Roman Qriqorçuk: "Hücum təkcə Caviddən ibarət deyil"

21.08.2015 | 3660 dəfə oxunub

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Panatinaikos”la oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:

Çox qol epizodumuz olmadı. Amma uşaqlar əllərindən gələni etdilər. Mən daha çox ilk hissənin ikinci dövrəsindəki mübarizədən məmnun qaldım. Antonov taktiki cəhətdən gözəl oyun nümayiş etdirdi.

- Hesab etmirsiz ki, belə zəif oyunla komanda qrupa düşə bilməz?

- Yəqin ki, bizi “Mançester Yunayted”lə səhv salmamısınız. Komanda bu gün əvvəlki bir çox matçdan yaxşı çıxış etdi. Uşaqların mübarizəsindən razı qaldım. Amma düşünürəm ki, bundan da yaxşı oynamağı bacarırıq.

- Dəyişikliklərdə gecikdiyinizi düşünmürsünüz?

- Mən belə məsləhət bildim ki, meydançadakı futbolçular mübarizəni davam etdirsinlər. Mənim qərarım belə oldu və bu, müzakirə mövzusu deyil. Asif Məmmədov meydançaya daxil olduqdan sonra dəyişiklik olmaq üçün kifayət qədər zaman oldu. Antonovun yorulduğunu gördükdən sonra onu əvəzlədim.

- “Panatinaikos”un keçilməz komanda olmadığını gördük. Siz necə düşünürsüz, bu komandanı keçmək olarmı?

- Əlbəttə. Düzəliş edəcəyimiz vəziyyətləri gördük. Orta sahədə daha çox top saxlamaq lazımdı. Müdafiədə də bəzi düzəlişlər olmalıdı. Futbolçunun idman hazırlığı deyilən anlayış var. Bu gün əks-hücumların qurulmasında ləngimə oldu. Bunu düzəltməyə çalışacağıq.

- Hücumların ləng olduğunu nəzərə alsaq, Cavid Hüseynovun yeri görünürdümü?

- Cavid bizim üçün önəmli oyunçudu. Bu, bizim üçün itkidi. Yoxluğu hiss olunur. Amma biz hazırda pley-off mərhələsində çıxış edirik. Bu mərhələdə artıq bir oyunçunun yoxluğu barədə düşünməməliyik. Hücum təkcə Caviddən ibarət deyil. Bizim ondan başqa da yaxşı oyunçularımız var. Onlar da bu gün yaxşı mübarizə apardılar. Hücumun qurulmasında qapıçıdan tutmuş, hücumçuya qədər hamı iştirak edir.

- Yeni transferlər planlaşdırılırmı?

- Bizə komandanı gücləndirəcək oyunçu lazımdı. İndiki vəziyyətdə isə beləsini tapmaq çətindi. Biz hələ pley-offa qədər yeni transfer üçün çalışdıq. Amma alınmadı. Transfer etmək elə də asan deyil. Həm də yeni transfer digər oyunçularla rəqabət aparmaq gücündə olmalı, tələblərimizə cavab verməlidi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail