"Bu, taktiki gedişlə bağlı idi" - MÜSAHİBƏ

01.11.2015 | 2918 dəfə oxunub

Azərbaycan Premyer Liqasının XI turunda “İnter”lə qarşılaşan “Zirə” qolsuz heç-heçə edib. Stadium.az xəbər verir ki, oyundan sonra "Zirə"nin salvadorlu hücumçusu Nelson Bonilla jurnalistlərin suallarını cavablandırıb: 

- Oyunla bağlı təəssüratlarınızı bilmək maraqlı olardı...

- Rəqibimiz Azərbaycan futbolunda sözünü demiş komanda idi. Buna görə də oyun çətin keçdi. Bizim üçün bu cür oyunlarda 1 xal qazanmaq da kifayətdi.

 

- Nəticəni ədalətli hesab edirsiniz?

- “İnter”lə eyni səviyyədə mübarizə apardıq. Qol vurmaq üçün həm onların, həm də bizim şanslarımız oldu. Onu da nəzərə almaq lazımdı ki, rəqibimiz avrokuboklara vəsiqə qazanmaq, biz isə Premyer Liqadakı yerimizi qorumaq üçün mübarizə aparırıq. Gücülülər dəstəsində yeniyik.

 

- Amma qələbə qazansaydınız, turnir cədvəlində rəqibinizi üstələyəcəkdiniz. Bu əlavə stimul yaratmırdı?

- Hər şeydən əvvəl biz çempionatda qalmaq vəzifəsini yerinə yetirməliyik. Üstəlik, səfərdə qazanılan 1 xal çox vacib idi, bunu da bacardıq. Növbəti oyunlar haqda düşünməliyik.

 

- Reallığı nəzərə alsaq, Premyer Liqada qalmaq sizin üçün çətin olmayacaq. Belədə avrokuboklara vəsiqə verən yerlərdən birini tutmaq uğrunda mübarizəyə niyə qoşulmayasınız?

- Əlbəttə, bunu da etmək olar. Niyə də olmasın?! Ancaq hər bir komandanın qarşısına əsas tapşırıq qoyulur. Bizim vəzifəmiz də Premyer Liqadakı yerimizi qorumaqla bağlıdı. Diqqətimizi buna yönəltmişik.

 

- Hücum xəttiniz elə də fəal deyil. Bunun səbəbini nədə görürsünüz?

- Konkret özüm haqda danışa bilərəm. İyunda millidən döndükdən sonra bərpa prosesi keçirəm. Çalışıram ki, öz formamı bərpa edim. Qarşıdakı oyunlara qədər bunun öhdəsindən gələcəyimi düşünürəm.

 

- “İnter”lə oyunun birinci hissəsində nisbətən fəal idiniz. Fasilədən sonra tamamilə qeyb olmağınız nə ilə bağlıydı: rəqib müdafiəçilər oynamağınıza imkan vermirdi, yoxsa yorulmuşdunuz?

- Bu, taktiki gedişlə bağlı idi. İkinci hissədə oyun əsasən meydanın mərkəzində getdi. Düzdü, həm mənim, həm də Rəşad Abdullayevin fərqlənmək üçün şansımız oldu. Ümumilikdə isə bərabər səviyyəli oyun keçdiyini deyə bilərəm.

 

- Son 4 oyunda qələbə qazana bilməməyiniz nədən irəli gəlir?

- Səbəbi yeni komanda olmağımızdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail