Samir Əliyev: "Çatışmayan cəhətlərimiz çoxdur"

05.08.2015 | 5469 dəfə oxunub

"Neftçi”nin baş məşqçisi Samir Əliyev Goal.az saytına müsahibə verib. Əliyev müsahibəsində komandanın Türkiyədə keçdiyi təlim-məşq toplanışından, baş tutan oyunlardan, hazırlığın ümumi vəziyyətindən danışıb. Samir müəllim həm də qarşılarına qoyulan məqsədlər barədə də məlumat verib.


- Komandanın təlim məşq toplanışını necə qiymətləndirirsiz?

- 10 gün keçirdiyimiz hazırlıq prosesi çərçivəsində 3 yoxlama oyunu keçirdik. Baş məşqçi olaraq bütün futbolçularımdan razı qaldım. Biz onlara güvənirik ki, bu komandadadırlar. Hamısı əzm və istəklə çalışdılar. Keçirdiyimiz 3 yoxlama oyununda çalışdıq ki, güclü komandalara qarşı oynayaq. Güclü rəqiblərlə oyunlarda zəif yerlərimizi müəyyənləşdirib onlar üzərində işləməyə başladıq. Biz indi "Neftçi”də yeni sistem tətbiq edirik. Komandanın da bu oyun üslubuna uyğunlaşmasına zaman lazmdır. Çalışdıq ki, hazırlıq prosesində bunları başa vuraq. Amma nəzərə də almaq lazımdır ki, nə qədər yoxlama oyunu keçirsək də, rəsmi oyunlar başqadır. Hazırlıq oyununda çox güclü komandaya qarşı yaxşı oynaya bilərsən, amma bir də görürsən çempionatda zəif komandaya qarşı oyun alınmır. Çalışdıq ki, yeni sistemimizi təkmilləşdirək. "Alanyaspor”, "Əl-Fasali” və "Antalyaspor”la oyunlarda yaxşı təsir bağışladı komanda. Sevindirici haldır ki, bu görüşlərdə məğlub olmadıq. Ümumi götürəndə razı qaldım. Şərait də yüksək səviyyədə idi. Oteldə qalmaqdan tutmuş, meydançaların səviyyəsi və qidalanmağa qədər.

- Çatışmayan nələr var indi komandada?

- Çatışmayan cəhətlərimiz çoxdur. İndi bunları mətbuata açıqlamağım da düzgün çıxmaz. Əsas odur ki, yaxşı cəhətlərimizi də öyrənmişik, çatışmayanları da müəyyənləşdirmişik. Çalışırıq ki, bunlar üzərində işləyək və daha yaxşı səviyyəyə gələk. Şalışacağıq ki, çempionat oyunlarda səhvlər etməyək. Nə qədər yaxşı komanda olsa belə yenə səhv edir. Amma əminəm ki, vaxt keçdikcə daha da yaxşı oynayacağıq və komanda daim yüksəlişdə olacaq. Əsas məsələ odur ki, komanda üzvləri yeni sistemdə oynamağa öyrəşirlər.

- Komanda tam hazırdımı çempionata?

- Bunu ilk oyunlardan sonra görəcəyik. Ancaq bütün komandalar üçün eyni hal var, ilk turlar həmişə çətin olur. Nə qədər hazıqlıq keçsən də, ilk turlarda ideal sıviyyədə olmaq mümkün deyil.

- Yoxlama oyunlarda istədiyinizi komandadan ala bildiz?

- Sevindirici məqamdır ki, hər oyunda qol vurduq və son matçımızda top buraxmadıq. Ən çox bu məqamlar məni sevindirir. Komanda qol buraxmadıqca daha yaxşı oynamağa başlayır. Məsələn, "Mladost”la oyunlarda yaradılan o qədər qol vəziyyətlərindən yararlana bilmədik. Bu, pis cəhətimiz idi.

- Bəs istədiyiniz heyəti yığa bilmisiz?

- Bilirsiz ki, çempionat başa çatandan sonra komandadan bir çox futbolçu getdi. İndi cəmi 4 legionerimiz var. Bunlardan Ramosla Kaue hamıya yaxşı tanışdı. Melli də artıq komandaya uyğunlaşıb. Braziliyalı Ayltonun isə 20 yaşı var. Gənc futbolçudur. Hər mövqedə bir təcrübəli futbolçunun olması çox yaxşı olar. Biz də istəyirik ki, komandamız daha da güclü olsun, daha cəviyyəli futbolçulara sahib olaq. Amma indi əlimizdə nə varsa, onunla kifayətlənməliyik. İndi bu futbolçulardan istifadə etməliyik.

- "Neftçi”dən həmişə böyük uğurlar tələb edilir. Sizin kimi gənc məşqçini komandaya baş məşqçi təyin edənlər, "Neftçi”ni heyət baxımından güclü etmədilər. Bu məqam sizi narahat etmir? Yəni bir növ özünüzü odun qabağına atılmış hesab etmirsiz ki?






















- Yox, qətiyyən belə düşünmürəm. Bizim çox güclü futbolçularımız olmasa da, yaxşı cavan oyunçularımız var. İstənilən heyəti daim gücləndirməyə ehtiyac var. Eləcə də bizim komandanı. Amma bu cavanların hazırkı durumundan və komandaya can yandırmalarından razıyam. Onlar son yoxlama oyununda "Antalyaspor” kimi komandaya qarşı çox yaxşı təsir çıxış etdilər və inamlı təsir bağışladırlar. Əsas odur ki, yaxşı futbol oynadılar. İndi hələ vaxtımız da var. Transfer pəncərəsi bağlanana kimi bir hücumçu və bir də mərkəz müdafiəçisi almağa çalışırıq. Hazırda xtarışlar davam edir. Çalışırıq ki, bu ayın sonuna kimi bu keçidləri həll edək.

- Komandaya bir neçə futbolçu gəlmişdi, onların taleyi necə oldu?

- Baxışa gələn futbolçular var idi, amma səviyyələri bizi qane etmədikləri üçün geri qaytardıq. Bilirsiz necədi, komandaya futbolçu gəlirsə o, yerlilərdən ən azı iki baş güclü olmalıdır. Burda olan cavanlar isə onlara baxıb nəsə öyrənməlidirlər.

- Rəhbərlik sizin qarşısınıza hansı məqsədi qoyub?

- Konkret olaraq bizə nəsə tapşırıq verilməyib. Ancaq ən azından Avroliqaya vəsiqə qazanmalıyıq. Yəni Avrokuboklara gedən dörd komandadan biri də biz olmalıyıq.

- Bəs sizin öz məqsədiniz nədir?

- Hər bir məşqçi istəyər ki, komandası ən yüksəkdə olsun. Biz indi çalışırıq ki, mübariz, sürətli və dğyüşkən komanda yaradaq. Əlimizdə olan futbolçulardan istifadə edərək lazımınca yaxşı nəticə qazanmalıyıq. Hər bir oyunda gözəl futbol oynamalıyıq və qələbə üçün meydana çıxmalıyıq. Ən çox tələb etdiyim isə nizam-intizamlı olmaqdır. Ötən mövsüm "Neftçi” ən intizamsız komanda olub. Komanda 100-dən çox sarı vərəqə alıb. Biz çalışırıq ki, azarkeşimiz futbola baxanda yatmasın, həzz alsın. Yavaş-yavaş da heyəti daha gücləndirəcəyik. Yanvarda komandaya daha güclü futbolçular cəlb ediləcək. Planlı şəkildə bu işləri həyata keçirəcəyik. Bu müddət ərzində isə zəiflər ortaya çıxacaq və onlar komandada qalmayacaq.

- Dediz ki, komandada yeni sistem qurmusuz. Bunu açıqlaya bilərsiz?

- Bəli, yeni sistem qurmağa çalışırıq. Ancaq bu barədə danışmağım düz çıxmaz. İnşAllah oyunlarımızda bunun şahidi olacaqsız.






















- "Neftçi”də olan futbolçuların bəzilərinin təcrübəsizliyi sizi qorxutmur?

- Mövsüm ərzində stabil futbol oynamaq üçün gərək iki heyət olsun. Bu məqam bizi bir qədər düşündürür. Amma futbolçu da oynaya-oynaya təcrübə qazanır. Biz yoldaşlıq oyununda bunları aradan qaldırmağa çalışdıq. İndi deyirlər ki, ərəblər zəif komandadır. Amma həmin o ərəb klubu olan "Əl-Fasali”nin 2-3 futbolçusunun qiyməti bizim komandadan baha idi. Komandamız 3 oyunda məğlub olmursa, demək işlərimizin uğurunu görürük. Biz bu oyunlarda bütün futbolçularımıza şans verdik. Hamısına oynamağa imkan yaratdıq. Komandanın tam oturuşması hələ mümkün deyil. Çünki biz iki aydı bu komandadayıq. Oyundan-oyuna bunu görəcəyik. Futbolçularda səhv edə-edə inkişaf edirlər.

- Adətən komandaya gələn yeni məşqçi çempionatın əvvəlində vaxt istəyir. Sizin neçə tura ehtiyacınız var?

- Mənim heç kimlə belə söhbətim olmayıb. Həyatdı, heç nəyi bilmək olmaz. Bizim əsas işimiz mübariz və intizamlı komanda yaratmaqdır. Biz də bunun ilkin əlamətlərini görürük. Məşqçi işi də elədir ki, bir yerdə daimi qalamaq mümkünsüz kimi bir şeydi. Biz də çalışırıq ki, "Neftçi”də olduğumuz müddətdə bura xeyirli olaq. Həm komanda, həm də özümüz üçün uğurlu karyera qazanaq. Rəhbərlik bizə tapşırmayıb ki, mütləq ya çempion olmalıyıq, ya da kuboku qazanmalıyıq. Bacardığımız qədər əlimizdə olanlardan maksimim yararlanaraq uğur qazanmalıyıq. Biz özümüz də istəyirik ki, daha yaxşı oynayaq və yüksək yerlərdə qərar tutaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail