Şahin Diniyev: «Sizin saytınız vasitəsiylə bəyan edirəm, Arif Əsədov nə qohumumdu, nə də bacanağım» - MÜSAHİBƏ

DİNİYEV YENİDƏN ÖLKƏ XARİCİNDƏ İŞLƏYƏCƏK

03.06.2011 | 6898 dəfə oxunub

rnrn

Azərbaycan millisininrnkeçmişrnbaş məşqçisi Şahin DiniyevinrnStadium.Az saytınarnözəl müsahibəsi:

rnrn

- İşsizrndönəminizə son verməyirndüşünmürsüz?

rnrn

- Elərnşeylərrnvarrnki,rnonları aradan qaldırmaqrnbizlikrndeyil.rnGörünən odur ki, hazırkı dönəm üçün bizə ehtiyac yoxdur. Biz seçmirik, bizi seçirlər,rngərək işrntəklif edən olsun da, yoxsa necə işləmək olar?

rnrn

- Arada sizdənrndə yazırdılar ki, təkliflərrnalmısız yerli klublardan...

rnrn

- Bunu yazanlar, ancaq xəbər xətrinə yazıb.rnHamısırnmənasız piyardı. İnanın ki, elərnpiyarrnvə reklam mənərnlazım deyil.

rnrn

- Heçrn«Terek»dən ayrılandanrnsonrarniş təklifi almısız?

rnrn

- Azərbaycan deyil, amma kənardan olub. Rusiyadan - I diviziondan baş məşqçi təklifi almışdım, amma ailə problemlərinə görə gedə bilmədim. Rəsmi olmayıbsa, gerçəkləşməyibsə, heç o klubun adını çəkməyə də ehtiyac duymuram.

rnrn

- Bəs yenidən ölkə xaricində işləmək ehtimalınız var?

rnrn

- Vaxt keçdikcə, hər şey dəyişə bilər. Bəli, ola bilər ki, yenidən xaricdə işləyim. Deyim ki, yaxın vaxtlarda, İnşallah bu ola bilər

rnrn

- Hansı ölkədi?

rnrn

- Hazırkı vəziyyətə görə ad açıqlamasam yaxşıdı.

rnrn

- Sizcə ölkə futbolunda irəliləyiş var?

rnrn

- Böyük ölçüdə bir sıçrayış yoxdu. Dəyişiklik ancaq klubların madi-texniki bazasının güclənməsindədir. Klubların çoxu maliyyə cəhətdən həddindən artıq varlanıb, amma uğurları yoxdur. Əvvəllər cəmi bir neçə komanda xaricə toplanışa gedirdisə, indi bir çoxu gedir. Oyun və futbolçuların səviyyə baxımından da bir az yüksəliş hiss olunur.

rnrn

- Millinin sizin vaxtınızdakı dönəmi ilə indikini müqayisə edək. Foqtsa yaradılan şəraitin neçədə biri sizə yaradılırdı?

rnrn

- Bunu faizlə bildirmək çətin məsələdir. Amma deyə bilərəm ki, heç dördə biri də deyildi. Bu mənada AFFA-nı da günahlandırmıram, çünki o vaxt gücləri ona çatırdı. Mənim vaxtımda futbolçuları oyuna klubdan yalnız 48 saat qalmış ala bilirdim, hətta saat məsələsi vardı ortada. Amma indi az qala 48 gün əvvəlcədən futbolçular milliyə gətirilir. Heç kim də etirazını bildirmir. Məncə «Qarabağ»ın ölkə daxilində bu mövsüm uğursuz çıxış etməsinin səbəbi də, məhz millinin tez-tez, vaxtından daha çox əvvəl toplanışlarıdır. İnanın ki, bir dəfə xaricə apardığımız 22 futbolçudan 17-i əsas heyətdə oynamırdı, daha doğrusu oynatmırdılar. Amma indi millidə oynayırsa, həmin futbolçunu klubda mütləq oynadırlar. Konkret deyim, o vaxtkı ilə indikini müqayisə edəndə, bizdə şərait çox aşağı səviyyədə idi.

rnrn

- Millinin oyununda dəyişiklik, irəliləyiş görürsüz?

rnrn

- Sizə belə deyim , hazırkı AFFA rəhbərliyinin milli komandaya yaratdığı şəraitin qarşılığında, seçmə komandada çox az inkişaf var, amma yox da deyil. Amma sizə deyim ki, Qazaxıstan və Almaniya ilə oyun dönüş nöqtəsi ola bilər. Bu iki oyundan 4 xal almaq mümkün olsa, hər şey yüksələn xətt üzrə inkişaf edəcək. Komandanı da daha asan birləşdirmək olacaq.

rnrn

- Qazaxıstanla oyundan 3 xalla ayrılmaq mümkündür?

rnrn

- İnanın ki, Qazaxıstan bizdən zəif komanda deyil. Şanslar da yarıbayarıdır. Hazırda beşinci yer uğurunda mübarizə gedir, əgər səfərdən ən azı bir xalla dönə bilsək, bunu bacaracağıq. Mən də istəyərəm milli komandamız qrupda birinci, ikinci olsun. Amma bu xəyaldı axı, gərək real bir şey haqqında danışasan. Bu oyunda rəqibin yeganə üstünlüyü ancaq meydan sahibi olmasıdır. Amma uduzsaq da, bu, dünyanın axırı deyil. Çünki onlar da bizdən 3 xal alacaqlarını düşünürlər.

rnrn

- Yaxın dostunuz Arif Əsədovun başçılıq etdiyi «Neftçi» klubu çempionluğu halal qazandı sizcə?

rnrn

- «Neftçi» bütün mövsüm boyunca eyni tempdə futbol oynadı. Elə deyil ki, 7-ci yerdən gələ çempion ola. Hamıdan az qol buraxıblar, hamıdan da çox vurublar.

rnrn

- Deyilənlərə inansaq, «Neftçi»nin oyun planında Arif Əsədova siz kömək edirsiniz...

rnrn

- Sizə tam səmimi deyəcəm, çoxları deyir guya mənlə Arif Əsədovla Şahin Diniyev qohumumdu. Bunu da sizin saytınız vasitəsiylə bəyan edirəm, Arif Əsədov nə qohumumdu, nə də bacanağım. Amma biz sözün həqiqi mənasında dosduq və dostluğumuz ailəvidir. Arif Əsədov öz bacarığı hesabına «Neftçi»ni çempion etdi. Ona yeganə köməkliyi futbolçular, öz köməkçiləri və ən əsası da klubun prezidenti edib.

rnrn


Söhbətləşdi: Vüsal BƏBİRLİ



  #4   Adınız: VÉ™li;   E-mail: ---

04.06.2011 06:10

Sahinin agli onda olmadi ki, Terekden gəldi bura

  #3   Adınız: qurban;   E-mail: ---

03.06.2011 19:33

heqiqeten savadli meshqici ve insandi

  #2   Adınız: Tahir Sulwymanov;   E-mail: ---

03.06.2011 10:18

ESQ OLSUN SAHIN MUELLIME

  #1   Adınız: Adil;   E-mail: ---

03.06.2011 10:15

Sahin hem yaxsi mesqcidi hem de yaxsi insan. Ele yaxsidi, masennikliyi bacarmir deye qoymurlar islesin

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail