Ernest Nfor: "Heç bir komanda indidən rahat nəfəs ala bilməz" MÜSAHİBƏ

07.11.2013 | 4411 dəfə oxunub

“Neftçi”nin hücumçusu Ernest Nforun klubun rəsmi saytına müsahibəsi:

- “Neftçi”yə gəlişindən qısa müddət keçsə də, artıq demək olar ki, əsas heyət oyunçusuna çevrilmisən. Necə hesab edirsən, öz oyununu tapmısanmı? 
- “Neftçi”yə uyğunlaşmağım çətin olmadı. Günü-gündən komanda yoldaşlarımla bir-birimizi meydançada daha yaxşı başa düşürük. Amma potensialımı tam açmağım üçün müəyyən vaxta ehtiyac var. Gələcək oyunlarda bundan da yaxşı oyun göstərəcəyimə inanıram.

- Azərbaycan mühitinə uyğunlaşa bilirsənmi? 
- Burda mən tək deyiləm. Ailəmlə birgə yaşayıram. Azərbaycana gələn gündən buranın mühitinə uyğunlaşmağa çalışıram. Təbii ki, Avropa ölkələri ilə müqayisədə adət və dil fərqi var. Peşəkar futbolçu üçün bunlar maneə deyil və zamanla yoluna düşən şeylərdir. Gördüyünüz kimi Kardoso da artıq əsas komandada möhkəmlənib. Kardoso Braziliya, Rusiya və Rumıniya çempionatlarında, mən isə Belçika yüksək liqasında çıxış etmişəm.

- Azarkeşlər arasında “Böyük oyun”adını almış “Neftçi” - “Xəzər Lənkəran” matçının əsas qəhrəmanlarından biri idin. Özün fərqlənməklə yanaşı digər iki qolda da pay sahibi oldun. 
- “Xəzər Lənkəran”a oyun bizim üçün çox vacib idi. Ümumiyyətlə futbolçu belə matçlarda göstərdiyi oyunla azarkeşlərin rəğbətini, məhəbbətini qazanır. Sevinirəm ki, meydana ikinci hissədə daxil olsam da, parlaq qələbəmizdə pay sahibi oldum. “Böyük oyun” böyük hesablı qələbəmizlə nəticələndi. Bu matçda vurduğum qolu ailəmə həsr etdim. Bundan əvvəlki oyunlarda da qol vurmaq üçün əlverişli imkanlarım olsa da, sanki bəxt məndən üz döndərirdi. Məsələn, AZAL və “Simurq”la oyunlarda topun qapı dirəyindən qayıtmasını xatırlatmaq istəyirəm. Bu gün mən vurdumsa, sabah komanda yoldaşlarım fərqlənəcək. “Neftçi”də, İqor Mitreski, Flavinyo, Bahodir Nasimov, Bruno Bertuççi, Denis Silva kimi təcrübəli və güclü futbolçular var. Komandanın kapitanı Rəşad və Mahir həm Azərbaycan millisi, həm də “Neftçi” üçün çox faydalı oyunçulardır. Eyni zamanda çoxlu gənclər var ki, onlar da öz üzərində çalışsalar ən azından oynadığım Belçika çempionatında çıxış edə bilərlər.

- Yəqin ki, belə qələbələr çempionluq yolunda böyük rol oynayacaq... 
- Mən rəqibləri fərqləndirmək istəməzdim. Bütün komandalar maksimum nəticə üçün oynayır. Çempionat oyunlarının yarıdan çoxu hələ qarşıdadır. Heç bir komanda indidən rahat nəfəs ala bilməz. Rəqiblərimizə hörmətlə yanaşırıq və hər matçda yalnız qələbə üçün meydana çıxırıq.

- Yəqin ki, azarkeşlərin də rəğbətini hiss edirsən... 
- Mən azarkeşsiz futbol təsəvvür etmirəm. Açığı azarkeşlərin sayının az olması məni təssüfləndirir. Halbuki Azərbaycan çempionatının səviyyəsi heç də Belçika yüksək liqasının səviyyəsindən aşağı deyil. Son çempionat oyunumuzda azarkeşlərimiz nisbətən çox idi. İstərdim ki, hər matçda belə olsun. Onlarla oyundan sonra da ünsiyyətdə oluruq. Artıq Azərbaycan dilində də bir çox sözləri anlamağa başlamışam. Hardasa görəndə gülər üzlə görüşüb sevgilərini nümayiş etdirirlər. Azarkeşlərimizə ən yaxşı hədiyyəmiz çempionluqdur. Mən çempion komandaya gəlmişəm və yaxşı anlayıram ki, bizim hədəfimiz yalnız birinci yerdir. Üstəlik Avropada da öz sözümüzü deməliyik.

- 2012-ci ildə Kamerun millisinin heyətinə cəlb olunmusan. Yığmadan yenə təklif gözləyirsənmi? 
- Bu, “Neftçi”də göstərəcəyim oyun səviyyəsinə bağlıdır. Əgər istədiyim oyunu göstərə bilsəm yenidən məşqçilərin maraq dairəsinə düşə bilərəm. Bilirsiz ki, Kamerun yığmasında da böyük rəqabət var. Bununla belə çalışacam ki, milli komandaya yenidən dəvət alım.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail