"Şükürlər olsun ki, bütün problemləri əl-ələ verərək geridə qoya bildik" - MÜSAHİBƏ

21.09.2015 | 3192 dəfə oxunub

“Bakı”nın uşaq futbol akademiyasının koordinatoru yerli mütəxəssis Məqsəd Yaqubəliyev klubun rəsmi saytına müsahibə verib.

- Avqustun əvvəllərindən növbəti mövsümün hazırlıqları başlayıb. Komandaların hazırkı vəziyyəti barədə məlumat verərdiniz? 

- Son mövsüm klubda yaranan maliyyə problemləri akademiyanın işindən də yan keçmədi. Şükürlər olsun ki, bütün problemləri əl-ələ verərək geridə qoya bildik. Sıralarımızı həm məşqçilər həm də xeyli sayda futbolçu tərk etdi. Mövcud vəziyyətydə komandaları komplektləşdirmək nə qədər çətin olsa da, bunun öhdəsindən gəlməyi bacardıq. Bu həftə sifariş vərəqələrini AFFA-ya təqdim edəcəyik. Onu da qeyd edim ki, klubumuz bütün yaş qruplarında təmsil olunublar.

- Cari mövsümdə “Bakı” birinci divizionda akademiyanın yetirmələrindən təşkil olunmuş komanda ilə çıxış etməsinə münasibətiniz necədir? 

- Bu gün nəinki “Bakı” öz yetirmələrindən ibarət komanda ilə çıxış edir, bütün Premyer Liqa komandalarında akademiyamızın yetirmələri kifayət qədərdir. “Bakı”nın akademiyası “konveyer”dir. Azərbaycan futbolu bu gün “Bakı”nın akademiyasının məhsullarından bəhrələnir. Bütün bunlar düzgün istiqamətdə çalışmağımızın nəticəsidir.

- Yeni mövsümdən akademiyada hansı yeniliklər olacaq? 

- Bildiyiniz kimi, Respublikanın müxtəlif regionlarından seçilmiş istedadlı uşaqlar burada yaşayırlar. Ağır məşq prossesindən sonra, onların qidalanma və rahat istirahəti üçün hər cür şərait yaradılıb. Futbolçuların məşqlərə rahat gəliş gedişi üçün xüsusi avtobuslar ayrılıb. Yeniliklərimiz də az deyil. Bu mövsümdən həm müxtəlif mövqlerdə çıxış edən oyunçular, həm də qapıçılar üçün fərdi məşqlər təşkil olunub. Həftədə 3 dəfə bu məşqlərdə futbolçular texniki-taktiki çatışmazlıqlarını aradan qaldırmaq üçün çalışırlar.

- Gələn mövsümlərdə yeni Rəhman Hacıyevlər, Aqil Məmmədovlar, Namiq Ələsgərovlar, Nurlan Novruzovlar görə biləcəyikmi?  

- Hazırda əsas heyətimizdə kifayət qədər yüksək istedada malik yeni adlar var. Yaxın illərdə onlar, özlərindən söz etdirəcəklər. Bu ənənə akademiyamızda bu gün də davam edir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail