Slavço Georgiyevski: " Biz öz səviyyəmizi göstərməliyik"

27.06.2015 | 3287 dəfə oxunub

"İnter"in yarımmüdafiəçisi Slavço Georgiyevskinin müsahibəsini təqdim edirik:

- "Qəbələ"yə qarşı yoxlama oyunu barədə nə deyə bilərsiniz?
- İlk oyunumuzu keçirməyimizə baxmayaraq, komanda pis təsir bağışlamadı. Heyətimiz hələ tam komplektləşməyib. Çox çalışmağımız lazımdır. Yeni futbolçuların komandaya uyğunlaşması lazımdır. Fikrimcə, hər şey zamanla yaxşı olacaq.

- Amma bunun üçün elə də çox vaxtınız yoxdur. Çünki növbəti həftə sizi Avropa Liqası çərçivəsində Albaniyanın "Laçi" klubu ilə ilk oyun gözləyir...
- Hazır olmalıyıq. Avrokubokların startı ərəfəsində biz daha bir yoxlama görüşü keçirəcəyik. Hər şey yaxşı olacaq. Buna görə narahat deyilik. "Qəbələ" ilə oyun da göstərdi ki, hər şey yaxşı olacaq.

- "Laçi" barədə nə bilirsiniz?
- Tədricən informasiya toplayırıq. Yaxşı və möhkəm komandadır. Güclü ifaçıları var.

- Şanslar necədir?
- Bizim öz hədəflərimiz var. Rəqibə hörmət edirik, amma özümüzə də. Bu üzdən də bir hədəfimiz var - qələbə qazanmaq.

- "İnter"i favorit saymaq olar?
- Gəlin favorit axtarmayaq. Biz öz səviyyəmizi göstərməliyik. Asan olmayacaq. Amma yaxşı futbolçularımız var. Yeganə çatışmazlığımız gec toplaşmağımızdır. Lakin bu da uğursuz çıxış etməyimizə bəhanə olmamalıdır.

- Yəqin ki, "Neftçi"nin Albaniyanın "Şkenderbeu" klubuna məğlubiyyətini unutmamısınız. "İnter"in də oxşar uğursuzluqla üzləşəcəyindən qorxmursunuz?
- Biz "Laçi"yə zəif rəqib gözü ilə baxmırıq. Şanslar bərabərdir.

- Komanda nə dərəcədə güclənə bilib?
- "İnter" transfer bazarında yaxşı iş gördü. Rauf Əliyev, Yuri Fomenko, Mirhüseyn Seyidov, Denis Silva və digər yeni futbolçularımız çox ciddi transferlərdir. Bundan sonra yalnız meydanda anlaşma səviyyəsini yaxşılaşdırmaq qalır.

- "Laçi" səddini keçə bilməmək faciə olacaq?
- Əlbəttə, faciə olacaq. Son illərdə biz öz səviyyəmizi yüksəyə qaldıra bilmişik. İndi həmin səviyyənin aşağı enməsinə imkan verməməliyik. İlk mərhələni keçmək lazımdır. (azerisport)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail