Rauf Əliyev: "14 gün ərzində böyük iş görmək olmaz" - MÜSAHİBƏ

10.07.2015 | 3124 dəfə oxunub

Avropa Liqasında ikinci tura yüksələn “İnter”inin futbolçusu Rauf Əliyev “Laçi” Bakıda baş tutan cavab oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Qeydə alınan heç-heçə ilə mərhələni keçən tərəf oldunuz. Qarşılaşma haqda nə deyə bilərsən?

- Maraqlı oyun oldu. Səfərdə vurulan qol sayəsində mərhələni keçdik. Avropa Liqasında bir mərhələ keçməyimiz bizim üçün böyük uğurdur. Çünki  cəmi 14 gündür bir yerdə məşq edirik. Uşaqlar çox istəkli idi. Komandamız meydançada canını qoyurdu.

- Ancaq oyun yox idi...

- Razıyam. Bunun da səbəbi odur ki, komandamız yenicə qurulub. 14 gün ərzində böyük iş görmək olmaz. Br həftə taktiki, bir həftə isə fiziki hazırlıq keçmişik. Buna görə də mərhələ adlamağımızı əla nətcə hesab edirəm.

- “İnter”ə gələndə avrokuboklardan sonra komandanı tərk edə biləcəyini demişdin. İndi fikrin nədir?

- Hazırda fikrim “İnter”dədir. Burdakı vəziyyətdən razıyam. Hər şey normaldır. Bəlkə də burda hər şey daha yaxşı alınacaq.

- Növbəti mərhələdə İslandiyanın "Hafnarfyordur” klubu ilə qarşılaşacaqsınız. Rəqib haqda nə bilirsən?

- Bu komanda bizə tanışdır. “Neftçi” vaxtilə onları keçə bilib. Avrokuboklarda oynamış komandadır. Hər halda II təsnifat mərhələsinə vəsiqə qazanıbsa, deməli, “Laçi”dən güclüdür.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail