Georgi Çixradze: "İnter"in iki mərhələ keçməsi mənim üçün sürpriz oldu"

20.08.2015 | 3367 dəfə oxunub

Artıq dağılmış "Simurq" klubunun sabiq çalışdırıcısı, hazırda Gürcüstan millisində köməkçi məşqçi çalışan Georgi Çixradze müsahibə verib.

- Azərbaycan Premyer Liqasının II turunun "İnter" - "Neftçi" oyununu izləyənlər arasında idiniz. Bu matçda vaxtı ilə köməkçi məşqçi kimi işlədiyiniz "İnter" 1:0 hesabı ilə qalib gəldi. Əvvəlcə bu oyunla bağlı fikirlərinizi bilmək istərdim.

- Əvvəlcə oyun bərabər səviyyədə gedirdi. Ancaq "Neftçi"nin qırmızı vərəqə almasından sonra üstünlük "İnter"in tərəfinə keçdi. Demək olar ki, oyun ərzində çoxlu qol epizodları da olmadı. Düşünürəm ki, "İnter" əlinə düşən imkandan maksimum yararlandı. "Neftçi"də isə son zərbəni vurmağa güc və qol vurmağı öz üzərinə göstərən kimsə tapılmadı. Hesab edirəm ki, "İnter" layiqli qələbə qazandı.

- Səhv etmirəmsə, indiki "İnter"i ilk dəfə tribunada canlı izlədiniz. Zaur Svanadzenin "İnter"i hansı cəhətinə görə Kaxaber Tsxadadzenin "İnter"indən fərqlənir?

- Əlbəttə, ilk növbədə ötənilkindən fərqli, bu komandada yeni futbolçuların olduğunu qeyd etməliyəm. İndiki komanda topa daha çox nəzarət edir, qapıya çox da zərbə endirməyə tələsmir. Belə baxanda indi müqayisə aparmaq da düzgün olmazdı. Çünki indi heyətdə tamamilə başqa futbolçular var. Heyət eyni qalsaydı, müqayisə aparmaq mümkün idi.

- Demək olarmı ki, sizin Azərbaycana səfəriniz seleksiya xarakteri daşıyır?

- Bəli. Bildiyiniz kimi, Avropa çempionatının seçmə oyunları gedir. Biz, milli məşqçiləri də heyətə yeni oyunçular qatmaq üçün işləyirik. Kaxa Ukraynada, mən isə burdayam. Yeni oyunçuları milliyə cəlb etmək üçün çalışırıq.

- Azərbaycandan hansı oyunçuları nəzərdə tutursunuz?

- Biz "İnter"in 3 gürcü oyunçusu - Nika Kvekveskeri, Zurab Xizanişvili və Laşa Kasradzenin oyunlarını izləyirik. Ümumiyyətlə, Azərbaycan çempionatında oynayan bütün gürcü futbolçuları təqib edirik. Çünki seçmə mərhələ oyunlarına artıq az qalıb. Sentyabrın 4-də Şotlandiya, 7-də isə İrlandiya ilə oynayacağıq. Ardıcıl bu 2 oyun üçün milliyə namizəd futbolçulara qısa müddətdə nəzər salıb onların ən yaxşılarını komandamıza cəlb etməliyik.   

- Sizə yəqin ki, daha çox müdafiəçi lazımdır. Çünki sonuncu oyununuzda Polşaya 0:4 hesabı ilə uduzdunuz...

- Bizə təkcə mövqelər üzrə oyunçular lazım deyil. Polyaklarla oyunda son 3 qolu son 5 dəqiqə ərzində qapımızdan buraxdıq. Çünki oyunçularımız artıq fikirləşirdi ki, matç bitib. Nəinki yığma səviyyəsində olan, ümumiyyətlə futbolçular final fitinə kimi oynamalı, bir an belə arxayınlaşmamalıdır. Əks halda rəqib imkanlarından yararlanacaq. Ona görə sualınıza cavab olaraq qeyd etməliyəm ki, təkcə müdafiə xətti üzrə yox, digər mövqelər üzrə də oyunçular axtarırırıq.

- "İnter"in Avroliqada keçirdiyi oyunlar barədə nə deyə bilərsiniz?

- Obyektiv olsaq, deməliyəm ki, bu komanda avrokubokların rəsmi oyununa qısa müddət qalmış yığılmışdı. Komanda yaxşı hazırlıq keçməmişdi, çoxlu yeni oyunçular gəlmişdi ki, sözsüz, bu, "İnter"in avrokuboklarda çıxış etməsi baxımından çətin idi. Həm baş məşqçi, həm də komanda üçün çətin dövr idi. Ancaq onlar 2 mərhələ keçməyi bacardılar...

- Onların 2 mərhələ keçməsi sizin üçün sürpriz oldu?

- Bəli. Burda komandanın köklənməsi, düzgün oyun üslubu, rəqiblərin buraxdığı səhvlərdən maksimum yararlanmaq kimi amillər əsas rol oynadı. Mövsümöncəsi maddi problemlərin olmasına, komandanın yeni yığılmasına, tam hazırlıq keçə bilməməsinə baxmayaraq, "İnter" 2 mərhələ adladı. Ona görə də "İnter"ə halaldır. III mərhələdə isə "Atletik" kimi güclü komanda ilə düşdülər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail