Aqil Məmmədov: "Onlar "İnter"lə oyunda öz mövqelərini itirdilər" - MÜSAHİBƏ

03.09.2014 | 2992 dəfə oxunub

“Sumqayıt” klubunun baş məşqçisi Aqil Məmmədov Peşəkar Futbol Liqasının rəsmi saytına müsahibə verib. Stadium.Az müsahibəni təqdim edir:
 

- Azərbaycan milli komandasının oyunları ilə əlaqədar olaraq, Topaz Premyer Liqasında yaranmış fasilədən necə istifadə edəcəksiniz?
- “Araz Naxçıvan”la görüşdən sonra futbolçuları istirahətə buraxmışdım. Dörd günlük fasilədən sonra sabah toplaşırıq. 6 futbolçumuz U-21 yığmasının heyətindədir. Buna baxmayaraq, 1 yoxlama oyunu keçirməyə qərar verdik. İnşallah, şənbə günü saat 18:00-da “İnter”lə üz-üzə gələcəyik.  Bu oyun “Bakı” klubunun təlim-məşq bazasında reallaşacaq. Oyunun məhz bu arenada keçirilməsi bizim üçün sərfəlidir.  Çünki Topaz Premyer Liqasının V turunda məhz “Bakı” ilə bu meydançada oynayacağıq.

- “İnter”lə oyunda qeydə alınan 1:5  hesablı məğlubiyyətdən sonra heyətdə bir çox dəyişiklik etdiniz. “Araz Naxçıvan” üzərində dəyişik heyətlə qələbə qazanmağınız ikinci heyətin daha uğurlu olmasına işarədir?
- Bəli, ikinci heyəti daha uğurlu saymaq olar. İdman prinsiplərində belə bir qanunauyğunluq var ki, uduzan heyətdə mütləq islahatlar aparılmalıdır. Mən “İnter”lə oyunda meydançaya çıxan 4  futbolçunu “Araz Naxçıvan”la matçda  ehtiyatda saxlamışdım. Onlar əsas heyətdəki yerlərini məhz “İnter”lə oyunda itirdilər. Amma sözsüz ki, onlar da bizim oyunçularımızdır. Həmin futbolçular öz yerlərini qaytarmaq üçün mütləq mübarizə aparmalı və 2 qat güclə çalışmalıdırlar. Kim güclüdürsə, o da meydançaya çıxacaq.

-  “Sumqayıt” hazırda turnir cədvəlinin lideridir. “Sumqayıt”ın liderliyi uzunmüddətli ola bilərmi?
-  Deməzdim ki, biz rəqiblərimizi böyük fərqlə üstələmişik. Bəzən idman xoşbəxtliyi bizim tərəfimizdə olub.  Biz qələbələri futbolçuların sona qədər döyüşməsi, mübarizədən qopmaması nəticəsində qazanmışıq. Əvvəl də demişəm, yenə də deyirəm: Bizim hədəfimiz çempionluq deyil. Məqsədimiz yaxşı oyun sərgiləmək, qələbələr qazanmaqdır. Kimin çempion olacağı, kimin digər medalları qazanacağını isə çempionatın sonunda  görəcəyik.

- Ötən mövsüm əsas  oyunçularınızdan sayılan Pərdis Fərcad Azadın zədəsinin sağalması üçün nə qədər zamana ehtiyac var?
-  Pərdisin zədəsi ciddidir. Mən istərdim ki, Pərdis tez qayıtsın. Amma hesab edirəm ki, onun qayıdışı ən yaxşı halda, yanvar ayında reallaşa bilər. 

-  Sumqayıtda həmişə futbol ab-havası olub. Adətən, Sumqayıt stadionuna gələn azarkeşlərin də orta yaş həddi yüksəkdir. Yəni Sumqayıt  camaatı artıq “Sumqayıt”ı doğma komanda kimi qəbul edir. Bu barədə düşüncələriniz necədir?
-  Bəli, camaatın, xalqın komandası olmaq çətin işdir. Gərək azarkeş rəğbəti qazanasan. Bəli, Sumqayıtda gəlmə komandalar çıxış ediblər. Yəqin ki, həmin vaxt hər hansı bir soyuqluq olub. İndiki məqamda isə vəziyyət fərqlidir. Azarkeşlər bizə hər zaman dəstək olublar və bizi heç vaxt darda qoymayıblar.

-  Növbəti turda rəqibiniz “Bakı”dır. Bu komanda ilə bağlı hansı fikirdəsiniz?
-  Mən bir məsələni vurğulayım ki, “Bakı” heç də zəif komanda deyil. Məğlub olduqları oyunlarda da yaxşı futbol sərgiləyiblər. Döyüşməyi bacaran komandaya qarşı oynayacağıq. Bu baxımdan işimiz heç də asan olmayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail