Robert Prosineçki: “Qarabağ”ın qələbə qazanması tam ədalətli nəticə idi" - MÜSAHİBƏ

13.09.2015 | 4428 dəfə oxunub

“Qarabağ” – “Xəzər Lənkəran” (1:0) oyunundan sonra Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Stadium.Az saytına müsahibə verib:

- Oyun barədə nələr deyə bilərsiz?

- Bu gün “Qarabağ”ın bir neçə əsas oyunçusunu biz meydanda görmədik. Onlar arasında milli komandanın üzvləridə vardı ki, istirahət verilmişdi. Buna baxmayaraq, 90 dəqiqə ərzində “Qarabağ” üstün futbol nümayiş etdirdi. “Qarabağ”ın qələbə qazanması tam ədalətli nəticə idi.

- Meydanda olan milli komanda üzvlərinin oyunundan razı qaldız?

- Biz millidə çox yaxşı komanda formalaşdırmışıq. Bu gün isə burda olan milli üzvlərinin çoxu meydanda yox idi. Meydanda əsasən Rahidin oyununu fərqləndirərdim. Əmirquliyev həmişə olduğu kimi bu dəfə də, əlindən gələnin ən yaxşısını etməyə çalışırdı. Ancaq ona kömək edən yox idi. Sanki meydanda tək idi. Təkcə Rahid heç nə edə bilməzdi. Mən çox sevindim ki, ilk hissədə Maksim Medvedev meydanda idi. Coşqun Diniyev də yaxşı oynadı.

- Sizdən əvvəl baş məşqçi həmişə narazı qalırdı ki, klubdan gələn futbolçuların hazırlıq səviyyəsi aşağı olur. Bəs sizi qane edir?

- Mən futbolçulardan razıyam. Millinin düşərgəsində 3 gündə iki vacib oyun oynadıq. Mən heç bir futbolçuda fiziki çatışmazlıq hiss etmədim.

- Elə bir futbolçu var ki, onu milli komandaya dəvət etmək istəyirsiz?

- Yox, düzünü deyim ki, hazırda siyahımızda belə bir oyunçu yoxdur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail