Roman Qriqorçuk: "Futbolçulara yalvarırdım ki..."

16.09.2015 | 4970 dəfə oxunub

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk PAOK-la sabah keçiriləcək qrup mərhələsinin oyunundan öncə mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Yunan klublarıyla oynamaq artıq adət halını alıb. Əvvəlki görüşlərlə bu oyun arasında hansı fərq var?

- Motivasiyalar arasında fərq yoxdur. O zaman qrupa düşmək üçün mübarizə aparırdıq, bu dəfə isə hər oyunda xal və xallar qazanıb qrupdan çıxmaq üçün çalışırıq.

- Heyətlə bağlı yeganə problem Rafael Santosdur?

- Bəli, Rafaeldən başqa bütün futbolçular yerindədir.

- Yeni futbolçular nə yerdədir? Sabah oynaya bilərlər?

- Deməzdim ki, 100 faiz hazırdılar, amma hazırdılar. Meydana çıxmalarını da istisna etmirəm. Rəqibə baxdıq, deyə bilərik ki, hər şeyi bilirik. Bu komandada baş məşqçi yenidir. Onun oyuna baxışı və taktikası yenidir. Bütün olanları nəzərə almışıq. Ola biləcək hər şeyə özümüzü hazırlamışıq.

Avroliqadan əvvəl bizdə futbolçular var idi ki, onlar hazır deyildilər. Bunları hazırlamaq üçün vaxt laızm idi. Üstəlik, get gedə rəqiblər də çətinləşirdi. İndi isə çox yaxşı vəziyyətdəyik. Biz rəqibin sərgilədiyi futbolu neytrallaçıdırıb daha çox nəticə qazanmağa çalışmalıyıq.

- Avroliqada start baxımından "Qarabağ"ın bəxti gətirib, yoxsa "Qəbələ"nin?

Hesab etmirəm ki, ilk oyunda hansı komandayla oynamaq önəmlidir. Bütün diqqətlər buna yönəlməlidir ki, “Borussiya” və “Tottenhem” kimi böyük klublar Azərbaycana gəlir. Bu, bütün futbolsevərlər üçün bayram olmalıdır.

- Ruslan Abışovu yollamışdız, amma geri qaytardız. Futbolçu tapa bilmədiyinizdən onu geri qaytardız?

- İki cəbhədə mübarizə aparan komandanın heyətində 4 mərkəz müdafiəçisi olmalıdır. Ruslan gələnə kimi isə 3 müdafiəçimiz vardı. Mən son oyunda futbolçulara yalvarırdım ki, zədə və cəza almasınlar. Buna görə də Ruslanı komandaya gətirdik. Başqa futbolçumuz da yox idi ki, mərkəzdə oynaya bilsin.

- Abışov “Xəzər Lənkəran”da olanda demişdi ki, siz ukraynalı müdafiəçi gətirmisiz, həmyerlinizi qoyub heç vaxt Ruslanı oynatmarsız. Bu barədə onla danışığınız olub?

- Xeyir, bu barədə danışığımız olmayıb. Sabah biz PAOK-la oyun oynayırıq. Məncə bu yersiz sul oldu. Çünki o PAOK-la oyunda iştirak etməyəcək. Bu söhbətin bu gün açılması düzgün deyildi. Ruslana böyük hörmətim var. Digər “Qəbələ”li futbolçular kimi. Yəqin ki, Ruslan Abışov bu fikrinə görə indi peşmandır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail