Böyükağa Hacıyev: "İlk görüşün nəticəsini düz demişəm" - MÜSAHİBƏ
"Neftçi"nin sabiq baş məşqçisi Böyükağa Hacıyevin müsahibəsini təqdim edirik:
- Siz əvvəldən demişdiniz ki, "Neftçi" evdə "Mladost"la heç-heçə oynayacaq. Cavab görüşündə necə olacağını da təxmin etmək olar?
- İlk görüşün nəticəsini düz demişəm. Sözün düzü rəqibin bu qədər zəif oynayacağını gözləməzdim. "Neftçi" daha yaxşı təsir bağışladı. Sadəcə, "Neftçi" əvvəlki komanda deyil. 2:2 hesabı hər iki komandanın şansını saxlayır. İndi baş məşqçi Samir Əliyev komandanı toplamalıdır və cavab görüşü üçün düzgün taktika fikirləşməlidir. Cavab görüşündə Kaue iştirak edəcək. "Neftçi" yaxşı oynasa, ilk mərhələni keçə bilər.
- Deməli "Neftçi"nin oyunundan razı qalmısınız?
- Oyundan baş məşqçi razı qalmalıdır. Azarkeşlər isə nəticədən məmnun olmalıdır. Sadəcə, onu deyə bilərəm ki, "Mladost" güclü rəqib deyil. Bu mərhələni keçmək lazımdır.
- "İnter"dən səfərdə belə oyun gözləyirdiniz?
- "Bankirlər" ənənəsinə sadiq qaldı. Səfərdə 1:1 hesabı yaxşı nəticədir. Amma bu o demək deyil ki, "İnter" artıq ikinci mərhələdədir. "Laçi" pis komanda təsiri bağışlamadı. Heyətdə futbol oynamağı bacaran oyunçular var. "İnter" cavab görüşündə mütləq diqqətli olmalıdır. Əks halda mübarizəni dayandıra bilər. Ötən mövsümdə də "bankirlər" ev oyunlarında o qədər inamlı olmurdu. Bu mənada fikrimcə, şanslar bərabərdir.
- Gürcüstanda "Qəbələ" azlıqda qalan rəqiblə bacarmadı və 1:2 hesabıyla uduzdu. Sizcə, cavab görüşündə "Qəbələ" lazımi nəticəni qazanmaq gücündədir?
- Qriqorçuk xoşbəxt məşqçilərdəndir. İndiki zamanda onun dediyinə əməl edirlər. Yəni transferləri deyirəm. İstədikləri futbolçu alınır. Buna görə də oyun olmalıdır. Təəssüf ki, "Qəbələ"nin oyunu məni məyus etdi. Azlıqda qalan rəqibə uduzmağı qəbul etmək çətindir. Futbolçuların bəziləri maksimum gücünü göstərmədi. "Dinamo" "Qəbələ"ni daha yaxşı öyrənmişdi. Qriqorçuk cavab oyununa hazır olmalıdır. Bu heyətlə mütləq ilk mərhələni keçmək lazımdır.
- Amma ilk oyunun nəticəsi "Dinamo"nun şanslarını artırır...
- Tiflis komandasında gənc futbolçular çoxluq təşkil edirdi. Yaxşı formalaşan heyətləri var. "Qəbələ"yə qarşı göstərilən oyun o qədər inamlı deyildi. Müəyyən mənada təmsilçimiz müdafiədə səhvlər etdi. Ona görə cavab görüşündə həmin səhvlər düzəldilməlidir. Azərbaycan çempionatında medal qazanmaqla iş bitmir. Avrokuboklarda da layiqli oynamaq lazımdır.
- Gürcü azarkeşlərinin etdiklərini hərəkətdən yəqin xəbəriniz var. "Neftçi"də işlədiyiniz zaman "Çixura" ilə oyunda da buna oxşar banner asmışdılar...
- Gürcü azarkeşlərini başa düşmək çətindir. Bizimlə dost olduqlarını deyirlər, digər tərəfdən belə hərəkətlər nümayiş etdirir. Azərbaycan Gürcüstana hər zaman dost kimi münasibət bəsləyib. Onlardan eyni hərəkəti gözləyirik. Bəlkə də o gürcü deyil, orada yaşayan ermənilərin təxribatıdır. İstənilən halda meydan sahibi kimi Gürcüstan komandası rəsmi şəkildə üzr istəməlidir. Belə halları təkrarlamaq olmaz.
- Sizcə, "Qəbələ" azarkeşləri iyulun 9-da onlara cavab verməlidir?
- Gəlin təxribata getməyək. Azarkeşlərinin etdikləri hərəkətə görə "Dinamo" üzr istəsin. Edilən hərəkətə görə isə azarkeşlər yox, komanda cavab versin. Ən gözəl cavab "Qəbələ"nin böyükhesablı qələbəsi olar. Qoy Qriqorçukun komandası meydana çıxaraq kişi kimi oynasın və qalib gəlsin. Sonra görək onların azarkeşi nə edəcək. (azerisport)
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |