"Rəvan"lı Ceyhun Cavadov: " Qolu atama həsr etdim" MÜSAHİBƏ

12.11.2013 | 5128 dəfə oxunub

Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində "Rəvan” "Sumqayıt”ı qəbul etdi. "Bayıl Arena”da keçirilən oyunda "Rəvan" hesabı açsa da, üstünlüyünü qoruya bilmədi. Matçda meydan sahiblərinin qolunun müəllifi olan Ceyhun Cavadovun klubun rəsmi saytına müsahibəsini təqdim edirik: 

- "Rəvan” forması ilə ilk qolunu vurdun. Qoldan sonra nə hisslər keçirdin?

- Xüsusi sevinc oldu desəm, düz çıxmaz. Sadəcə, komandamın daha da yaxşı çıxış etməsi, uğurlu nəticələr qazanması üçün çalışıram. Qol vurmaq da yaxşıdır. Təbii, bu bir ilk olduğundan müəyyən mənada özünəəminliyimi artırır. Amma yenə deyirəm ki, xüsusi hisslər keçirmədim.

- Qolu təsvir edərdin...

- Vareanın topu saxladığını və mənə tərəf baxdığını görüncə, topu mənə tərəf ötürəcəyini anladım. Boş zonaya açıldım ki, rahat olsun. Top önümə gələrkən qapını tam gördüyümdən zərbə vurmaq qərarına gəldim. Şükür, zərbəm dəqiq oldu.

- Qolu kimə həsr etdin?

- Qolu atama həsr etdim. O, stadionda idi və qoldan sonra ona tərəf qaçdım. Atamın üzərimdə böyük əməyi var, bu səviyyəyə çatmağımda müstəsna xidmətləri olub. İnşallah, onun üçün hələ çoxlu qollar vuracam.

- Atan bütün oyunlarını izləyir?

- Atam, demək olar, bütün oyunlarıma gəlir. Yalnız Bakıdan çox uzağa çıxanda orda olmur. Qalan bütün görüşlərdə mənə stadiondan mənəvi dəstək olmağa çalışır.

- Çempionatın əvvəlində az-az oynayırdın, amma indi demək olar, əsas heyətin üzvünə çevrilmisən. Nə dəyişdi ki?

- Mövsümlərarası fasilədə Ramil Əliyev məni komandaya dəvət etdi. İlk turlarda da şans verirdi. Amma Vladislav Qədirov baş məşqçi olandan sonra ehtiyatda qalmağa başladım. Demək olar, şans vermədi mənə. Şahin müəllim gələndən sonra isə yenidən oynamağa başlamışam. Görünür, Vladislav müəllimin oyun üslubuna uyğun gəlmirdim. Hər halda, hər məşqçinin öz seçimi olur və ona hörmətlə yanaşmaq lazımdır.

- Şahin Diniyev son mətbuat konfransında sənin gələcəyini parlaq gördüyünü, böyük potensiala sahib olduğunu bildirdi. Və əlavə etdi ki, öz üzərində daim və çoxlu işləməlisən...

- Şahin müəllimlə mən də söhbət etmişəm. Mənə də deyib ki, öz üzərində çox işləsən, gələcəkdə yaxşı futbolçu olacaqsan. Şükür Allaha, məşqçinin tapşırıqlarını canla-başla yerinə yetirirəm. Ola bilər ki, bəzən istənilən oyunu göstərə bilmirəm. Amma hər şeyin yaxşı olması üçün əlimdən gələni əsirgəmirəm.

- Artıq gələn mövsüm yaş limitinə düşməyəcəksən. Başqa sözlə, əsas heyətdə oynamaq daha da çətinləşəcək. Bu barədə düşünmüsən?

- Əlbəttə. Artıq indidən bu barədə düşünürəm. Üzərimdə çalışıb komandanın aparıcı üzvlərindən birinə çevrilmək istəyirəm. Yalnız bu halda gələn mövsüm də mütəmadi oynaya bilərəm. Məşqlərdə də hazırlıq bitəndən sonra qalıb əlavə çalışıram. İnşallah əziyyətimin qarşılığını görərəm. Buna böyük ümidim var.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail