Roman Qriqorçuk: "Hər zaman çalışıram ki, belə suallara şərh etməyim və cavab verməyim"

19.10.2015 | 2732 dəfə oxunub

Ötən gün “Qəbələ” klubunun baş məşqçisi Roman Qriqorçuk azarkeşlər və media nümayəndələri ilə görüşüb. Stadium.az xəbər evrir ki, tədbirdə o, jurnalistlərin suallarını cavalandırıb:


- Bu gün sizin üçün çox böyük gündür. 18 oktyabrda Azərbaycan xalqı müstəqillik bayramını qeyd edir. Böyük məmnuniyyətlə bütün vətəndaşlarınızı təbrik edirəm. Hamıya ən xoş arzularımı bildirirəm.

Roman Qriqorçuk daha sonra oktyabrın 22-də keçiriləcək Avroliqanın qrup mərhələsinin “Qəbələ”- “Borusiya” (Dortmund) oyunu haqda  danışıb.

- Bu gün biz klub olaraq çox böyük iş görürük. Bütün bunların hamısı azarkeşlər üçündür. Biz futbolu da onlar üçün oynayırıq. Qarşıda “Qəbələ”ni aığır oyun gözləyir.  Fürsətdən istifadə edərək, azarkeşləri "Borussiya" ilə oyuna dəvət edirəm. Gözəl matç olacağını düşünürəm. Əlimizdən gələni edib yaxşı oyun sərgiləməyə çalışacağıq. Əsas odur ki, azarkeşlər razı qalsınlar.

- 5:0 hesablı qələbə arzusu yenə qüvvədədir?

- Bu oyun üçün belə hesabla qələbə istəyini yəqin ki, təxirə salacağıq (gülür). Amma bu istək bizdə hər zaman var və sona kimi də özümüzlə daşıyacağıq. “Borusiyya” ilə oyun üçün isə 5:0 hesablı qələbədən danışmaq zarafat kimi səslənəcək. Əsas məqsədimiz odur ki, bütün oyunları bu hesabla qalib gələcək “Qəbələ” komandası yarada bilək.

- Ukrayna yığmasına baş məşqçi təyin olunacağınız barədə xəbərlər yayılmaqdadır.

- Hər zaman çalışıram ki,  belə suallara şərh etməyim və cavab verməyim. Çünki öz klubuma, onun rəhbərliyinə və komandama böyük hörmətlə yanaşıram. Hətta bunu da etiraf edirəm: "Qəbələ"ni çox sevirəm. Bu söz-söhbətləri kənara qoysaq daha yaxşı olar. Mənim bütün diqqətim "Qəbələ" ilə birgə daha böyük nəticələr qazanmaqdır.

-  "Borussiya" ilə matçda sürpriz etmək üçün “Qəbələ” nə etməlidir?

- Bunun üçün kompleks işlər görülməlidir. İlk növbədə, uğura inanmalı və meydana da bu inamla çıxmalıyıq. Ən əsası isə həmin gün bizim günümüz olmalıdır. İstədiklərimizi həyata keçirtməyi bacarmalıyıq. Yəni “Borussiya” ilə oyunda əlimizdən gələnlərdən daha artığını etməliyik. Çünki belə matçlara bir istiqamətdə yanaşmaqla qalib gələ bimərik.

- Ukrayna millisi AVRO-2016-nın "pley-off" mərhələsində Sloveniyaya rəqib oldu. Əvvəllər bu komandalar dünya çempionatının "pley-off" mərhələsində görüşmüş və həmin vaxt Sloveniya qalib gəlmişdi. Sizcə, indi Ukraynanın əvəz çıxma şansı nə qədərdir?

- Əvvəla, hamının şansı bərabərdir. Ukrayna - Sloveniya cütünə gəldikdə, hər iki komandanın final mərhələsinə yüksəlmə şansı eynidir. Mən öz ölkəmin yığmasına azarkeşlik edəcəm. Ukrayna futbolunun Avropa və dünya çempionatlarında oynamaq üçün resursları var. Ukrayna futbolunda hazırda əsas məqsəd hansısa çempionata çıxmaq yox, orada yaxşı nəticə qazanmaqdır. Böyük futbol üçün bizim ölkədə hər bir şərait var.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail