Şahin Diniyev "Rəvan"dan gedişinin əsl səbəbini açıqladı: "İstəklərim həyata keçmirsə..." - MÜSAHİBƏ

04.01.2014 | 4604 dəfə oxunub

Gözlənilmədən “Rəvan”dan ayrılan baş məşqçi Şahin Diniyevin Stadium.az saytına müsahibəsi:

- Şahin müəllim, niyə istefa verdiz?

- Demişəm və bir daha təkrar edirəm. Göstərdiyim nəticələr məni qane etmədi. Gələcəkdə “Rəvan” klubunu irəli apara bilməyəcəyimi, iddialı duruma gətirə biməyəcəyim üçün istefa verdim.

- Amma siz komandada yenidənqurma işləri apardız axı...

- Reallıq başqadır, işin içində olmaq başqadır Hiss etdim ki, komandaya xeyir verə bilməyəcəm və “Rəvan”ın yolunda maneəyə də çevrilmək istəmədim. Klub qoy öz yolun tutsun, daha da irəli getsin.

- Bəlkə klub sizə verdiyi sözü tutmadı və bun görə komandanı iddialı edə bilməyəcəyini görüb istefa verdiz?

- Yox, indiyə kimi dəstək oldular. Onlara da təşəkkür edirəm ki, məni başa düşüb, istefamı qəbul etdilər.

- Maraqlı bir məqam da var. Siz istefa verməmişdən əvvəl “Rəvan”a baş məşqçi gələcək Güvənç Kurtar Türkiyə mətbuatına açıqlama vermişdi ki, bu komandaya baş məşqçi gəlir...

- Bilirəm, mən 3 gün əvvəl, hətta bu günü də saysaq, 4 gün əvvəl kluba – vitse-prezident Bəhruz Şirəliyevə müraciət etdim ki, istefa ərizəmi qəbul etsinlər. Sadəcə bu məsələ dünən gecə saatlarında təsdiqini tapdı. Yəni mənim bu istəyimdən sonra hansısa məşqçi ilə danışıq aparmaları normal haldır və bu, klubun daxili işidir. Biri gedirsə, biri də gəlməlidir də.

- Ötən gün günortadan sonra sizinlə əlaqə saxlamışdım. Bizim sayta açıqlamanızda bildirdiz ki, komandadan 8 futbolçunun göndərilməsi, əvəzində də 8 oyunçunun gətirilməsi barədə klub rəhbərliyinə siyahı təqdim etmisiz. Hətta gələnlərdən 4-nün əcnəbi, 4-nün isə legioner olduğunu bildirmişdiz. Əgər 4 gün əvvəl istefa vermişdizsə bunlar nəyə lazım idi?

- Bu söhbət klubla mənim aramda olan məsə idi ki, istəklərim bunlardan ibarətdir. İstəklərim həyata keçmirsə, qalıb kreslodan yapışmağım düzgün deyil.

- Bax, dolayı yolla təsdiq etdiz ki, sizin istədiklərinizi klub yerinə yetirməyib və buna görə istefa vermisiz...

- Yox, bacara bilmədim, həyata keçirə bilmədim.

- Nəyi həyata keçirə bilmədiz, nəylə, kimlə bacara bilmədiz?

- Gəlin daha dərinə getməyək. Bu qədər bəs edər. 

Vüsal BƏBİRLİ



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail