AFFA "İnter"ə maliyyə yarıdımı edəcək? - MÜSAHİBƏ

09.07.2015 | 4156 dəfə oxunub

Bakının "İnter" klubunun prezidenti Georgi Nikolovun müsahibəsini təqdim edirik:

- Albaniya "Laçi"si ilə Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçirəcəyiniz cavab görüşünə hazırlıqlar necə gedir?

- Hazırlıqlarımız normaldır. Klubdakı sıxıntılara rəğmən, futbolçularımız Albaniyada əzmkar mübarizə apararaq, 1:1 hesablı heç-heçəyə nail olublar. Bu nəticə cavab oyunu üçün əlverişlidir. Amma arxayınlaşmaq olmaz. İnanıram ki, ötən iki mövsümdə olduğu kimi, yenə ilk mərhələni uğurla dəf edəcək. Hazırda əsas məqsədimiz bu mərhələni adlamaqdır.

- Albaniyadakı oyuna getməməyiniz müəyyən söz-söhbətlərə yol açıb. Bunu "İnter"in baş sponsoru Azərbaycan Beynəlxalq Bankı ətrafındakı araşdırmalarla bağlı ölkədən çıxışınıza qadağa qoyulması ilə əlaqələndirənlər də var...

- Bunların hamısı boş söhbətlərdir. Bakıda klubun gələcək taleyi ilə bağlı məsələləri həll etmək üçün qalmışdım. Bu mərhələni keçsək, növbəti rəqiblə görüşə yollanacağam. O zaman ölkədən çıxışıma qadağa qoyulub-qoyulmadığını hər kəs görəcək.

- Yeri gəlmişkən, klubun taleyi ilə bağlı nə yeniliklər var?

- Hələlik qeyri-müəyyənlik davam edir. Sponsorlarımızdan cavab gözləyirik. Daxili imkanlar hesabına komanda saxlamaq qeyri-mümkündür. AFFA-dan deyiblər ki, növbəti müddətə "Azərbaycan Futbolunun İnkişafına dair" Dövlət Proqramı hazırlanır. Həmin proqramda klublara maddi yardım da nəzərdə tutulub.

- Maddi problemlərə baxmayaraq, transfer bazarında xeyli aktivsiniz. Bu 
qədər futbolçu "İnter"ə hansı şərtlərlə keçməyə razı olur?


- Onlar bizdən heç bir əmək haqqı istəməyiblər, sözümüzə etibar ediblər. Futbolçulara demişik ki, hazırda vəziyyət qeyri-müəyyəndir, amma düzələcəyinə ümidlər var. Hər biri ilə yarım illik müqavilə bağlamışıq. Onlar da bizim kimi klubun gələcəyinə inanırlar.

- Transfer çalışmalarını yekunlaşdırmısınız?

- Baş məşqçi Zaur Svanadze komplektləşmənin hələ yekunlaşmadığını bildirib. Müdafiəçi və hücumçuya ehtiyacımız var. Hazırda bununla bağlı işləri yekunlaşdırmaq üzrəyik. Növbəti mərhələyə keçsək, yeni oyunçularımızın da xidmətindən yararlanacağıq.

- Klubunuza 4 milyon 250 min manata satılan "İnter Arena"nın ödənişini tam həyata keçirmisiniz?

- Bəli. "İnter Arena"nın klubumuza məxsus olmasını təsdiqləyən bütün sənədlər əlimizdədir. Ödənişi isə ötən ilin payızında tam həyata keçirmişik. Stadionun pulu AFFA-ya qəpiyinədək ödənilib. (report)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail