Vüqar Nadirov: "Dnepr" qələbəsinin bu qədər şişirdilməsini istəmirəm" - MÜSAHİBƏ
Avropa Liqasının qrup mərhələsinin III turunda səfərdə Ukraynanın “Dnepr” klubu ilə qarşılaşan “Qarabağ” rəqibinə 0:1 hesabıyla qalib gələrək, tarixi zəfərə imza atdı.
Ağdam klubunun və milli komandanın oyunçusu Vüqar Nadirov Newsport.az saytına müsahibəsində Kiyev zəfərindən və “Dnepr”lə keçiriləcək cavab qarşılaşmasından danışd.
- Görüş haqda fikirlərini bilmək istərdik...
- Bizi Kiyevdə çətin bir oyun gözlədiyini bilirdik. Çünki rəqibimiz hazırda Ukrayna çempionatının lideridir. “Dnepr” son oyunlarda çox yaxşı təsir bağışlayır. Biz də buna uyğun hazırlaşmışdıq. Demək olar ki, Qurban müəllimin verdiyi tapşırıqların öhdəsindən gəldik. Rəqibin oyununa mane olmaqla istədiyimizi etdik. Səfərə qələbə üçün getmişdik və buna inanırdıq. Bu inamın sayəsində də qalib gəldik. Rəqibimizin kimliyindən asılı olmayaraq, oyundan əvvəl qələbəyə köklənirik. Çox sevinirik ki, çətin səfərdən üç xalla döndük.
- Azərbaycan futbolu üçün əhəmiyyətli bir qələbə oldu. Bu barədə siz necə düşünürsüz?
- Bilirsiz, mən bu qələbənin bu qədər şişirdilməsini istəmirəm. Mənim fikrimcə bu qələbəni, bu qədər şişirtmək düz deyil. Çünki bizim daha da önəmli oyunlarımız qabaqdadı. Həm Avroliqada, həm də çempionat oynunda. Bazar günü bizi “Xəzər Lənkaranla”ağır bir oyun gözləyir. Biz də qələbəni unudub, digər oyunlarımızı fikirləşməliyik.
- Bu qələbədən sonra qrupda ikinci yerə çıxdız. Bu yeri axıra qədər qoruyub saxlamaq çətin olmayacaq ki?
- Yenə deyirəm ki, bizi çox ağır oyunlar gözləyir. Biz qrupda neçənci yerdə olmağımızdan aslı olmayaraq, hər bir oyuna qələbə üçün çıxmalıyıq. Necə ki, indi belədi. Biz qrupdan çıxıb-çıxmamaqdan öncə, öz oynumuz haqda düşünməliyik.
- Zədən nə qədər ciddidir?
- Bu gün komandanın həkimi muayinə elədi. Heç bir ciddi problem yoxdur. Nə qırıq, nə çıxıq var. Oyunda isti halda aqrı hiss etmədim, amma zaman keçdikcə aqrılar oldu və əvəzlənməm də bu səbəbdən idi.
- “Xəzər Lənkaran”la oyunda səni heyətdə görə biləcəyik?
- Dediyim kimi, sağlıqımda heç bir problem yoxdu. Baş məşqçi şans versə, çıxıb oynayacam.
- Bu qələbədə Qurban Qurbanov amili nə qədər önəmlidir?
- Qurban məllim komanda üçün cox önəmlidir. Biz meydanda onun tapşırıqların yerinə yetiririk. Əlbəttə, qələbədə önəmli pay sahibidi. Qələbədə hər komandanın, hər bir üzvünün öz payı var. Rəhbərlikdən tutmuş, texniki heyyətə kimi.
- Bu sualı niyə verdim, milli komandanın bir üzvü kimi hal hazırda sükan arxasına keçməyə ən real namizəd Qurban Quranovdu. Sən bu barədə necə düşünürsən?
- Mən bu barədə danışmaq istəmirəm. Millinin oyunçusuyam, kim olsa, mənə ehtiyacı yaransa, gedib oynumu oynayacam, canla başla. Qurban Quranovun milliyə getməsin isə istəmirəm. O, komandada qalsa daha yaxşıdır.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |