Amma özüm üçün deyirəm bunu. Həmişə iddialı klublarda oynamışam, «altılıq»lar başlayandan sonra adama bir az maraqsız gəldi. İkinci «altılıq» başlayandan sonra adam çıxıb oynamaq istəmirdi heç.

rnrn

- Bəlkə «Gəncə» ilk «altılıq»da yer almadığı üçün sənə maraqsız gəlib?

rnrn

- Yox, təkcə ona görə deyil, ümumiyyətlə, maraqsız idi.

rnrn

- «Gəncə» necə komandaydı?

rnrn

- Pis oynamırdıq, hətta ilk «altılığ»a da düşə bilərdik. Bir-iki yaxşı oyunçumuz olsaydı, bunu bacarardıq.

rnrn

- Amma qeyri-stabil oyun göstərirdiz...

rnrn

- Futboldu da, heyət tam formalaşmamışdı deyə, belə alınırdı. Belə komandalar həmişə daimi oyun göstərə bilmir. Güclülərə qarşı toparlanıb oynayır, amma ortabab və zəiflərlə bunu bacara bilmir.

rnrn

- Deyirdilər, «Neftçi»yə qarşı kubok və çempionat oyunlarını bilərəkdən uduzursuzmuş...

rnrn

- Vallah mən futbolçu kimi bütün oyunlarda əlimdən gələni etmişəm. Komandanın içində olmuşam, belə şeylərdən də xəbərim olmayıb.

rnrn

- Səncə Fuad İsmayılovun Mehman Allahverdiyevlə əvəzlənməsi lazım idi?

rnrn

- Baş məşqçi dəyişikliyi ancaq klubun prezidentinin işidi, necə məsləhət bildi, elə də etdi. Mənim üçünsə heç bir dəyişikliyin fərqi yoxdur.

rnrn

- İlk «altılıq»da necə keçirdi çempionat?

rnrn

- Çempion son turda bilinsəydi, daha maraqlı olardı. Bir də ki, «Qarabağ»la «Xəzər-Lənkəran» yersiz yerə çox xal itirdilər. Yoxsa sonluq tamam başqa ola bilərdi. Əvvəlki çempionatlarla müqayisədə çox da maraqsız deyildi. Bir şeyi deyim ki, ən yaxşı futbolu «Qarabağ» oynayırdı. Legionerlərlə dolu olan komandalar heç nə edə bilmədi. «Xəzər-Lənkəran»dan çempionluq gözləyirdim düzü, amma əvvəlki turlardakı oyunlarını sona kimi davam etdirə bilmədilər. «Bakı»ya görə çox üzüldüm, adlarına layiq yerdə olmadılar. Gətirdikləri futbolçular komandaya heç bir xeyir vermədi. Baxmayaraq ki, rəhbərlik futbolçusu üçün hər bir şərait yaradıb «Bakı»da. Kuboku aldı «Xəzər-Lənkəran», amma o komanda oyunu penaltilər seriyasına kimi uzutmamalıydı.

rnrn

- «Gəncə»ylə müqavilən bitib. Yeni mövsümə hansı komandada başlayacaqsan?

rnrn

- Sözün düzü, hələ dəqiqləşməyib. Təkcə pulu fikirləşmirəm, amma mənə hansı klubun təklifi sərf eləsə, orada da qalacam. Daimi oynayacağım komandaya gedəcəm.

rnrn

- «Gəncə»də qala bilərsən?

rnrn

- Əlbəttə ki, qala bilərəm. Amma hələ oturub rəhbərliklə danışığımız olmayıb. Çünki o klubda hələ, gələcək mövsümün planları barədə qərar verilməyib.

rnrn

- Başqa klublardan təklif almısan?

rnrn

- Arada söhbət çoxdu, mənə deyənlər var ki, hansısa klublar mənimlə maraqlanırlar, amma ortada konkret bir söhbət yoxdu.

rnrn

- Öz oyunun barədə nə deyə bilərsən? Əvvəlki Ceyhun ola bilmisən?

rnrn

- Yox hələ, çünki mən arxada qalan mövsümdə heç bir yerdə toplanış keçmədim. Amma toparlanmaqdayam, artıq 31 yaşım var, inşallah yaxşı olacaq.

rnrn

- Milli barədə fikirlərin maraqlıdır. Şahin Diniyevin vaxtında əsas oyunçu sən idin. İndiki millini necə görürsən? İndiki millidə oyun qurucusu yoxdu, özünün yerini görürsən seçmə komandada?

rnrn

- Bu məsələyə toxunmaq istəmirdim, amma bu dəfə deyəcəm. Milli komanda 8 müdafiəçi, bir qapıçı və iki yarımmüdafiəçiylə meydana çıxırsa, o komandadan uğur gözləməyə dəyməz. Düşüncələri ancaq müdafiəni fikirləşməkdir. Amma bizim komanda həmişə topla oynamağı bacarıb. Nə qədər müdafiə olunsan belə, sonda qol buraxacaqsan, mümkün deyil. Bizdəysə hücum yoxdu, bunu duşunmək lazımdı.

rnrn

- Qazaxıstanla oyundan nə gözləyirsən?

rnrn

- Məncə eyni səviyyəli iki komandanın oyunudur. Uda da bilərik, uduza da. Bir məsələ var ki, heç vaxt onlara uduzmamışıq. Lap səfərdə udmuşuq da onları. Və daha bir məsələ, əgər Qazaxıstanı uda bilmiriksə, daha sonra kimi udacağıq? Bu oyunda qələbə qazanmaq uşaqlarda böyük ruh yüksəkliyi yarada bilər ki, sonrakı oyunlara da, bunun böyük xeyri dəyər.

rnrn

Vüsal BƏBİRLİ



  #7   Adınız: Lenkeranli;   E-mail: ---

31.05.2011 22:41

Butun xezer-lenkeran-lilardan Ceyhuna atesin salamlar

  #6   Adınız: Arif Haci;   E-mail: ---

31.05.2011 22:40

Onun aqli olmadi, vaxtinda cixib getseydi xarice, indi onun haqqinda hami basqa sozler danisirdi. Azerbaycanli ki azerbaycanli, burada qalmaqi her seyden ustun tutdu ve PULU

  #5   Adınız: Arif Ismayilbeyli;   E-mail: ---

31.05.2011 12:05

Həmin anlar yadımdadır...allah rəhmət etsin...yaxşı ki...ayaq
üstə dura bildi..

  #4   Adınız: Seddam;   E-mail: ---

31.05.2011 11:29

Onun heyatda itiedikleri cox olub. Ard-arda atasini ve iki
qardasini itirdi ki, bu da onun oyununa psixoloji cehetden pis
tesir etdi!

Ceyhun yaxsi oyuncudur, amma onun qedrini bilen yoxdur!...

  #3   Adınız: Seddam;   E-mail: ---

31.05.2011 11:29

hele gec deyil oynaya ve evvelki oyununu qaytara biler.

  #2   Adınız: Yadigar Sadiqov;   E-mail: ---

31.05.2011 11:28

yaxşı oyunçu İDİ

  #1   Adınız: Arif Ismayilbeyli;   E-mail: ---

31.05.2011 11:27

Ceyhun vaxtında özq də tənbəllik etməsəydi...Azərbaycanın
ZİDANI ola bilərdi...onu incidən də çox olub...

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail