Böyükağa Hacıyev söz verdi - "NEFTÇİ"DƏN GEDİR! - MÜSAHİBƏ

27.02.2014 | 7470 dəfə oxunub

Sabah Premyer Liqanın 24-cü turu çərçivəsində "Qarabağ"la qarşılaşacaq "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev bu gün jurnalistlər qapşısına çıxaraq KİV nümayəndələrinin sualların cavablandırıb:

-  Komanda sabah sayılan komandalardan birinə qarşı oynayacaq. Bax, “Böyük oyun” budur. Ola bilsin vaxtilə “Xəzər Lənkəran”la “Neftçi”nin görüşləri də belə adlanırdı. Ancaq əsl “Böyük oyun” budur. Qara Qarayev, Rəşad Sadıqov kimi yerli oyunçuları  və başqa səviyyəli legionerləri var. Biz də rəqibdən geri qalmırıq. Onlarda Reynaldo varsa, bizdə Flavinyo var, onlarda Şehiç varsa, bizdə Stamenkoviç var, onlarda Qurban Qurbanov varsa, bizdə də Böyükağa Hacıyev var. Sabah maraqlı qarşılaşma olacaq. İnşallah, kim güclüdürsə, o da qalib gələcək. Hələ dünya futbol statistikasında belə şey olmamışdı. 4 qırmızı vərəqə müdafiəçilərə göstərildi. Əgər Rəhim Həsənov başqa xətt oyunçularına qırmızı göstərsəydi, belə olmazdı.
- Kanalesdən sonra komandada “vuran ayaq” hiss olunmur. Bunu necə aradan qaldıracaqsınız?
- Yadınızdan çıxmasın, Kanalesi Kanales edən “Neftçi”dir. Biz oyunu Nforun üzərində qurmuşduq. Ən böyük səhvimiz “Fənərbaxça” ilə görüşümüz idi. Orda biz kartlarımızı açdıq. Hamı orda idi. Biz ilk oyunda “Simurq”u məğlub etdik. Gördülər ki, “Neftçi” zarafat etmir. “Xəzər Lənkəran”la qarşılaşmada komplektləşdirdiyimiz heyət parçalandı. Ruslan Qurbanov ötən tur qol vurdu. Kanalesə görə ağlamalı deyilik.
- Səhvləri özünüzdə görürsünüz?
- Mən "Sumqayıt"la oyunda etdiyim səhvləri bayaq dedim. Oyundan sonrakı mətbuat konfransında da demişdim. Bunu danmıram.

- Cavid İmamverdiyevlə Bahodir Nasimov əvəzedici heyətə göndərilib?
- Onları əvəzedici komandaya biz göndərməmişik. Cavidin cəzası vardı, əvəzedicilərdə oynadı. Bu, praktika üçün idi. Əgər Flavinyo və ya Ramos da cəzalı olsaydı, biz onları əvəzedici komandada praktika qazanmağa göndərəcəkdik. Biz onlara cəza verməmişik.

- Qışda transfer etməməyinizə görə peşman deyilsiniz?
- Niyə biz transferdən yapışırıq? Biz Elvin Bədəlov, Samir Məsimovu gətirmişik. Yaxınlarda Krasnoyarsk “Yenisey”indən azərbaycanlı futbolçu da gətirəcəyik. Legioner gətirmişik də. Melvin Platye hələ də uyğunlaşa bilməyib. Bəxtimiz gətirib ki, Flavinyo, Ramos kimi legionerlərimiz yaxşıdır. Legionerləri əvvəlcədən izləyib, sonra alırıq. Biz legionerlərə olduqca ehtiyatlı yanaşırıq. Sizə bir söz deyim, Kanales gələn mövsüm bizə gəlir. Flavinyonu göndərəcəyik, tutub qolundan gətirəcək.

- “Skenderbeu”nu keçə bilməyəcəyiniz təqdirdə istefa verəcəyinizi demişdiniz. Sözünüzün üstündə də durdunuz. İndi çempion ola bilməsəniz, nə söz verirsiniz?
- Çempion olub-olmayacağımızdan asılı olmayaraq, “Neftçi”dən gedəcəyəm. Ölkəni tərk edəcəyəm.



  #1   Adınız: Dima;   E-mail: [email protected]

28.02.2014 10:06

Krasnoyarsk “Yenisey” dublunda daha 2 azeri oynayir!
Mextiev ve Ibrahimov!

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail