Rəşad Sadıqov: “Bunlar Bakıda olsaydı, ya futbolçunu söyər, ya da təzyiq edərdilər”

17.08.2011 | 4083 dəfə oxunub

"Qarabağ"ın müdafiəçisi Rəşad Sadıqovun müsahibəsi:

- "Qarabağ" bu mövsüm bütün oyunlarını Quzanlıda oynamağa qərar verdi və "İnter"lə ilk matçınızı da orada keçirdiniz. Tribuna əhval-ruhiyyə, ab hava necə idi?

- Quzanlıda həmişə ab-hava yaxşı olur. Futbolçu üçün dolu tribunalar qarşısında oynamaq başqa hissdir. Həmişə istərdik ki, belə azarkeşlər qarşısında çıxış edək. Quzanlıda həmişə belə olur.

- Bakıda oynamaq daha rahatdır, yoxsa Quzanlıda?

- Sadəcə yol adamı bir az yorur. Ancaq həm futbol baxımından, həm də digər amilləri nəzərə alıb deyirəm ki, Quzanlıda oynamağın çox faydası var. Ağdam kimi yerdə futbol oynamaq daha yaxşıdır.

- Avrokubok oyunları ilə müqayisədə "Qarabağ" "İnter"lə görüşdə elə də yaxşı təsir bağışlamadı. Bu nə ilə əlaqədar idi?

- Avrokuboklardakı oyunlarla çempionat matçları arasında böyük fərq olur. Bu, normaldır. Çünki yerli klublar bizi daha yaxşı tanıyır və analiz edir. Ən əsası isə meydança amilidir. Çox təəssüf ki, Quzanlıdakı qazon çox pis vəziyyətdədir. Örtük pis olanda da texnikalı, atletik futbol oynayan komandayla mübarizə aparmaq çətin olur. Komandaların gücü bərabərləşir və üstün oyun göstəmək olmur. Ona görə də bu mühitə uyğunlaşıb, belə şəraitdə oymağa məcbur olursan.

- Yəqin ki, zədəli futbolçuların çoxluğu da komandanın oyununa mənfi təsir göstərdi.

- Əlbəttə, həm zədəli oyunçular, həm də isti hava şəraiti öz oyunumuzu göstərməyimizə mane oldu. Məncə, bu cür şərtlər daxilində qızıla bərabər 3 xal götürdük. "İnter"dən belə şəraitdə 3 xal almaq çox vacib idi.

- Quzanlı stadionunda bir qədər dağınıqlıq hiss olunurdu. Yəqin razılaşarsan ki, azarkeşlərin stadion daxilində rahat hərəkət etmələri, hətta texniki zonaya daxil olmaları bir qədər yaxşı hal deyil.

- Bu, həmişə olub. Tək bu gün olan problem deyil. Quzanlıdakı stadiounun girişi problemlidir. Azarkeşlərin texniki zonaya daxil olmaları birinci hissə ikinci yarı arasında baş verib. Su içmək üçün stadiondan çıxan azarkeşlər qayıdanda texniki zonadan keçdilər. Buna baxmayaraq, nə rəqib futbolçulardan birinə, nə də hakimlərə heç bir təzyiq olub. Bu isə bir daha Ağdam əhalisinin alicənablılığını, tərbiyəsini göstərir. Ancaq Bakıda hər hansı azarkeş texniki zonaya daxil olsaydı, ya futbolçunu söyərdi, ya da təzyiq edərdi. Ən əsası da oyun istədiyi kimi getməyəndə. Ancaq ağdamlı azarkeşlər sakitcə texniki zonadan keçib, yerlərində oturdular və oyunu izləməyə davam etdilər.

- Ancaq ən azından bunun qarşısı alınmalıdır.

- Əlbəttə, qarşısı alınmalıdır.

- Heyətdə zədəli futbolçuların çoxluğu komandaya öz oyununu göstərməyə problem yaradır. Qurban Qurbanov da açıqlamasında bu məsələyə toxunub. Hətta baş məşqçi yeni tarnsferlər etməyin vacibliyini də vurğulayıb. Sən necə düşünürsən, "Qarabağ"a yeni oyunçu lazımdır?

- Mütləq yeni oyunçular alınmalıdır. 5 futbolçumuz zədələnib. Keçən oyunda iştirak ərizəsində 15 futbolçumuz var idi. Biri də zədələndi. Bu dəfə 14 futbolçunun adı iştirak ərizəsinə daxil ediləcək. Düzdür, mübarizə aparacağıq. Ancaq yeni transferlər lazımdır. Vaxta az qalıb. Nə isə eləmək lazımdır. Lakin legioner futbolçu istəmirik.

- Səncə, zədə problemlərini nəzərə alıb, transferləri daha tez eləmək olmazdı? Çünki vaxt da az qalıb. Qısa zaman kəsiyində isə yaxşı futbolçu tapmaq çətin məsələdir.

- Bundan əvvəl də komandanın başı avrokuboklara qarışmışdı. Vaxt olmur ki, transfer fikirləşəsən, istirahət edəsən. Avrokuboklara tez başlamağımız komandanın bütün planlarını pozur.

- Növbəti turda Gəncədə "Kəpəz"in qonağı olacaqsınız. Bu oyun barədə nə düşünürsən?

- Mən deyərdim ki, bizi "Kəpəz"lə çox ağır oyun gözləyir. Gəncədə oynamaq həmişə çətin olub. Zaur Həşimov da yoxdur. Artıq heyətdə 3 müdafiəçi qalıb. Gərək yarımmüdafiəçilərdən biri müdafiəyə çəkilsin. Ancaq bütün gücümüzlə mübarizə aparıb, qələbə qazanmağa çalışacağıq. Ancaq yenə deyirəm, bizi Gəncədə ciddi problem gözləyir.

Qol.Az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail