Vüqar Nadirov: “Qəbələ” hazırda Azərbaycanın ən güclü iki klubundan biridir"

15.09.2015 | 4048 dəfə oxunub

“Qəbələ”nin yeni transferi Vüqar Nadirovun müsahibəsini təqdim edirik:

- Əvvəlcə “Xəzər Lənkəran”dan ayrılmağın haqda danışaq. Klubdan getməyinin əsas səbəbi FİFA-nın “Xəzər Lənkəran”a transfer qadağası qoyması ilə bağlıdır? 

- Bəli. “Xəzər Lənkəran” rəhbərliyinə və azarkeşlərinə böyük hörmətim var. Ancaq oradan ayrılmağa məcbur oldum. Bizlik bir şey yoxdur, UEFA etdi bunları. Yaxşı kollektiv yaratmışdıq. İstəyirdik ki, “Xəzər Lənkəran”la yaxşı nəticələr qazanaq, Avrokuboklarda çıxış edək. Qismət belə imiş. Nə etmək olar?

- “Qəbələ”yə keçidin necə baş verdi?

- Hələ bir müddət əvvəl “Qəbələ” məni istəyirdi. Ancaq “Xəzər Lənkəran”dan ayrıla bilmirdim.  UEFA-nın məlum qərarından sonra isə bu keçid baş tutdu. “Qarabağ”dan sonra ikinci iddialı kluba keçmişəm. “Qəbələ” hazırda Azərbaycanın ən güclü iki klubundan biridir. Bilirəm ki, “Qəbələ”də işim çətin olacaq. Komandada güclü rəqabət var. Çalışacam ki, yaxşı çıxışlarımla “Qəbələ” azarkeşlərini sevindirim.

- Komandanın Avropa Liqasının qrup mərhələsindəki oyunlarına kənardan baxmalı olacaqsan.  Çətin olmayacaq ki?

- Ötən il “Qarabağ”la qrup mərhələsində oynamışam. Çox istərdim ki, bu təcrübəmlə “Qəbələ”yə də fayda verim. Ancaq təəssüf ki, qrup mərhələsində oynaya bilmərəm. Arzu edək ki, “Qəbələ” qrupdan çıxsın və mən də komandama kömək edim.

“Xəzər Lənkəran”dan ayrılandan sonra “Qarabağ”a qayıtmaq variantı var idi?

- Yox.

- “Qəbələ”nin Avropa Liqasının qrup mərhələsindəki rəqiblərini necə dəyərləndirirsən, qrupdan çıxmaq şansınız var?

- Komandamızın yaxşı potensialı var. Ancaq rəqiblərimiz də çox güclüdür. Təkcə ölümə çarə yoxdur. Qrupdan çıxa bilərik.

“Qəbələ”nin heyətində ön xətdə güclü rəqabət olacaq. Bu rəqabətə hazırsan?

- Bunu bilirəm. Rəqabət olan komandaya gəlmişəm. Bu, mənim üçün daha faydalıdır. Rəqabət olmayan yerdə istər-istəməz arxayınlaşırsan. “Qəbələ”də isə hamı ən yaxşı formada olmalıdır ki, meydana çıxsın. İstənilən yerdə rəqabətə hazıram. Məni baş məşqçi bəyənib komandaya dəvət edibsə, deməli, mənə etimad göstərəcək. Mən isə öz növbəmdə bu etimadığı doğrultmalıyam. (Qol.Az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail