Orxan Sadıqlı: "Bu komanda ilə “Qəbələ”ni də uda bilərik, “Qarabağ”ı da" - MÜSAHİBƏ

14.08.2015 | 4138 dəfə oxunub

“Xəzər Lənkəran” klubunun qapıçısı Orxan Sadıqlının müsahibəsini təqdim edirik:

- Artıq Pemyer Liqamızda yeni mövsüm başladı. İlk oyunda “İnter”ə qalib gəldiniz. “Xəzər Lənkəran” mövsümə hazırdırmı? 

- Bəli, yaxşı təlim-məşq toplanışı keçmişik. Elə “İnter”lə qarşılaşma da bunu göstərdi. Bütün futbolçularımız çempionata hazırdır. Hər şey yaxşıdır. Şükürlər olsun ki, mövsümə qələbə ilə başladıq. Bunun ardını gətirməliyik. “İnter”in Avropa Liqasındakı oyunlarını izləyirdik. Rəqibi yaxşı analiz etmişdik. Ancaq hər şeydən əvvəl düşündüyümüz o idi ki, evdə qələbə qazanmalıyıq. 

- “İnter” üzərində qələbə “Xəzər Lənkəran”ın iddiasından xəbər verir?

- Bizim transferlərimiz onu göstərir ki, “Xəzər Lənkəran” bu mövsüm iddialı olacaq. Məqsədimiz ilk “üçlük”də qərarlaşmaq, avrokuboklara vəsiqə qazanmaqdır. Ölkə kubokunu da əldə etmək istəyirik. Bilirik ki, bunu demək asandır, əsas iş meydançada olur. İnanıram ki, təzə trasferlərin köməkliyi ilə istəyimizə nail olacağıq.

- Ancaq yeni transferləriniz FİFA-nın transfer qadağasına görə hələ ki, komandaya kömək edə bilməyəcək. 

- Bundan sonra onlarsız iki oyun keçirəcəyik. Düzdür, bizə asan deyil. Yeni trasnferlər oynasa, daha rahat nəticə qazanardıq. Ancaq hazırkı heyətimiz də Premyer Liqa təcrübəsi olan futbolçulardır.


- Yeni trasnferlərin oynamamağı planlarınızı pozdumu? Təlim-məşq toplanışında onlarla bağlı qadağanın olacağı nəzərə alınmışdı? 

- Biz bilirdik ki, Arbitraj məhkəməsi olacaq. Amma tam qərarı yaxın günlərdə öyrəndik. Təzə tranferlərimizin oynamayacağını biləndən sonra yeni məşqlər keçdik, yeni taktikalar üzərində çalışdıq. Hələ ki, hər şey istədiyimiz kimidir.

- “İnter”lə oyunda azarkeş dəstəyindən razı qaldınızmı?

- Düzü, bu qədər azarkeşin stadiona gələcəini gözləmirdim. Çünki həm ilk tur idi, həm də yeni transferlər oynamırdı. Azarkeşlərə minnətdarlığımı bildirirəm. Onların dəstəyi sayəsində “İnter”ə qalib gəldik. 

- Səncə, “Xəzər Lənkəran”ın əvvəlki azarkeşlərini stadiona qaytarmaq mümkün olacaq?

- “İnter”lə oyuna 7-8 min azarkeş gəlmişdi. Hər şey  bizdən asılıdır. Bu qələbənin ardı gəlsə, həmin azarkeşləri geri qaytaracağıq. Buna inanıram. 

- Konkret olaraq qarşınıza çempionluq hədəfi qoyulubmu?

- Bizim yeni transferlərimiz barmaqla göstərilən futbolçulardır. Milli komandamızın bir neçə üzvü heyətimizə cəlb olunub. Təbii ki, o futbolçular da isəyir ki, ən yaxşı titulu qazansınlar. Baş məşqçimiz Yunis Hüseynov və klub rəhbərliyi bizimlə söhbətində bildirib ki, ilk üç yerdən birini tutmalıyıq. Çempion olsaq, daha yaxşı olar. 

- Çempionluq uğrunda əsas rəqibinizin “Qəbələ” və “Qarabağ” olacağını demək olar? 

- Məncə, çempionatımızda zəif komanda olmayacaq. 7-8 turdan sonr liderlər qrupu bilinəcək. İndiki halda nəsə demək çətindir. Bəli, “Qarabağ” və “Qəbələ”nin oyunları göz qabağındadır. Hər ikisi Avropa Liqasının pley-off mərhələsinə yüksəlib. Amma bizdə yaxşı kollektiv var. Bu komanda ilə “Qəbələ”ni də uda bilərik, “Qarabağ”ı da. 

İlk turdan sonra komandanız üç xalla liderdir. Razısan ki, bu yeri qorumaq asan olmayacaq?

- Əlbəttə.  Növbəti oyunumuz “Sumqayıt”ladır. Bu oyun da bizə digərləri kimi çətin olacaq. Hələ çempionat yenicə başlasa da, komandanı ilk pillədə görmək xoşdur. Hər kəs buna sevinər. Yəqin ki, “Zirə” də ikinci pillədə olduğu üçün həvəslidir. Ancaq qeyd etdiyim kimi, hər şey qabaqdadır. (Qol.Az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail