Elxan Məmmədov: "Bizim yığmamız yeganə komandadı ki, bir legioneri də yoxdu"

12.06.2015 | 3629 dəfə oxunub

AFFA-nın baş katibi Elxan Məmmədovun Norveçdə jurnalistlərə müsahibəsini təqdim edirik:

- Mətbuat konfransında həm baş məşqçi, həm də futbolçular yetərincə iddialı açıqlamalar verdilər. Bu, inam üçün əsas verirmi?

- Bəli. Çünki seçmə mərhələnin son oyununda millimiz Bakıda inamlı oynadı və Maltanı məğlub edərək 3 xal qazandı. Komandamız matça tam hazırdı. İnanıram ki, 3 xal əldə edəcəyik.

- Serbiya ilə görüşdə standart vəziyyətdən qol buraxdıq. Norveç də atletik futbol nümayiş etdirir. Bütün bunları nəzərə alsaq, komandamız yaxşı nəticəyə ümid edə bilərmi?

- Yoxlama oyunu vacib olsa da, nəticəsi önəmli deyil. Belə görüşlərdə məşqçi futbolçuları sınaqdan keçirir. Nəticədə müvafiq qərar qəbul edir və münasib heyəti qurur. Təbii, komandamızın həmişə qalib gəlməsini istəyirik. Lakin rəsmi oyunda nəticə daha vacibdi. Serblərə məğlub olsaq da, Norveçlə görüşdə yaxşı nəticə qazana bilərik.

- Qələbə qazanmaq üçün ilk növbədə qol vurmaq lazımdı. Elxan Məmmədov Norveçlə görüşdə konkret hansı futbolçudan qol gözləyir?

- Son oyunlarda qol vurduğunu nəzərə alsaq, ilk növbədə Dmitri Nazarovun adını çəkə bilərəm. Bundan əlavə, Malta ilə matçda gözəl qol vuran Cavid Hüseynovu da qeyd edərdim. Amma digərlərinin də qol vurmasını istərdim.

- Bu gün Avropa Oyunlarının açılış mərasimi olacaq. Norveçlə matçın bu tədbirlə eyni günə düşməsi müsbət haldı, ya mənfi?

- Bizim üçün mənfidi. Çox istərdik ki, oyunu fərqli tarixdə keçirək. Amma təqvim öncədən müəyyənləşmişdi. Əvvəlki seçmə mərhələlərdə günü dəyişməklə bağlı danışığa icazə verirdilər. Ancaq indi elə deyil. Həm Norveç, həm də biz yoxlama oyunları keçirmək üçün başqa komandalarla danışıqlar aparırdıq. Təəssüf ki, qarşılaşma iyunun 12-nə təsadüf etdi. Bu tarixdə ölkəmizdə olmağı çox istərdik. Çalışacağıq ki, heç olmasa, televiziya vasitəsilə açılış mərasimini izləyək. Yığmamız adından Avropa Oyunlarında iştirak edəcək bütün idmançılarımıza uğurlar arzulayıram.

- Norveçlə görüşdə millini nə qədər azarkeş dəstəkləyəcək?

- AFFA 300 bilet alıb və həmyerlilərimizə paylayıb. Bu azarkeşlər Norveç və ona qonşu olan ölkələrdən gələcəklər. Burda fəaliyyət göstərən səfirlik və Azərbaycan Mədəniyyət Evi ilə əlaqə saxladıq, onların vasitəsilə 300 bileti payladıq.

- Biz Norveçi necə təəccübləndirə bilərik?

- Rəqib güclü komandadı. Son yoxlama matçında sürətli oyun nümayiş etdirdilər. Onların üstünlüyü sürətlərindədi. Biz isə texniki imkanlarımıza güvənirik.

- Bu yaxınlarda futbolun inkişafına dair növbəti proqramı hazırlamısız. Bu proqramın detalları haqda fikirləriniz maraqlıdı...

- Proqramda dövlət dəstəyi əksini tapıb. Artıq müvafiq dövlət strukturları ilə danışıqlar gedir. Onların tövsiyələri də nəzərə alınıb. Bəzi dəyişikliklər edilib. Proqram təsdiqlənmədiyi üçün detalları açıqlamaq istəmirəm.

- Qazaxıstan mətbuatı yığmaları ilə millimizin yoxlama oyunu keçirəcəyini yazmışdı. Bu xəbər həqiqəti əks etdirirmi?

- Bu ayın əvvəlində Qazaxıstan Futbol Federasiyasından Almatıda yoxlama oyunu keçirmək təklifi aldıq. Təklif bizim planımıza uyğun deyildi. Avrokuboklarda iştirak edən klublarımızın hazırlıq prosesinə xələl gətirməmək üçün bu təkliflə razılaşmadıq. Yəqin ki, gələn il qazaxlarla yoxlama oyunu keçirəcəyik.

 

- Avqustda yoxlama oyunu ilə bağlı hansı variantlar var?

- Danışıqlar gedir. Bildiyiniz kimi, sentyabrda 2 seçmə mərhələ matçına çıxacağıq. Həm evdə, həm də səfərdə oynayacağıq. Bu səbəbdən avqustdakı yoxlama matçının evdə və ya səfərdə keçirilməsinin böyük fərqi yoxdu. Yaxşı rəqiblə anlaşsaq, səfərdə də oynamaq olar.

- Avropa Oyunlarında çimərlik yığmamızdan nə gözləyirsiz?

- Komanda 3 ildi bu yarışa hazırlaşır. Avropa Oyunlarında qitənin ən güclü milliləri çıxış edəcəklər. Bizim yığmamız yeganə komandadı ki, bir legioneri də yoxdu. Əcnəbi yalnız baş məşqçimizdi. 2009-cu ildə bu növün inkişafına başladıq. Braziliyalı mütəxəssislə anlaşmamız Bakı-2015-ə qədərdi. Bu yarışda uğurlu nəticə qazansaq, onunla birgə yolumuza davam edəcəyik. Hədəf isə minimum 3-cü yeri tutmaqdı. Hərçənd bu heç də asan olmayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail