Zaur Ramazanov Mirça Redniki "yıxıb sürüdü" - MÜSAHİBƏ

02.07.2011 | 5424 dəfə oxunub

Ötən mövsümün əvvəlində futbolçu karyerasını başa vuran Zaur Ramazanov sonuncu dəfə «Xəzər Lənkəran» formasında azarkeşlərin önünə çıxdı. Keçmiş hücumçunun cənub klubunda menecer işləyəcəyi söylənilirdi, hələ də işsizdi. Sevimli idman növündən uzaq düşən «Zayka»dan keçmiş klubları - «XL» və «Qarabağ»ın hazırkı vəziyyəti, həmçinin avrokubok perspektivləri barədə fikirlərini eşitmək istədik.

Ötən mövsüm "Neftçı" güclü idi, yoxsa "Xəzər Lənkəran?"
- Hər ikisi eyni səviyyəli komandadır. Mən heç birini güclü saymıram.
Səncə, "Neftçı" çempionluğa layiq idi?
- Çempinoluğa AZAL da layiq idi. Sözün düzü, mən heç bilmədim çempionat necə başladı, necə qurtardı. Elə də izləmədim. "Xəzər Lənkəran" çempionluq yolunda"Neftçi"yə onda uduzdu ki, 10 futbolçunu qışda göndərdi, yerinə başqalarını gətirdi. Burda, məncə, Mirça Rednik çempionluğu düşünmürdü. O, öz işləri ilə məşğul idi. Bilmək olmurdu, komanda yaratmaq istəyirdi, ya başqa işlərlə məşğul idi. 
Demək istəyirsən ki, sən oynadığın dövrdəki "XL" daha güclü idi indikindən?
- Bu sualı uşağa da versən, o da deyər ki, biz güclü idik. İndikindən beş dəfə güclü komandaydıq. Deyin görüm, indi "Xəzər" hansı komandanı 4:0, 3:0 hesabnı ilə udur? Ya penaldan, ya cərimə zərbəsindən qol vururlar. 
Avrokuboklarda komandalarımızın hansından uğur gözləyirsən?
- Mən "Qarabağ"dan başqa heç birindən heç nə gözləmirəm. 
- "Neftçi" iddia eləyir ki, "Dinamo"nu ÇL-dən uzaqlaşdıracaq, hətta Avroliqada qrup mərhələsinə düşəcək. 
- Kiminlə düşmək fikirləri var qrupa? Arif Əsədovla? "Neftçi" bu məşqçiylə heç yerə gedə bilməz. Lap elə «Dinamo»nu keçsin, növbəti mərhələdə deyəcəklər ki, "ver qırağa, saxla". 
Onlar deyir ki, "Dinamo" nə qədər güclü olsa da, bizim də Flavinyomuz, Rodriqinyomuz var».
- Ora Azərbaycan çempionatı deyil. Çempionlar Liqasıdı.
Sən də "Dinamo"ya qarşı oynamısan. Yadından çıxmayıb?
- "Xəzər" onlarla oynayanda xorvatlar daha güclü idilər. İndi zəifdirlər. Amma nə qədər zəif olsalar da, inanmıram ki, "Neftçi"yə nədəsə güzəştə gedərlər. Arif Əsədəovun komandasının nəsə etməsinə mən inanmıram.
Deyirsən, 4 klubdan 3-ü əliboş geri qayıdacaq?
- AZAL və "Qarabağ"ın püşkdə bəxti gətirdi. AZAL Belarusun 7-ci komandasıyla qarşılaşacaq. Bu rəqibi keçməyə borcludurlar. Başqa yol yoxdu. Amma mən onların indiki vəziyyətini bilmirəm nə yerdədi. Avroliqa Azərbaycan çempionatı deyil. "Qarabağ"a gəlincə, həm "Banqa"nı, həm də "Streymur"u problemsiz keçəcəyini düşünürəm. Formalaşmış heyəti var, futbolçular kifayət qədər birgə oyun keçiriblər. "Qarabağ" bu rəqiblərilə duellərdə əsas favoritdi. Belə görürəm, yalnız "Qarabağ" qrupa düşə bilər. Onların apardığı işləri dəstəkləyirəm. AZAL da mərhələ keçə bilər. 
- "Xəzər"in rəqibi olan "Makkabı"ni necə qiymətləndirirsən?
- Püşkatmada bəxti gətirməyib. Ən çətin rəqib məhz lənkəranlılara düşüb. Mən çox arzu edirəm ki, mərhələ adlasın. Amma hamı "Makkabi"nin səviyyəsindən xəbərdardı. Amma əlbəttə, şans var. Sadəcə, azdı. İsrail klubu güclüdü. Onun heyətində də güclü futbolçular çıxış edir. Bəxtindən "Xəzər"ə həmişə güclü komandalar düşür. İndi də belə oldu. Bir dəfə keçən mövsüm zəif klubla üz-üzə gəldi. «Olimpiya» ilə oyunumuz alınmadı. 
Lənkəranlılar nəyin hesabına bu rəqibini keçə bilər?
İsraildə oynamaq çox çətin olacaq. Amma mümkünsüz də heç nə yoxdu. Mən Rednikin nə hazırladığını bilmirəm. Bizim vaxtımızda Ağasəlim Mircavadov ancaq hücum etməyimizi istəyirdi. O, müdafiədə oturmağımızı istəmirdi. Mümkündü ki, «Xəzər» səfərdə müdafiə olunsun. Hər halda nəzərə alsaq ki, cavab oyunu Lənkəranda olacaq, hər şey mümkündü. Səfərdə əsas qol buraxmamaq və səfər qoluna imza atmaq lazım gələcək. «Xəzər» çox tez-tez heyətini dəyişir, bu da çox pis haldı. Bu yay artıq klubu 7-8 futbolçu tərk edib. Heyətdəki futbolçuların tez-tez dəyişdirilməsi komandaya ən böyük zərbədi. "Xəzər"in hər cür şəraiti var. Düzgün strategiya qursalar, rəqibin gücündən asılı olmayaraq növbəti mərhələyə vəsiqə qazana bilər. Bu komandada indi düzgün işlər getmir.
Belə çıxır ki, kimlərsə "Xəzər"də futboldan kənar işlərlə məşğuldu?
- Mən Redniki məşqçi kimi görmürəm
Rumıniyalı baş məşqçi qışdakı kimi yenə əksər futbolçuları göndərdi, yenilərin gətirdi. 
- Hər şey göz qabağındadı. Kubokda bəxtləri gətirdi, qazandılar. Penaltilərə kimi getdi oyun, lotoreyada "Xəzər" qalib oldu. Mən bu komandada güclü heç nə görməmişəm. Bir dənə Parks idi oynayan. Orda başqa heç kim yoxdu. Bir də Vobay. O da özü üçün publikaya oynayır.
- Parks da komandanın sıralarını tərk edib...
- Mətbuat bundan yenicə xəbər tutub. O, hələ çempionatın gedişi zamanı "Bakı" ilə danışıqlar aparırdı. Azərbaycan elə də böyük ölkə deyil. Burda bütün informasiyalar çox tez yayılır. Mən bilirdim ki, o, "Bakı"ya keçəcək.
Bu, cənubluların çıxışına nə dərəcədə təsir edəcək?
- Parksın gedişi komanda üçün böyük problemdi. Parks ən yaxşı forvardlardan biri idi. Az qol vurmurdu. Bilmirəm "Makkabi"nin qapısına kim qol vuracaq. Rednikə qısa zaman kəsiyində heyəti doldurmaq lazımdı. Əks halda bu, avrokuboklarda uğursuzluğa gətirib çıxara bilər. Parks cənublulara çempionatda çox kömək etmişdi. Özü də onun böyük təcrübəsi var idi. Mənə də maraqlıdı ki, onu necə əvəzləyəcəklər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail