Roman Qriqorçuk: "Bu söhbətə artıq qayıtmaq istəmirəm" - MÜSAHİBƏ

19.08.2015 | 3311 dəfə oxunub

"Qəbələ" sabah UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Panatinaikos”u qəbul edəcək. Stadium.az xəbər verir ki, oyundan əvvəl Qəbələ klubunun baş məşqçisi Roman Qriqorçuk jurnalistlərin suallarını cavablandırıb:

- "Apollon”la oyundan sonra transfer planlaşdırmışdıq. Amma alınmadı. Bu elə asan məsələ deyil. Bildiyiniz kimi, Cavid Hüseynov və Ürfan Abbasov oynamayacaq. Bununla belə, biz meydançaya çıxan hər bir oyunçuya güvənirik. İndiki heyətimizlə də mərhələ adlamaq perspektivimiz var.

- Cavid Hüeynovun yoxluğu komandaya nə dərəcədə təsir edə bilər?

- Bu, bizim üçün itkidi. Bu söhbətə artıq qayıtmaq istəmirəm. Bununla bağlı heç nə edə bilmərik. Bizim başqa oyunçularımız da var. Onlarla mübarizə aparacağıq.

- “Panatinaikos” öncəki rəqiblərdən güclüdü. Üstəlik, ilk dəfə cavab görüşünü səfərdə keçirəcəksiniz. Bu amil sizə mənfi təsir etməyəcək?

- Bunun mənfi və ya müsbət təsiri yoxdu. Belə təyin olunub. O ki qaldı “Panatinaikos”a, bu komandanın sürətli, fərdi keyfiyyəti yüksək olan futbolçuları var. Bilirik ki, rəqib çox güclüdü. Hətta 1 faiz şansımız olsa belə, sona qədər mübarizə aparmaq lazımdı. Kimin favorit olması barədə oyun öncəsi nəsə demək düzgün olmaz.

 

- “Qəbələ”nin bu mövsüm Avrokubok oyunlarından öncəki mətbuat konfranslarının heç birində sizi belə sınıxmış görməmişəm. Bu, yorğunluqdan irəli gəlir, yoxsa rəqibin güclü olmasından?

- Əhval-ruhiyyə normaldı. Biz oyuna yüksək ab-havada hazırlaşırıq.

- Rəqibin baş məşqçisi yalnız qələbə üçün gəldiklərini dedi. Sizin hədəfiniz nədi?

- Rəqibin baş məşqçisi desəydi ki, bura uduzmağa gəlmişik, bu, təəccüblü olardı. Biz çalışacağıq əlimizdən gələni edək ki, uğurlu nəticə əldə edək.

 

- Ürfan Abbasovun mövqeyində kim meydançaya çıxacaq?

- Bu suala cavab vermək istəmirəm. Çünki əsas heyəti sabah müəyyən edəcəyik. Həmin mövqedə oynayacaq 3 cinah oyunçumuz var: Rikardinyo, Məhəmməd Mirzəbəyov və Arif Daşdəmirov.

- “Apollon”la qarşılaşmadan sonra aerodrom kepkası taxmışdınız. Bu dəfə qələbə qazansanız, hansı qeyri-adi addımı atacaqsınız?

- Belə şeylər tez-tez olmasa yaxşıdı. Çempionlar Liqasına düşənə qədər bunu təxirə salaq.

- Ot örtüyü o qədər də yaxşı deyil. Sabah hansı taktikaya üstünlük verəcəksiniz ki, bu amil sizə təsir etməsin?

 - İstərdik hər iki komanda baxımlı futbol oynasın. Əlbəttə, meydança yaxşı olsa, əla olar. Amma hazırkı vəziyyət hər iki komanda üçün eynidi.

 

- “Qəbələ”nin “Panatinaikos” səddini keçəcəyi təqdirdə növbəti mərhələdə də bu uğurlu çıxışı davam etdirəcəyinə inanırsınızmı?

- “Qəbələ”nin gələcəyi parlaq, işıqlı olacaq. Bu, sabahkı oyunun nəticəsindən asılı olmayacaq. Komanda addım-addım irəliyə gedir.

- Qrupa düşsəniz, Avropanın diqqət mərkəzində olacaqsınız. Təbii ki, belə halda sizə təkliflər gələ bilər. Ancaq klub prezidenti Tale Heydərov da sizinlə uzunmüddətli əməkdaşlıqda maraqlı olduqlarını bildirib…

- Sabahkı oyun mənim məşhurluğumla bağlı heç nəyi dəyişməyəcək. Çünki mən bu mərhələni başqa komanda ilə birgə keçmişəm, qrupda iştirak etmişəm. “Qəbələ” isə addım-addım inkişafa doğru gedəcək. Buna tam əminəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail