Bolqarıstan millisinin baş məşqçisi: AZAL-ın futbolçusun cəzalandırmayın - MÜSAHİBƏ

09.09.2014 | 4004 dəfə oxunub

Bu gün "Avro-2016"nın seçmə mərhələsi çərçivəsində Bakıda millimizin qonağı olacaq Bolqarıstan milli komandasının baş məşqçisi Lyuboslav Penev bu gün Bakıda mətbuat konfransı keçirib. Penev ilk öncə oyun haqda fikirlərini açıqlayıb.
 
- Bu, ilk oyunumuzdur. Matçla bağlı müxtəlif fikirlər səsləndirmək olar. 2016-cı ildə Avropa çempionatında daha çox komanda iştirak edəcək. Bu səbəbdən də bütün komandalar istəyinə çatmaq üçün sona kimi vuruşacaqlar.
 
- AZAL-ın futbolçusu Emil Kostadinov müsahibəsində sizə köməklik edəcəyini bildirib.
 
- Kostadinovdan heç bir məlumat almamışam. Onu cəzalandırmayın.
 
- Azərbaycan millisinin bir neçə oyununa baxmısınız. Millimizin zəif və güclü tərəflərini açıqlaya bilərsinizmi?
 
- Bəli, bir neçə oyuna baxmışam. Amma komandanın zəif cəhətlərini deməyəcəyəm. Hər zaman komandam meydana qələbə üçün çıxır. Bu dəfə də istinsa olmayacaq. Onu da deyim ki, bu, çox çətin qrupdu. Hətta deyərdim ki seçmə mərhələnin ən güclü qrupu budur.  
 
- Azərbaycan millisinin məqsədi qrupda İtaliya və Xorvatiyadan sonra üçüncü olmaqdı. Sizcə, bu mümkündür?
 
- Bu, realdır. Eyni məqsədi biz də qarşımıza qoymuşuq.
 
- Hər iki tərəf düşünür ki, İtaliya və Xorvatiya qrupda ilk iki yeri tutacaq, Malta isə “qapazaltı” olacaq. Belə çıxır ki, mübarizə ancaq üçüncü yer uğrunda gedəcək?
 
- Nəzəri cəhətdən bu, belədir. İlk iki yeri onlar tutmalıdır. Amma praktikada bir qədər fərqli ola bilər. FİFA sıralamasında Bolqarıstan 72-ci, Azərbaycan isə 73-cüdür. Belə olan halda, favoritin məhz İtaliya və Xorvatiya olması normaldır.
 
- Bəzi futbolçularınız Azərbaycan millisinə aşağıdan yuxarı baxır. Siz də eyni fikirdəsiniz?
 
- Mən belə düşünmürəm. Əksinə, sabahkı oyunun favoriti Azərbaycandır. Çünki evdə, öz azarkeşləri qarşısında oynayırlar. Biz də oyuna yaxşı hazırlamışıq. Nəzərə alın ki, qonaq kimi də yaxşı oynayırıq.  
 
- Məğlubiyyəti ağlınızdan keçirirsinizmi?
 
- Hər komanda uduza bilər. Futbolda 3 nəticə var və onlardan biri qeydə alınacaq. Amma bir var, yaxşı oynayıb uduzasan, bir də var həvəssiz oynayasan. Həvəssiz şəkildə oynayıb uduzsaq, bundan narazı qalacam.
 
- Azərbaycanın hansı oyunlarını izləmisiniz və Rusiyaya məğlubiyyət haqda nə düşünürsünüz?
 
- Son 5-6 oyuna baxmışam. Bu, mənim işimdir. Ancaq Azərbaycanın sonuncu məğlubiyyəti haqda danışa bilmərəm. Bunu yalnız paltardəyişmə otağında, futbolçularıma deyə bilərəm. Hesab edirəm ki, Azərbaycan millisi aqressiv oynayır və gələcəkdə yaxşı nəticələr qazanacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail