Prosineçki: "Final mərhələsinə yüksəlmək barədə danışmaq belə gülünc olar"

07.06.2015 | 3187 dəfə oxunub

Milli komandamız seçmə mərhələdə növbəti oyununu keçirməyə hazırlaşır.


Komandamızın baş məşqçisi Robert Proseineçki Xorvatiya mətbuatına Norveç ilə səfərdə keçiriləcək oyun haqqında müsahibə verib. İddialı açıqlamalar verən Prosineçki millinin Avro2016-ya vəsiqə qazanmasının gülünc olduğunu söyləyib.


- Azərbaycanda sizdən nə gözləyirlər? Norveçlə oyun öncəsi ab-hava necədi?

- Ardıcıl 4 oyunda məğlub olmuş yığmadan nə gözləmək olar ki!? Final mərhələsinə yüksəlmək barədə danışmaq belə gülünc olar. Məqsədimiz Rusiyada keçiriləcək DÇ-2018 və bir neçə oyunun Azərbaycanda təşkil olunacağı AÇ-2020-yə vəsiqə uğrunda mübarizə aparmaqdı. Onlar Avropanın aparıcı ölkələri ilə eyni sıralarda dayanmaq istəyirlər. Əlbəttə, başa düşürlər ki, bu, olduqca müşkül məsələdi. Lakin baxımlı futbol sərgiləməyə çox meyllidirlər. Yaxşı infrastruktura sahibdirlər, pulları var, ölkənin varlı insanları bu idman növünə yatırımlar edirlər.


- Sizcə, qrupda 1-ci yerə kimin şansı daha çoxdu, italyanların, yoxsa Xorvatiyanın?

- Demək olar əminəm ki, Xorvatiya qrup qalibi olacaq. İtaliya da yolunu davam edəcək, amma 2-ci yerlə. Üçüncülük uğrunda Norveç və Bolqarıstan mübarizə apracaqlar. Doğrudu, Malta üzərində qazanılan qələbədən sonra biz də iştaha gəlmişik. Ancaq həqiqətin gözünün içinə baxmaq lazımdı. Çox da zilə çıxmayaq. Hərçənd, əminəm ki, Osloda olduqca baxımlı futbol sərgiləyəcəyik. Demirəm ki, qalib gələcəyik, amma nələrsə edəcəyimizi çox arzulayıram.


- Serbiya ilə yoxlama oyunu bütövlükdə Oslodakı görüşə həsr olunacaq?

- Özümüzdən daha güclü rəqiblə qarşılaşmağı istəyirdim. Açığı, Avropa elitasında Serbiyanın nəzərəçarpacaq uğurlarının olmamasına təəccüblənirəm. Bizim üçün məsul görüş öncəsi olduqca yaxşı sınaqçı-rəqibdi. Hərçənd, bilirəm ki, serblər bizlə oyuna yalnız yüksək əhval-ruhiyyə qazanmaq üçün razılıq veriblər.


- Bakını necə xarakterizə edərdiniz?

- Madriddə bu çeşiddə bahalı avtomobilə rast gəlməmişdim. “Rolls-Roys”, “Bentli”, “Lamborcini”, “Ferrari”... Azərbaycanda yaxşı avtomobilə sahib olmaq çox vacibdi.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail