Ağasəlim Mircavadov: "Əsgər Abdullayevin taktiki gedişi qısa zamanda bəhrəsini verdi"

17.08.2011 | 4911 dəfə oxunub

Hazırda işsiz olan məşqçi Ağasəlim Mircavadovdan müsahibəsi: 

- Öncə ilk iki turu dəyərləndirərdiniz...

- Düzünü desəm, çox oyunları tam olaraq izləməmişəm. Bəzi oyunları canlı, digərlərinə isə fraqmentlərdən baxmışam. Mən deyərdim ki, əvvəlki çempionatlara baxanda indiki çempionat nəsə soyuq keçir. Ola bilər klublarımız Avropa Liqasından uğursuz çıxış etdilər. Bəlkə bütün soyuqluqlar bundan irəli gəlir. Azarkeşlər də stadiona gəlmək istəmirlər. Əlbəttə ki, bu da komandaların göstərdiyi oyunlardan asılıdır. Lənkəran və Tovuz stadionlarında hər zaman azarkeşlər olub. Ümumiyyətlə, bölgə klublarımız azarkeş sarıdan heç vaxt əziyyət çəkməyib. Bu mənada hər zaman paytaxt klubları problem yaşayırlar. Açığını desəm, stadionda azarkeşlər üçün uyğun şərait də yoxdur. Oyun saat 6-da keçirilir. Bu vaxtlarda hava çox isti olur. Oyunu izləməyə gələn azarkeşlər də otura bilmirlər. Gərək bunları da nəzərə alsınlar. Əgər biz futbolumuzun irəlidə olmasını, Avropada olmasını istəyiriksə hər şeydən əvvəl stadionlara fikir verməliyik. Əsasən də ot örtüyünə diqqəti yönətlmək lazımdır. Ölkə çempionatının oyunlarına baxdım, "Qəbələ"nin meydançalarını çıxmaq şərtilə digər meydançaların ot örtükləri bərbad vəziyyətdədir. Həmişə Tofiq Bəhrəmovun ot örtüyü normal olub. O da ki, Akif müəllimin sayəsində. İşgüzar insandır və meydançanın ot örtüyünü yüksək səviyyədə saxlayır. Qalan meydançalar bərbad vəziyyətdədir. İlk turda keçirilən "Qəbələ" - "Bakı" oyununa telekanal vasitəsilə izlədim. İnanın mən özüm həzz aldım. Meydança yüksək səviyyədə idi.

- Bəs oyunu necə bəyəndinizmi?

- Oyun gərgin keçdi. Mən sizə deyərdim ki, həm "Qəbələ", həm də "Bakı" klubu öz oyununu axtarırdı. "Bakı" çempion olan vaxtında çox gözəl oyunları olub. Di gəl ki, tez-tez məşqçi dəyişikliyi onlarda bu stabilliyi qoruyub saxlamağa  mane olur. Hər dəfə gələn yeni məşqçi futbolçuya öz taktikasını aşılamağa çalışır. Açığını deyim, "Bakı" baxımlı futbolu sərgiləyə bilmir.

- Ötən mövsüm baxımlı oyun sərgiləyən Uinston Parks "Bakı"da istənilən oyunu sərgiləyə bilmir. Sizcə bunun səbəbi nədədir?

- O vaxtı mən Emeka Oparanı  "Xəzər Lənkəran"a dəvət edəndə mən ona nə lazım olduğunu bilirdim. Yəni Oparaya cinah ötürmələri lazımdır. Həmin ötürmələr gəlməlidir ki, o, da qol vursun. Yəni bütün bunları Parksa da aid etmək olar. O, da cinah futbolçuları olan zaman çox gözəl oynayır. Parksın oyunu cinahlardan asılıdır. Əgər "Bakı" iki mərkəz hücumçusu ilə oynayırsa Parks üçün ağır olacaq. Elə oyunçular var ki, komanda yoldaşlarının oyunundan asılıdır. Bəzi futbolçular da, özü üçün qol vəziyyəti yaradır. Ancaq Parks asılı oyunçudur. Onun yanından iki hücumameyilli futbolçu olanda Parks əla oynayır.

- İki tur ərzində hansısa klubun oyun planında yüksəlişin şahidi oldunuzmu?

- Düzünü desəm elə bir yüskəlişin şahidi olmamışam. Demək olar ki, klublarımızın hamısı oyun axtarışındadır. İki klubu çıxmaq şərtilə qalanları təlim-məşq toplanışından gəliblər. Yəni həmin toplanış zamanı futbolçu da alıblar, taktiki gedişlər üzərində də işləyiblər. Bu səbəbdən ilk turlarda gərginlik, çətinlik olmalıdır. Bəli, ilk turlar hər zaman ağır olur. Amma bunlar ola-ola, klubda keyfiyyətli futbolçular varsa, onlar üçün ilk turlar da asan olur, çıxıb öz oyunlarını oynayırlar. Futbolu sevərək oynamaq lazımdır. Həvəslə, azarkeşlər və özü üçün baxımlı oyun sərgiləməlidirlər. Öz oyunundan həzz almalıdır, sıxıntı olmamalıdır. Ancaq görürəm ki, əksər klublarda sıxıntılar var. Futbolçular nədənsə əziyyət çəkir, təzyiq altında oynayır.  "Turan"ın ikinci turda vurduğu qola baxdım, çox xoşum gəldi. Əsgər Abdullayevin qısa zamanda hazırladığı taktiki gediş öz bəhrəsini verdi. Əfsuslar olsun ki, bir çox klublarımızda biz bunu görmürük. Əvvəllər Azərbaycan futbolunun öz dəsti xətti var idi, yerli məşqçilər çoxluq təşkil edirdi. İnanın mənə o zaman baxımlı oyun var idi. İndisə hərəkət çoxdur, oyun yoxdur. Axı hər klubun öz oyun üslubu olmalıdır. Klublarımız Azərbaycan futbolunun dəsti-xəttini yaddan çıxarmamalıdırlar. Amma nədənsə  Azərbaycan futbolunun qayda-qanunu yaddan çıxardırlar. İndi klublarımıza hansı ölkənin məşqçisi gəlirsə, elə həmin ölkənin futbolunu aşılamağa çalışır. Amma belə olmalı deyil.

- Ölkə çempionatı start götürməmişdən AZAL və "Neftçi"də baş məşqçi dəyişikliyi oldu. Həmin dəyişiklərə münasibətiniz...

- Nə deyim? Burada hansısa bir fikir yürüdə bilmərəm. Bu klubun daxili işidir. Gedənlər sözüm odur ki, sakit olsunlar, bu futboldur, bu cür hadisələrin olacaqlarının bilirdilər. Elxan Abdulllayev və Böyükağa Hacıyevə də uğurlar arzulayıram. Klubdaxili işlərə qarışmağa səlahiyyətim yoxdur və hər bir mədəni insan da öz vəzifəsini bilməlidir. Sadəcə olaraq bu dəyişikliklərin nə qədər düzgün olub-olmadığını çempionat ərzində görəcəyik.

- Hansı klubları çempionluğa iddialı görürsününüz?

- İndidən bu barədə nəsə söyləmək tezdir. Hələ komandalar sürət götürməyiblər. Sentyabr ayından sürət götürüləcək və qızğın oyunlar başlayacaq. İndinin özündə də hansı komanda çox xal yığılıbsa, onun iddiası da böyükdür. Elə klublarımız da var ki, əvvəlcədən iddialı idilər, indi isə xalları azdır. Həmin klublar üçün ağır olacaq. Bir-iki oyun da uduzandan sonra nəinki çempionluq mübarizəsindən, hətta ilk "altılığ"a düşməyi özlərindən uzaqlaşdıra bilərlər.

- Bildiyiniz kimi, ötən mövsüm əsas tənqid obyektlərindən biri hakimlər oldu. Cari mövsüm iki turun geridə qalmasına baxmayaraq,  artıq indidən hakim qalmqalalları başlayıb..

- Hakim də insandır, səhv etməyə haqqı var. İki cür səhv var-qərəzli və qərəzsiz. Hakimlər çox dəqiq olmalıdırlar. Hakimin bir səhv qərarından, komandaların bir aylıq, bir mövsümlük əməyi hədər gedir. İndi qalmaqal olub, bu həmişə olacaq. Sadəcə olaraq çalışmaq lazımdır ki, qalmaqal az olsun. Hakimlər əsasən oyundakənar və cərimə meydançası içindəki vəziyyətlərə diqqət ayırmalıdırlar. Hakimin fiziki göstəricisi yaxşı olmalıdır ki, hadisənin içində olsun. Əsasən də ağır səhvlərə yol verməməlidirlər

- Sonda bilmək istəyərdim ki, Ağasəlim Mircavadovun 2011-2012 mövsüm ölkə çempionatından hansı gözləntiləriniz var?

- Mən stadiona daxil olanda birinci tribunalara baxıram. Əgər azarkeşlər varsa, deməli oyun baxımlıdır və azarkeşlər də gəlib. Arzum budur ki, azarkeşlər oyunlara gəlsin. Onların gəlməyi, futbolçulara, klub rəhbərlərinə, ən əsası da məşqçilər korpusuna böyük dəstəkdir. Azarkeş sayı artarsa, komandaların oyun keyfiyyəti də artacaq. Biz hər zaman inkişafdan danışırıq. Bunun üçün klublarımız yerli futbolçulara önəm verməlidir. Klublarımızdaki xarici oyunçuların da keyfiyyəti qoy yüksək olsun ki, yerli gənclər onlardan nəsə öyrənsinlər.

premyerliqa.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail